PSJ Mbappesiz qaldı
PSJ-nin hücumçusu Kilian Mbappe 3 həftə oyundan kənar qalacaq.
"Qafqazinfo" <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, buna səbəb Fransa çempionatının XXI turu çərçivəsində baş tutan matçda oyunçunun zədələnməsi olub.
25 yaşlı futbolçu 3 həftə oynaya bilməyəcək. 
Qeyd edək ki, K. Mbappe DÇ-2022-nin ən yaxşı bombardiri (8 qol) olub.
Avtomobili zibil qutusuna atdılar, görənlər MAT QALDI - FOTO
Türkiyənin İstanbul şəhərində zibil atmaq istəyən sakinlər qeyri-adi mənzərə ilə üzləşblər.
<a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">BiG.AZ türk mətbuatına istinadən <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, zibil konteynerlərinin üzərinə naməlum şəxs tərəfindən qoyulan <a rel="nofollow" href="https://masinlar.az" title="masinlar" masin satisi avtomobil elanlari" target="_blank">avtomobil görənləri təəccübləndirib.
Həmin məkanda çəkilən və sosial şəbəkələrdə maraqla qarşılanan kadrları təqdim edirik:
Dünən qəzada ölən ata, ana və iki övladı dəfn olundu
Dünən Bərdədə yol-nəqliyyat hadisəsi zamanı həlak olan bir ailənin 4 üzvü dəfn olunub.
<a rel="nofollow" href="https://sonxeber.az" title="en" son xeberler 2023" target="_blank">Sonxeber.az APA-ya istinadən <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, ailə üzvləri - Məhərrəm Baxşəliyev, həyat yoldaşı Xalidə Kərəmova, övladları İlkin Baxşəliyev və Məftunə Baxşəliyeva bu gün torpağa tapşırılıblar.
Qəza zamanı xəsarət alan ailənin kiçik övladı Fəridə Baxşəliyeva xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəza dünən Yevlax-Ağdam-Laçın yolunun təmir olunan 37-ci kilometrliyində, Bərdə rayonu ərazisində baş verib.
"VAZ 2121" ("Niva") və "Mercedes Benz" markalı <a rel="nofollow" href="https://masinlar.az" title="masinlar" masin satisi avtomobil elanlari" target="_blank">avtomobillərin toqquşması nəticəsində 5 nəfər - Quliyev Ceyhun Arif oğlu (1988), Baxşəliyev İlkin Məhərrəm oğlu (1995), Kərəmova Xalidə İsa qızı (1972), Baxşəliyev Məhərrəm Nüsrət oğlu (1968), Baxşəliyeva Məfdunə Məhərrəm qızı (1998) ölüb. 2001-ci il təvəllüdlü Baxşəliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədən xəsarətləri alaraq Bərdə Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.
Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq
Azərbaycan ilə dost və tərəfdaş Rumıniya arasında münasibətlərin əsası hələ orta əsrlərdə qoyulub.Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəldi.
 Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanıyıb. Belə ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulmuşdur.
 Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır.
 Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, <a rel="nofollow" href="https://turlar.az" title="turizm" turlar daxili turlar xarici turlar" target="_blank">turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir.
 Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivləri olduğu hər iki tərəfə məlumdur. ARDNŞ Rumıniyada "SOCAR" brendi ilə fəaliyyət göstərən 70-dən çox yanacaqdoldurma məntəqəsi açmışdır.
 Cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti KlausYohannisin Azərbaycana səfəri baş tutmuşdur. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti KlausYohannis mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.
 Dövlət başçısı bildirib ki, "Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir".
 Azərbaycanın ötən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ilk növbədə Azərbaycanın iqtisadi qüdrətinin təntənəsi idi. Görüş zamanı bu mövzuya da toxunan dövlət başçımız bildirmişdir: "Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir".
 Prezident İlham Əliyevin keçirdiyi görüşlər, günün aktual mövzusu olan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan müzakirələr, həmçinin imzalanan sənədlər ölkəmizin beynəlxalq nüfuzunun təqdimatıdır.
Aysel Mənsimova - politoloq
Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır
Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfəri, bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşləri və səsləndirilən birgə bəyanatlar iki dost və tərəfdaş ölkə arasında gələcək əlaqələrin daha da inkişafı və möhkəmlənməsinə zəmin yaradıb.
 Görüşlərdən sonra Rumıniyanın rəsmi nümayəndələri qeyd ediblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin öz ölkəsinin, bütövlükdə regionun təhlükəsizliyinin təmin olunmasında və inkişafında mühüm xidmətləri vardır. Azərbaycanın inkişafa yönələn siyasətində qazandığı uğurlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.
 Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün Avropaya körpü rolunu oynayır. Azərbaycan həmçinin Türkiyə ilə birgə mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi, siyasi münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlıq üçün əlverişli platformanın yaradılmasına nail olub, bunun sayəsində Azərbaycan regionun strateji, iqtisadi mərkəzinə çevrilib.
 Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana fevralın 2-də baş tutan səfəri Azərbaycanla Rumıniya arasında münasibətlərə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaqdır. İki ölkə arasında əməkdaşlıq, Azərbaycan qazının Rumıniyaya çatdırılması, yaşıl enerji ilə bağlı reallaşdırılacaq layihələr məhz strateji tərəfdaşlığın təzahürüdür.
 Qeyd edilməlidir ki, Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Belə ki, uzun illər ərzində Azərbaycanın neft şirkəti olan SOCAR Rumıniyada fəaliyyət göstərir, onun Rumıniyada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu vardır. Həmçinin Rumıniyanın imkanlarından istifadə edilərək. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və paralel olaraq digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl isə Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilib.
 Azərbaycan ildən-ilə xaricə qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu bu artımın bariz göstəricisidir. Son illərdə ölkəmizdə yaşıl enerji sahəsində çox önəmli addımlar atılıb. Bu layihə çox strateji və böyük sərmayə tələb edən layihə olmaqla yanaşı həm də bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Bu layihənin uğurla həyata keçirilməsi işlərində bir sıra ölkələr kimi Rumıniya da maraqlıdır. İldən ilə Azərbaycan və Rumıniya arasında əməkdaşlıq potensialı get-gedə artır, bu isə regionun və Avropa İttifaqının daha sıx əməkdaşlığı üçün çox vacib amillərdən biridir.
Metin Hüseynov - politoloq
Azərbaycan–Rumıniya əməkdaşlığı qarşılıqlı maraqlar əsasında qurulub
Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə təkbətək və həmçinin geniş tərkibdə görüşü olub. Daha sonra hər iki ölkənin rəhbərləri mətbuata bəyanatlarla çıxış ediblər.
 Qeyd edilməlidir ki, Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan–Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Hələ 1990-cı illərdə Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Bütün bu müddət ərzində dövlət başçıları, dövlət, hökumət və parlament qurumları arasında qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilib. Hər iki ölkənin prezidentləri, baş nazirləri və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər ediblər.
 Ötən illər ərzində hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri xüsusilə faydalı olub. BMT çərçivəsində, eləcə də ATƏT, Avropa Şurası, NATO, Qara Dəniz Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların Parlament Assambleyalarında Azərbaycan və Rumıniya hər zaman bir-birinə siyasi dəstək nümayiş etdirib.
 Rumıniyanın bir qayda olaraq Azərbaycan tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələrə dəstək verib. Eyni zamanda Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Rumıniyaya çatdırılması üzrə hazırlıq işləri aparılır. Keçən ilin sonunda Buxarestdə imzalanmış yaşıl enerjinin ötürülməsi ilə bağlı strateji əməkdaşlıq haqqında Saziş gələcək əməkdaşlığımızın daha böyük miqyaslı xarakterindən <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir. Rumıniya Prezidentinin ölkəmizə budəfəki səfəri zamanı müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq bu əməkdaşlıq təkcə neft-qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək.
 İki ölkə arasında prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar vardır və bu imkanlardan geniş çəkildə istifadə edilərək iqtisadi mənfəət əldə edilməsi nəzərdə tutulub. Azərbaycan–Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcəkdir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Serdar Ortaç azərbaycanlıları paylaşıb, "Düşün məni" oxudu - VİDEO
Məşhur müğənni Serdar Ortaç sosial şəbəkə videosu ilə diqqət çəkib. 
BAKU.WS <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, o, instaqram hesabında azərbaycanlı gənclərin görüntülərini paylaşıb. Onlar bir zamanlar dillərdən düşməyən "Düşün məni" mahnısını ifa ediblər. 
Serdar gənclərin səsləndirdiyi bu mahnını özü də ifa edib. Sənətçi həmin görüntüləri də lentə alaraq sosial şəbəkə izləyiciləri ilə bölüşüb. 
Xatırladaq ki, "Düşün məni"ni ilk dəfə müğənni Elvin Mirzəzadə ifa edib. Mahnının söz və musiqisi Elməddin Səfərliyə, aranjımanı isə Rubail Azimova aiddir.
"Düşün məni" ilk dəfə 2017-ci ilin avqustun 19-da musiqisevərlərə təqdim edilib. Kompozisiya yutub sosial platformasında 15 milyondan çox dinlənilib. 
İspaniyada maskadan istifadə yüngülləşdirilib
İspaniyada COVID-19 ilə əlaqədar 2020-ci ilin may ayından tətbiq edilən maskaların istifadəsi gələn həftədən etibarən xəstəxanalar, sağlamlıq mərkəzləri və apteklər istisna olmaqla, artıq məcburi olmayacaq.
<a rel="nofollow" href="https://sonxeber.az" title="en" son xeberler 2023" target="_blank">Sonxeber.az <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi bildirib.
Nazirlik xəstəxanalarda, sağlamlıq mərkəzlərində və apteklərdə maskalardan istifadənin məcburi olaraq davam edəcəyini, qocalar evlərində isə maskanın taxılmasının yalnız tibb bacılarının müdaxiləsi və ya kənardan gələnlərin olması halında məcburi olacağını açıqlayıb.
Rəsmi məlumatlara görə İspaniyada COVID-19 başlayandan bəri təxminən 14 milyon yoluxma halı aşkar edilib, 118 min insan isə ölüb.
Şəbnəm Lətifi
İtaliyada miqrantların olduğu qayıqdan səkkiz cəsəd çıxarılıb
İtaliyada miqrantları daşıyan qayıq batıb.
<a rel="nofollow" href="https://sonxeber.az" title="en" son xeberler 2023" target="_blank">Sonxeber.az <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, hadisə nəticəsində 8 miqrant ölüb, 40 miqrant isə xilas olunub.
Xilasedicilərin məlumatına görə, sağ qalanlar Siciliyanın cənubunda yerləşən Lampedusa limanına aparılıb.
Qeyd edək ki, İtaliya Şimali Afrikadan gələn qanunsuz mühacirlərin sayının artması ilə üzləşir.
2022-ci ildə təxminən 105,140 miqrant, 2020-ci ildə 34,154miqrant, 2021-ci ildə isə 67,477 miqrant İtaliyaya dəniz yolu ilə gəlib.
116 000 manata aldığı "ev heyvanı" görənləri ŞOK EDİR - FOTO
Almaniyanın Dortmund şəhərinin 42 yaşlı sakini Kürşat Y. ötən il 9,9 milyon avro (təxminən 18,5 milyon manat) uduş əldə etdikdən sonra iki lüks idman <a rel="nofollow" href="https://masinlar.az" title="masinlar" masin satisi avtomobil elanlari" target="_blank">avtomobili, brend geyim və aksesualrlar almağa başlayıb, lakin onun 62 min avroya (təxminən 116 min manat) aldığı ev heyvanı görənləri şok edir.
<a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">BiG.AZ türk mətbuatına istinadən <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, özünə timsah alan milyonçu ona kəmər bağlayraq gəzdirir.
Kürşat heyvanları çox sevdiyini və gələcəkdə tutuquşu almaq istədiyini bildirib.
Toyuq əti və yumurta yenə bahalaşacaq
Yaxın vaxtlarda Azərbaycanda toyuq əti və yumurtanın qiymətində bahalaşma ola bilər.
<a rel="nofollow" href="https://sonxeber.az" title="en" son xeberler 2023" target="_blank">Sonxeber.az <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, bu barədə Bizim.media-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.
Onun sözlərinə görə, əgər quş yemi üçün qoyulan ƏDV götürülməzsə, gələn aylardan qiymətlərdə artım qaçılmaz olacaq:
"Quşçuluq fabriklərində yumurta və toyuq əti istehsalı kifayət qədər yüksəkdir. Hazırda süfrə yumurtası istehsalı 120-130 faizin üzərindədir. Toyuq əti istehsalı isə 88 faizə yaxın olur, ilin sonuna kimi rəqəm 100 faizi üstələyəcək. Xarici ölkələrdən Qətərə, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, Əfqanıstana, İraqa, İsrailə yumurta ixracımız var və yaxın günlərdə Belçikaya da ixrac olunacaq. Ət istehsalında da bir problem yoxdur. Hazırda yumurtanın qiyməti 16-17 qəpikdir".
Mürvət Həsənli bildirib ki, keçən il ƏDV-nin qaldırılması qiymətin ucuzlaşmasına səbəb olub:
"Yanvarın 1-dən soya üçün ƏDV təkrar bərpa olunub. Ümid edirik ki, yaxın günlərdə ƏDV-nin təkrar ləğvi məsələsi öz həllini tapacaq. Bir kiloqram ətin maya dəyərinin 68-70 faizində yemin qiyməti rol oynayır. Təbii ki, yemin qiymətində bahalaşma olacaqsa, ətə də təsir edəcək".
M.Həsənli bildirib ki, toyuq yemləri daha çox Rusiya, Ukrayna, Argentina, Braziliya, Qazaxıstan kimi ölkələrdən gətirilir. Müharibəyə görə Ukrayna və Rusiyadan yemlərin idxalında azalma var:
"Amma digər ölkələrdən idxal edə bilirik. Ötən il kifayət qədər yerli buğda və qarğıdalı istehsalı olub ki, bu da quşçulara kömək edib".
Qeyd edək ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının 25 üzvü var və hamısı fəaliyyətdədir.
Xatırladaq ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə dəyişiklik edilmiş, Azərbaycana idxal edilən heyvan yemləri və əlavələri 15 faiz gömrük rüsumundan azad edilmişdi. Lakin sözügedən qərar ötən ilin 31 dekabr tarixinədək qüvvədə olub.
Kartlarda olan vəsaitlər vergiyə cəlb olunacaqmı? - AÇIQLAMA
"Bu il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə yenidən cəlb olunmasından sonra kartlarda olan pullara verginin tətbiq olunub-olunmaması ilə bağlı çoxsaylı suallar ünvanlanır. Qeyd etmək istərdik ki, "Vergi Məcəlləsinə" edilən dəyişikliklərdən sonra 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad olundu. Bu məcəllənin 102.1.22-2 maddəsi ilə tənzimlənir. Göründüyü kimi, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri azad olmalar siyahısında deyil".
<a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">BiG.AZ <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, həmin məcəllənin 123-cü maddəsi ödəmə mənbəyində faizlərdən vergi tutulmasını nəzərdə tutulur:
"Deməli, kartlarda olan vəsaitlər ilə bağlı iki hal mümkündür.
1. Əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar) o halda kartda olan pul vergiyə cəlb olunmur.
2. Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 7 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur (400 manat X 10 %). Kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur. Yalnız faizi gəliri vergiyə cəlb oluna bilər.
Bir daha qeyd etmək istərdim, sizin kartınınz sizə faiz gəliri gətirmirsə heç bir halda sizdən vergi ödəmək tələb oluna bilməz".
Azərbaycanda son sutkada neçə nəfər COVID-19-a yoluxub?
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan <a rel="nofollow" href="https://sonxeber.az" title="en" son xeberler 2023" target="_blank">Sonxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 042 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 760 nəfər müalicə olunaraq sağalıb, 10 094 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.
Ölkədə son sutka ərzində 1 982, hazırkı dövrədək isə 7 493 215 test aparılıb.
Avtomobil digər avtomobilin də yanmağına səbəb oldu - VİDEO
Türkiyənin Elazığ şəhərində <a rel="nofollow" href="https://masinlar.az" title="masinlar" masin satisi avtomobil elanlari" target="_blank">avtomobil yanmağa başlayan zaman sürücü onu kənara çəkib.
<a rel="nofollow" href="https://sonxeber.az" title="en" son xeberler 2023" target="_blank">Sonxeber.az <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, hadisə nəticəsində başqa avtomobil də yanıb.
Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb.
Həmin görüntüləri təqdim edirik:
ABŞ-ın Los-Anceles Beynəlxalq Hava Limanında elektrik enerjisi kəsilib
Dünyanın ən işlək hava limanlarından biri olan Los Angeles Beynəlxalq Hava Limanında qısa bir elektrik kəsilməsi baş verib. 
<a rel="nofollow" href="https://sonxeber.az" title="en" son xeberler 2023" target="_blank">Sonxeber.az <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, hadisə dünən saat 14:30-da olub.
Hadisənin baş vermə səbəbi məlum deyil.
Hava limanı rəhbərliyi Tvitter hesabında saat 15:45-də elektrik kəsilməsinin tamamilə aradan qaldırıldığını bildirdi.
Qəza nəticəsində Los Angeles Beynəlxalq Hava Limanında 140 uçuş təxirə salındı və 64 uçuş ləğv edildi.
Bobi ən yaşlı it elan edilib
30 yaşlı Bobi adlı it Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı iti elan edilib.
<a rel="nofollow" href="https://sonxeber.az" title="en" son xeberler 2023" target="_blank">Sonxeber.az <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, Bobinin yaşını Portuqaliya hökuməti tərəfindən tanınan heyvan məlumat bazası da təsdiqləyib.
Saf Rafeiro do Alentejo cinsindən olan Bobi, ən çox yaşayan it tacını 23 yaşlı Çihuahua Spikedən təhvil alıb.
Ginnes rəsmilərinə Bobinin varlığı barədə məlumat verilməzdən əvvəl Spike rekordçu kimi cəmi iki həftə keçirib.
Portuqaliyalı Bobi bütün həyatını Portuqaliyanın cənubundakı Conqueiros kəndindəki evlərində Kosta ailəsi ilə keçirib.
Mühafizə itləri sinfindən olan Rafeiro do Alentejo cinsinin ömrü 12 ilə 14 il arasındadır.
Ən yaşlı it, Bluey (1910-1939) 29 il 5 ay yaşamış avstraliyalı mühafizə iti idi.
11 may 1992-ci ildə doğulduqdan sonra qeydiyyatda olduğu Leiria Bələdiyyəsinin Baytarlıq Xidməti Bobinin yaşını təsdiqlədi.
Şəbnəm Lətifi
Zaqatalada imam namazdan sonra öldü
Zaqatalada imam qəfil dünyasını dəyişib.
<a rel="nofollow" href="https://sonxeber.az" title="en" son xeberler 2023" target="_blank">Sonxeber.az APA-ya istinadla <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, bu gün günorta namazından sonra rayonun Muğanlı kəndinin imamı, həmin kənd sakini 43 yaşlı Elşən Mövlud oğlu Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala rayon Mərkəzi Xəstəxanasına gətirilib. Tibbi yardıma baxmayaraq Elşən Musayevin həyatı xilas etmək mümkün olmayıb.
Onun ürək tutmasından keçindiyi bildirilir.
Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində alıb.
Çilidə meşə yanğını nəticəsində 750 hektar ərazi külə dönüb
Çilinin Nuble və Biobio bölgələrində baş verən meşə yanğını nəticəsində 750 hektardan çox meşə sahəsi külə dönüb.
<a rel="nofollow" href="https://sonxeber.az" title="en" son xeberler 2023" target="_blank">Sonxeber.az <a rel="nofollow" href="https://big.az" title="xeberler" son xeberler 2023" target="_blank">xəbər verir ki, Cənubi Amerika ölkəsi Çiliyə təsir edən isti dalğası özü ilə meşə yanğınlarını da gətirib. Paytaxt Santiaqo, Nunoa, MetroSur, La Granja, TilTil, Melipilla, El Monte, Talagante, Colina, Buin, Quilicura və El Quisco kimi bölgələrdə meşə yanğınları xüsusilə Nuble və Biobio bölgələrində artmaqda davam edir. Milli Meşə Təsərrüfatı Agentliyinin (Conaf) verdiyi açıqlamaya görə Çillan şəhəri yaxınlığında baş verən yanğında 550 hektar meşə sahəsinin, Nubledə isə 200 hektar meşəlik sahənin yanıb.
Paytaxt Santyaqoda və Çilinin bəzi bölgələrində 7 təbiət parkı yanğın təhlükəsi ilə əlaqədar nazirliyin əmri ilə müvəqqəti olaraq bağlanıb. Nublda bəzi kənd yerlərində insanlar təxliyəyə çağırılıb.
Şəbnəm Lətifi
Buraxılış imtahanından 683 şagird AZAD EDİLİB
Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış şəhər, rayon psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı açıqlanıb.
DİM-dən Sonxeber.az-a verilən xəbərə görə, 2022/2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış şəhər, rayon psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında tam (XI sinif) orta təhsil səviyyəsi üzrə 99 nəfər, ümumi (IX sinif) orta təhsil səviyyəsi üzrə 584 nəfər şagird Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarından azad edilib.
Buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı ilə buradan tanış olmaq mümkündür.