SON DƏQİQƏ: Azərbaycan Qarabağda anti-terror əməliyyatlarına başlayacaq!

SON DƏQİQƏ: Azərbaycan Qarabağda anti-terror əməliyyatlarına başlayacaq!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Ermənistan Baş naziri Nikol Paşinyanın onunla görüşmək istəyinə cavabı müzakirələrə səbəb olub. Prezidentin sözlərinə görə, Gürcüstan Baş naziri erməni həmkarının görüşmək təklifini ona çatdırıb. Ərdoğan bunun üçün Ermənistanın müsbət addımlar atmalı olduğunu bildirib.  Politoloq Qabil Hüseynli Redaktor.az-a bildirib ki, Ərdoğanın Paşinyanla görüşdən imtina etməsi ermənilər və onların havadarları üçün bir mesajdır:  "Türkiyə Prezidenti açıq şəkildə bildirdi ki, Ermənitsan Azərbaycanla sərhəd məsələsini həll etməli, Zəngəzur dəhlizi açılmalıdır. Həmçinin, Qarabağın dağlıq hissəsindən erməni ordusunun qalıqları çıxarılmalıdır. Bundan sonra Türkyə-Ermənistan siyasi əlaqələrindən danışmaq olar. Yəni, Azərbaycan və Türkiyənin mövqeyi eynidir. Ermənilər başa düşməlidir ki, Azərbaycanla münasibətləri qaydasına salmadan Türkiyə ilə hansısa diplomatik əlaqələrdən söhbət gedə bilməz".   Qabil Hüseynli əlavə edib ki, N.Paşinyanın son açıqlamaları, Zəngəzur dəhlizi ilə bağlı fikirləri səmimi deyil. Bütün bunlar söz oyunu, beynəlxalq ictimai rəyə hesablanmış açıqlamalardır:  Qabil Hüseynli: ABŞ-da irqi ve dini ayrı-seçkilik uzun illərdir mövcuddur  "Guya bunlar sülhə hazırdır, Azərbaycan razılaşmır. Amma bu yanlış fikirdir. Azərbaycan dəfələrlə Zəngəzur dəhlizinin açılması, iki ölkə arasında sərhəd məsələsinin həlli ilə bağlı Ermənistana çağırış edib. Lakin qarşı tərəf bu çağırışlara pozitiv yanaşmır.  Ermənistan sadəcə vaxt qazanmağa, dağılmış ordusunu bərpa etməyə çalışır. Əlbətdə, baş verənlər bölgədə yeni müharibə ehtimalı yaradır. Çünki hələ də Qarabağın dağlıq hissəsində 15 minə yaxın erməni əsgəri var. Rusiya sülhmərmalıları Azərbaycanın icazəsi olmadan Xankəndiyə səfərlərə göz yumur. Bütün bunlar Azərbaycanın suverenliyi əleyhinə aktlardır. Azərbaycan gec-tez bunun qarşısını almaq üçün nəsə edəcək. Ya müharibə, ya da anti-terror əməliyyatları".  Oral Mədənçi / Redaktor.az

0
3490
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar