Sentyabrdan bu yana Rusiya Premyer Liqa təmsilçisi “Ximki” klubunun U-19 komandasını çalışdıran Nazim Süleymanov bundan sonra əvəzedici komandanın “sükanı” arxasında dayanacaq.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi yollarını ayırdığı Dmitri Vyazmikini həmyerlimizlə əvəzləyib. Rusiyanın ikinci liqasında mübarizə aparan komanda Süleymanova həvalə olunub.

Nazim bəyin U-19-u çalışdıran gündən bu yana əsas komandaya 5 gənc futbolçu göndərməsi rəhbərliyin ürəyincə olub. Belədə ona nisbətən təcrübəli komandanı çalışdırmağı təklif ediblər.

Əvvəlki komandada Nazim Süleymanovun köməkçisi olmuş Emin Ağayev “Ximki-2”də də baş məşqçinin “sağ əli” olacaq. Baxmayaraq ki, rəhbərlik U-19-u Ağayevə təklif edib.

Nazim Süleymanov əvvəllər “Xəzər Lənkəran”, “Neftçi”, “Olimpik Şüvəlan”, “Sumqayıt” kimi komandaların baş məşqçisi olub.

Azərbaycan millisinin keçmiş futbolçusu daha çox Rusiyanın “Alaniya” klubundakı çıxışı ilə yadda qalıb.

HƏBİB

“Qarabağ”a çempionluq mübarizəsində güc göstərən “Sabah” fevralın 11-də məhz bu rəqiblə üz-üzə gələcək.

"tələbələr"in baş məşqçi Murad Musayev bu oyundan öncə kifayət qədər qayğılıdır.

Səbəb komandasının aparıcı fiqurlarının cəza sərhəddində olmasıdır.

Belə ki, “11-liy”in əsas simaları – Aleksey İsayev, Anatoli Nuriyev, Boyan Letiç, Coy-Lens Mikels və Emanuel Apeh, eləcə də Ceyhun Nuriyev təhlükəli vəziyyətdədir.

Bu futbolçulardan hansısa biri və ya bir neçəsi fevralın 6-da “Səbail”lə baş tutacaq görüşdə növbəti “sarı”nı alsa, “Qarabağ”la prinsipial qarşılaşmada iştirak edə bilməyəcək.

Təbii ki, yaranmış vəziyyət Murad Musayevi narahat etməyə bilməz. Çox güman, “Səbail”lə matçda cəza sərhəddində onların bəzilərinə istirahət imkanı yaradacaq. Ya da 90 dəqiqə meydanda saxlamayacaq.

HƏBİB / SPORTİNFO.AZ

"Visla"da (Plotsk) çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun keçəcəyi Cənubi Koreya təmsilçisinin adı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera tvitterdə yazıb.

Onun sözlərinə görə, "Tecon Xana Sitizen" 25 yaşlı müdafiəçi üçün 600 000 avro ödəyəcək.

Anton Krivotsyuk 2021-ci ilin yayında "Neftçi"dən Plotsk "Visla"sına 70 000 avro qarşılığında keçib.

Premyer Liqanın 21-ci turunun “Kəpəz” – “Qarabağ” qarşılaşmasından əvvəl meydan sahibləri kiçik tədbir planlaşdırıb.

Oyundan əvvəl Qurban Qurbanov ön planda olacaq.

Belə ki, ölkənin ən bir nömrəli futbol məşqçisinə təşəkkürünü çatdırmaq istəyən, ona gül dəstəsi təqdim etmək niyyətində olan uşaqlar var.

Həmin uşaqlar 2020-ci ildəki ikinci Qarabağ müharibəsi zamanı düşmənin Gəncəyə atdığı raket nəticəsində valideynlərini itirən uşaqlardır.

Belə ki, o dövrdə televiziya verilişlərinin birində hadisə yerindən kadrlar göstərilib. Uşaqlardan biri əlində yanmış oyuncağını tutub və pərişan halda kameraya baxıb.

Qurban Qurbanov o görünütünü izləyəndə ürəyi dağa dönüb. Və dərhal həmin cocuqlara uşaq oyuncaqlarından ibarət sovqat göndərib. Baş məşqçinin bu addımı uşaqları və yaxınlarının sevincinə səbəb olub.

İndi isə azyaşlılar Qurbanova başqa formada təşəkkür etmək istəyir.

Fevralın 4-də Gəncə şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Qarabağ” matçı saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

"Sumqayıt" 20-ci turu qələbə ilə başa vurdu.

Doğma meydanda "Turan Tovuz"u qəbul edən komanda 2:1 hesablı qələbə ilə 3 xala sevindi.

Xüsusi ilə "kimyaçılar"ın il qolu baxımlı alındı. Şimali Makedoniyalı Todor Todoroskinin uzaq məsafədən vurduğu zərbə doqquzluğa sancıldı.

Düzdü, buraxılan qola rəqib qolkiper Tərlan Əhmədlinin kobud səhvi də az "rəng" qatmadı.

Müdafiəçi ya zəlzələdən, ya vəlvələdən vurduğu əla qola göz yaşları axıtdı.

Meydanda onun sevincinə ilk şərik olan komanda yoldaşı Vüsal İsgəndərli oldu.

"10 nömrə" meydandan kənarda da Todordan "əl çəkməyib".

Yarımmüdafiəçi həmin anın fotosunu sosial şəbəkə hesabından paylaşaraq, arxa xətt oyunçusuna maraqlı məsləhət verib.

İsgəndərli "12 nömrə"yə xitabən fotoya "Ae yaxşı day ağlama" sözlərin yazıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Ekofəallarımızın Laçın yolundakı etiraz aksiyası davam edir.

Ermənilər bizim bu qanuni və haqlı tədbiri dünyanın gözündən salmaq üçün 48 gündür dəridən-qabıqdan çıxsalar da, istəklərinə çata bilməyiblər.

Artıq özləri də etiraf edir ki, yol daha 12 dekabr 2022-ci il tarixinədək olan rejimdə fəaliyyət göstərməyəcək. Yəni separatçı-kriminal elementlər həmin yolla nə istəyir daşıya bilməyəcəklər.

Qoy 10 noyabr üçtərəfli bəyanatını da gözə soxmasınlar. Öncə kapitulyant tərəf kimi getsinlər həmin sənədin 4-cü (qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması) və 9-cu bəndlərinin (Zəngəzur dəhlizi) tələblərini yerinə yetirsinlər, sonra danışarıq. Çünki məğlub ölkə şərt diktə edə bilməz.

Di gəl, xaricdəki havadarlarının boş vədlərindən ruhlanan ermənilərin həyasızlığı səngimir. Eyni zamanda olduqca təhlükəli planlar üzərində baş sındırmaqdadırlar. Məsələn, məlumatlar yayılıb ki, Ermənistanda Laçın yolundan keçmədən Qarabağdakı separatçı rejimə yüklərin hansı yolla göndərilməsi müzakirə olunur və təklif olunan yollardan biri dronlardan istifadə haqdadır.

Erməni jurnalist-ekspert Qaqik Vardanyan bununla bağlı bildirib ki, sürətli həll yollarından biri məhz yüklərin dronlarla çatdırılmasıdır. “Bunun üçün biznesmenlərimiz dronların alınmasını həyata keçirə bilər. Azərbaycan buna maneələr yaradacaq, lakin biz dayanmamalıyıq. Dronlar vasitəsilə hava məkanından istifadə etmək mümkündür”, - Vardanyan sərsəmləyib.

AFFA İntizam Komitəsi "Qəbələ"nin müdafiəçisi Ruan Renato və "Zirə"nin yeni transferi Donald Geryeni 1 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna sözügedən futbolçuların müvafiq olaraq "Sabah" və "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının XX tur matçlarındakı davranışları səbəb olub.

Hər iki legioner qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün sanksiya ilə üzləşiblər. Onlar eyni zamanda öz klublarını 200 manat ziyana salıblar.

Bundan başqa, "Qəbələ" 4, "Sabah" isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə ayrılıq 800 manat cərimələnib.

Analoji cərimə "Sumqayıt"la matçda 4 futbolçusu xəbərdarlıq alan "Turan Tovuz" və "Kəpəz"lə qarşılaşmada eyni sayda oyunçusu sarı vərəqə görən "Səbail"ə tətbiq olunub.

Həmçinin, "ASCO Arena"dakı oyunda meydan sahibləri xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub əlavə 800 manat cərimələnib.

Region Liqasının son turunda maraqlı qol qeydə alınıb.

«Difai»nin hücumçusu Mirkamil Əliyev İCBFA ilə qarşılaşmada (7:2) cərimə zərbəsini möhtəşəm yerinə yetirib.

O, uzaq məsafədən vurduğu qolla fərqlənib.

«Difa» paytaxt zonasının «B» yarımqurupunda mübarizə aparır. II Qarabağ Müharibəsi iştirakçılarından və qazilərdən formalaşdırılmış komanda mövsümün ən uğurlu iştirakçısıdır.

Şuşa təmsilçisi qrupda keçirdiyi 8 oyunun hamısında qalib gəlib və pley-off mərhələsinə vəsiqəni təmin edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

“Hər kəs anın ciddiliyini anladı və ABŞ Dövlət Departamentinin Qərb adından reaksiya verməsi təsadüfi deyil.

Bildirilib ki, sülhməramlılarla maraqlanmırlar, çünki 2020-ci ildə regionda kimin olacağı ilə bağlı qərar qəbul ediləndə biz orada deyildik”.

Bu barədə erməni politoloq Arman Abovyan danışıb.

O bildirib ki, Qərb digər məsələlər üzərində işləməyə davam edəcəyini elan edib.

“Yəni, belə çıxır ki, Ermənistan ərazisi geosiyasi döyüşlər zonasına çevriləcək. Ermənistanın Suriyaya çevriləcəyi ilə bağlı söhbətlər reallığa çox yaxındır”, – deyə Arman Abovyan əlavə edib.

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Liqa kubokonun “Nottingem Forest”lə oyunundan sonra (2:0) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, ikinci hissənin daha sürətli keçdiyini deyib:

“Doğrusu, birinci hissə çox da yaxşı oynamadıq. Oyunçularım çox yavaş oynayırdılar. İkinci hissə daha sürətli keçdi.

Yaxşı oynadıq və qollar vurduq. Rəqib müdafiədə inamlı mübarizə apardı.

Hər oyun daha da keyfiyyətli mübarizə aparmalıyıq. Yaxşı heyətimiz var. Biz “Mançester Yunayted”ik. Bu klubda oynayırsansa, yüksək standartlara cavab verməlisən”.

“Mançester Yunayted” İngiltərə Liqa kubokunun finalında “Nyukasl”la qarşılaşacaq.

“Ermənistanın baş naziri Nikol Paşinyanın dəliliyini dayandırmağın vaxtı çatıb”.

Bu barədə Daşnaksütyun İdarə heyətinin üzvü, Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan bildirib.

Onun sözlərinə görə Paşinyan hökuməti Njde Qaragavuryan adlı bir daşnakın Ermənistana gəlişinə qadağa qoyub. Bu rəsmi İrəvanın gəlməsini yasaqladığı dördüncü daşnakdır.

Papazyanın bildirdiyinə əsasən özündən başqa Masis və Süne Abramyanın da Ermənistana gəlməsi mümkün deyil.

“Nikol Paşinyan bu dözülməz qərarları verməklə, əslində, özünü avtoritar lider kimi göstərir. Bu, Ermənistanı zəiflədir. Bu, Ermənistanın beynəlxalq aləmdə reputasiyasına xələl gətirir.

Paşinyanın heç bir hüquqi əsas olmadan bizi “persona non qrata” hesab etməsi qəbuledilməzdir.

O, bizim Ermənistana girməyimizi qadağan edə bilər, amma Ermənistanın bizdə olmasına mane ola bilməz”,-deyə o yazıb.

Ermənistan hökumətinin sonuncu yasaqladığı Njde Qaragüvuryan həm də“Yeni Nəsil” Fransa Gənclər Birliyinin Mərkəzi Bölməsinin sədridir.

Türkiyə Super Liqasında 22-ci turun görüşləri oynanılıb.

Sportinfo.az xəbər verir ki, "Fənərbaxça" "Adana Demirspor"un qonağı olub.

Gərgin keçən görüş bərabərliklə yekunlaşıb.

"Adana Demirspor" - "Fənərbaxça" 1:1
Qollar: Ndiaye 83 - Valensiya 88

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 2 nəfər dünyasını dəyişib.

Tanınmış futbol eksperti Emin Abbasov «Neftçi»nin oyun üslubunu kəskin tənqid edib.

O, barədə fikirlərini ATV-də yayımlanan «Futbolumuz» verlişində səsləndirib.

Keçmiş klub funksioneri bildirib ki, Lorentsiu Regekampf öz işinin öhdəsindən gəlmir və komandanı hədəfi üzrə aparmır.

Abbasov baş məşqçinin fəaliyyəti dövründə «ağ-qaralar»ın həm əsas məqsədlərindən uzaq düşməsinə, həm də bərbad futbol sərgiləməsinə diqqət çəkib.

Qeyd eləyib ki, rumıniyalı çalışdırıcı kifayət qədər səviyyəli futbolçulara sahib olsa da, «Neftçi» çəmpionluq yolunda «Qarabağ» və «Sabah»ın xeyli gerisində qalıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

“Dəhliz açıldıqdan sonra Ermənistandan Qarabağa insanların axını artmalıdır”.

“Vahid Ermənistan” partiyasının sədri, keçmiş deputat Artur Qazinyan Facebook səhifəsində yazıb.

“Laçın dəhlizi açıldıqdan sonra mən Qarabağa gedəcəyəm, bir neçə gün qədim “erməni” torpağından güc alacam və xalqın yanında olacağam.

Təmənnasız xidmətimlə onların ayağa qalxmasına kömək edəcəyəm ki, daha güclü olub, mübarizə aparsınlar və qalib gəlsinlər.

Dəhliz açıldıqdan sonra Qarabağ əhalisinin azalmasının qarşısını almaq üçün bütün səyləri göstərmək lazımdır.

Bunun üçün Ermənistandan Qarabağa insan axını dörd dəfə artmalıdır. Azərbaycana və bütün dünyaya göstərməlidir ki, Qarabağ xalqı tək deyil, Qarabağ erməninin idi, var və olacaq”, – Qazinyan deyib.

Azərbaycan Premyer Liqasında XXI turun hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki,bu tur FIFA referilərinin hər üçü iş başında olacaq.

Rauf Cabbarov “Kəpəz” - “Qarabağ”, Elçin Məsiyev “Neftçi” - “Sumqayıt”, Əliyar Ağayev isə “Şamaxı” - “Turan Tovuz” görüşünü idarə edəcək.

04 fevral (şənbə)

14:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cəmil Quliyev, Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Gəncə şəhər stadionu.

05 fevral (bazar)

16:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”.

16:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu.

06 fevral (bazar ertəsi)

14:00. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu.

18:00. “Sabah” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Şirmamed Mamedov, Cavid Cəlilov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”.

"Qarabağ"ın "Maribor"a çıxış edən qapıçı Ajbe Yuqla maraqlanması iddia olunur.

Bu haqda Sloveniyanın "Nogomania" nəşri məlumat yayıb.

Yerli həmkərlarımızın yazdığına görə, "köhlən atlar"la yanaşı, ABŞ-ın MLS liqasında çıxış edən bəzi komandalar da 31 yaşlı kiperi heyətinə qatmaq istəyir.

Amma keçidin bu qış “transfer pəncərəsi”, yoxsa yayda baş tutacağı barədə məlumat verilməyib. "Maribor" hələlik sloveniyalı qolkiper üçün mümkün təklifləri gözləyir.

Ajbe Yuq 2020-ci ildən "Maribor"un formasını geyinir. 30 yaşlı sloveniyalı daha əvvəl Fransada “Bordo”, Portuqaliyada “Sportinq” və Niderlandda “Fortuna”nın (Sittar) qapısını qoruyub.

Ağdam klubundan redaksimiza daxil olan məlumata görə, Yuqun xidməti onlara təklif edilməyib.

Bildirilib ki, balkanlı qolkiperın adı transfer siyahsında yer almayıb və yayda da bura gəlişi nəzərdə tutulmayıb.

SPORTİNFO.AZ

O gün Cavid İmamverdiyevlə danışırdım.

“Sportinfo” üçün götürdüyüm müsahibənin gedişində söz 10-12 il əvvələ çəkdi.

Dedi, yadınızdadır o vaxtkı “Neftçi”nin heyəti? Ölkə futbol tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan komandanın heyətində gənc futbolçuların sayı bilirsiniz nə qədər idi?

Əlbəttə, yadımdadır. Köməkləşib bir-bir adları saydıq. 10-a yaxın futbolçu idi. Yəni “Neftçi”nin ağır yükünü daşıyan hər nə qədər Flavinyo, Culius Vobay, Erik Ramos, Nikolas Kanales, Saşa Stamenkoviç kimi legionerlər, Mahir Şükürovla Rəşad Sadiqov kimi təcrübəli yerlilər idisə, arxadan onlara yaşı 19-21 arası olan gənclər dəstək verirdi.

Həmin gənclər ölkə futbolunun gələcəyi hesab olunurdu. Bu gün oynasaydılar, ən parlaq dönəmləri sayılacaqdı.

Kim idi onlar?

APOEL-lə tarixi matçlarda əsas heyətdə yer alan Cavid İmamverdiyevlə Elvin Yunuszadə, “İnter”lə Bakıdakı dueldə “11-lik”də şans qazanan Kamil Nurəhmədov, oyunu sonradan gücləndirmək tapşırığı alan Araz Abdullayev, Tərlan Quliyev, Mirhüseyn Seyidov, həmçinin Emin Mehtiyevlə Kərim Diniyev.

Bəs, hanı onlar?

Cavid İmamverdiyev Birinci Diviziondakı çıxışdan sonra klubsuz qalıb və demək olar karyerasını başa vurub. Elvin Yunuszadə “divizion”da “Kəpəz-2”nin şərəfini qoruyur. Kamil Nurəhmədov qeybə çəkilib, futbol təsərrüfatında yoxdur. Mirhüseyn Seyidovla Emin Mehtiyev oyun alğı-satqısına görə futboldan ömürlük kənarlaşdırılıb. Kərim Diniyev 29 yaşında karyerasını başa vurub məşqçiliyə başlayıb, Araz Abdullayevə isə yaxın duran yoxdur.

Kim qalıb?

Yalnız və yalnız Tərlan Quliyev. Həmin nəsildən dözümlü çıxmağı bacaran müdafiəçi 2010-cu ildən bu yana Premyer Liqada mütəmadi şans qazanır və bu gün “Turan Tovuz”un uğurları üçün tər tökür.

Ağlamalı mənzərədir. Yəqin ki, dönüb geriyə boylananda özləri də gözlərindən axan yaşları silmək məcburiyyətində qalır.

HƏBİB

Cari mövsüm Avropa liqalarında 21 yaşadək oyunçular arasında ən çox qol vurmuş futbolçular bəlli olub.

Sportinfo.az-ın "Euro Foot" nəşrinə istinadən məlumatına görə, siyahıda Azərbaycan millisinin və "Qarabağ" ın hücumçusu Musa Qurbanlı da yer alıb.

Gənc forvard 14 qolla Fransanın "Reyms" komandasının oyunçusu Folorin Baloqanla birlikdə 1-2-ci yerləri bölüşdürür.

İlk "üç-lüy"ü Portuqaliya "Benfika"sından Qonsalu Ramuş (12 qol) qapayır.

Musa Qurbanlı 2019-cu ildən "Qarabağ"da çıxış edir.

Ermənistanın siyasi-diplomatik uğursuzluğu artıq ardıcıl prosesə çevrilməyə başlayıb.

Belə ki, rəsmi İrəvan bir-birinin ardınca beynəlxalq zərbələr almaqda davam edir.

Və bu proses istənilən halda, rəsmi İrəvanın ümidlərinin tükənməsinə, yenidən sülh danışıqları masasına geri dönməsinə səbəb olacaq.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti Rusiya ilə sərt qarşıdurma cəhdlərinin əks effektini də artıq almağa başlayıb. Çünki Ermənistana növbəti sarsıdıcı zərbə məhz Rusiyadan gəlib. Bu ölkənin xarici işlər naziri Sergey Lavrovun son açıqlaması Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığının nəticəsiz qaldığını göstərir.

Məsələ ondadır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi İrəvanın KTMT-dan Azərbaycanın açıq mətnlə birbaşa ittiham olunmasını tələb etdiyini bildirib. Ancaq onun fikrincə, KTMT üzvləri buna hazır deyillər: "Halbuki, bu, KTMT-nın hansısa tərəfi dəstəkləməsi anlamına gəlmir. Qarabağ müharibəsinin kökləri dərindir. Uzun illər Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Rusiya müxtəlif həll variantları təklif etsə də, Ermənistan həmin əraziləri öz nəzarətində saxlamaq istəyirdi. Ancaq Azərbaycan özünə məxsus əraziləri işğaldan azad etdi".

Beləliklə Ermənistanın işğalçı dövlət olduğunu rəsmən xatırladan rus nazir tərəflərin Alma-Ata deklarasiyası əsasında sülh sazişi imzalamaq barədə öhdəlik götürdüklərini də vurğulayıb: "Alma-Ata deklarasiyasında deyilir ki, müstəqil dövlətlərin sərhədləri sovet respublikalarının sərhədlərindən keçir. Dağlıq Qarabağ isə Azərbaycan SSR-in tərkibinə daxil idi".

Ermənistanın "şikayət siyasəti"nə daha bir zərbə ABŞ tərəfindən vurulub. Belə ki, ABŞ Dövlət Departamenti Ağ Evin Azərbaycan-Ermənistan münaqişəsinin həllində fəal iştirak edəcəyini bəyan edib. Üstəlik, bu məsələnin ABŞ-ın dövlət katibi Entoni Blinken üçün böyük əhəmiyyət daşıdığı da vurğulanıb.

Belə anlaşılır ki, ABŞ Cənubi Qafqazda regional sülhün və sabitliyin bərqərar olmasında maraqlıdır. Üstəlik, sülh prosesinə yaradılan süni əngəllərdən də qətiyyən məmnun deyil. Hətta bunu Cənubi Qafqazda sülh prosesini ABŞ tərəfindən kurasiya edəcək yeni diplomatın təyinatı ilə bağlı bəzi məqamlar da rəsmi İrəvana dolayısı mesaj hesab oluna bilər.

Məsələ ondadır ki, ABŞ-ın dövlət katibi Entoni Blinken təcrübəli diplomat Lui Bononu səfir Filip Rikerin yerinə Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Ancaq onun yeni vəzifəsindən "ATƏT-in Minsk Qrupunun həmsədri" statusu ixtisar olunub. Eyni zamanda vurğulanıb ki, yeni səfirin fəaliyyəti Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun təmin edilməsi olacaq. Yəni, Ağ Ev bir tərəfdən Minsk Qrupunun artıq mövcud olmadığını mesajını verir. Digər tərəfdənsə, "Dağlıq Qarabağ mövzusu"nun müzakirə masasında olmayacağını da təsdiqləyir.

Göründüyü kimi, Paşinyan hakimiyyəti ardıcıl olaraq, iki sarsıdıcı siyasi-diplomatik zərbə ilə üzləşmiş oldu. Bir tərəfdən Rusiya Ermənistanı işğalçı dövlət kimi təqdim etdi, "Dağlıq Qarabağ"ın Azərbaycana məxsus olduğunu qabartdı. Buna paralel olaraq, ABŞ da sülh danışıqlarında "Dağlıq Qarabağ mövzusu"nun müzakirə edilməyəcəyinə eyham vurdu. Yəni, rəsmi İrəvanın avantürist davranışları və "timsah gözyaşları" artıq işə yaramır. Xankəndi və ətraf bölgə ilə bağlı prosesin Azərbaycanın daxili məsələsi olduğu beynəlxalq səviyyədə qəbul edilir.

Təbii ki, hadisələrin belə inkişafı Paşinyan hakimiyyətinin son aylarda qurduğu avantürist ssenarilərin boşa çıxdığını da təsdiqləyir. İndi rəsmi İrəvan mövcud situasiya ilə barışıb, sülh danışıqları masasına geri dönməyə məcburdur. Əks halda, itirilən zaman Ermənistanın əleyhinə işləyir və onu daha da qəliz situasiyaya doğru sürükləyir. Və Ermənistan mətbuatında yer alan son məlumatlara diqqət etdikdə rəsmi İrəvanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ilə əlaqələrinin zəifləməkdə olduğunu anlamaq çətin deyil.

Məsələ ondadır ki, hazırda Ermənistan cəmiyyətində "Dağlıq Qarabağ"ın Azərbaycanın tərkibində olmasına münasibətin dəqiqləşdirilməsinə yönəlik sosioloji rəy sorğularının sayı artıb. Yəni, Ermənistan siyasi dairələri bu məsələni ciddi şəkildə müzakirə edir. Vəziyyətin dəyişməsinə yönəlik cəhdlərin uğursuz olduğunu anlayır. Və bu səbəbdən erməni toplumunun mövqeyini öyrənməyə ehtiyac duyur.

Digər tərəfdən isə Ermənistan mətbuatının iddialarına görə, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər kütləvi şəkildə Azərbaycan vətəndaşlığı almağa can atır. İrəvanda nəşr olunan "Hraparak" qəzeti Qarabağda olan mənbələrinə istinadən iddia edib ki, Xankəndi və ətraf bölgədə yaşayan 30-35 min erməni Azərbaycan vətəndaşlığını qəbul etməyə artıq hazırdır. Belə bir mövzunun və məlumatın Ermənistan mətbuatına çıxması prosesin sona çatmaq üzrə olduğunu göstərir.

Məsələ ondadır ki, 30-35 min erməninin Azərbaycan vətəndaşı olmaq istəyi Xankəndi və ətraf bölgədə yaşayan hər kəsin buna hazır olması deməkdir. Çünki Azərbaycanın Xankəndi və ətraf bölgəsində 120 min erməninin yaşaması barədə iddialara heç kim inanmır. Son vaxtlar dünyanın bəzi nüfuzlu media qurumları da rəsmi İrəvanın belə şişirdilmiş rəqəmləri ortaya atmaqla, beynəlxalq ictimaiyyəti aldatmağa cəhd etdiyini vurğulayır. Ümumiyyətlə isə Rusiya mənbələrinin açıqladığı rəqəmlərin təhlili Xankəndi və ətraf bölgədə təxminən 25 minə yaxın erməninin yaşadığını göstərir.

Digər tərəfdən, belə məlumatlar həm də Azərbaycanın Xankəndi və ətraf bölgəsində situasiyanın erməni separatçı-terrorçuların, o cümlədən də Kreml "təxribat emissarı" Ruben Vardanyanın nəzarətindən çıxmaq üzrə olduğunu göstərir. Çünki R.Vardanyan bölgədə ermənilərin sərbəst hərəkətini və toplaşmasını qadağan edib. Bəzi iddialara görə, buna səbəb ermənilərin Azərbaycanla birbaşa ünsiyyət qurmaq üçün Şuşa istiqamətində hərəkət edə biləcəkləri ilə bağlıdır. Digər tərəfdən, Kremlin "təxribat emissarı"nın erməni əhalinin onun fəaliyyətinə qarşı etiraz aksiyaları keçirə biləcəklərindən də ehtiyatlandığı bildirilir.

Ancaq indi belə anlaşılır ki, R.Vardanyan artıq situasiyanı nəzarətdə saxlamaqda, reallıqları gizlətməkdə çətinlik çəkir. Əgər, artıq Ermənistan mətbuatı da Xankəndi və ətraf bölgədə ermənilərin Azərbaycan vətəndaşlığına can atdıqlarını açıq şəkildə iddia edirsə, deməli, problemin həlli o qədər də uzaqda deyil. Və yaxın vaxtlarda bu məsələ Azərbaycan qanunvericiliyinə uyğun şəkildə nizamlana bilər (musavat.com).

«AFFA-nın lisenziyalaşdırma tələblərini yerinə yetirməyə çalışırıq, bu istiqamətdə xeyli iş görmüşük».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

Növbəti mövsüm Premyer Liqada mübarizə aparmaq istədiklərini bildirən klub rəhbəri qeyd edib ki. lazım olan sənədləri toplayıblar:

«AFFA haımya fevralın 15-dək vaxt verib. Həmin tarixədək işimizi görüb qurtarmalıyıq. Bizdə bir stadiona aid sənəd qalıb.

Zaqatala Olimpiya Kompleksinin stadiounun icarəyə götürdüyümüzü təsdiqləyən sənədi federasiyaya təqdim eləməliyik.

Bilirsiz ki, bura Gənclər və İdman Nazirliyinin balansındadır. Yəqin ki, nazirlik həmin sənədi yaxın günlərdə bizə göndərəcək.

Maliyyə məsələsi? Divizionun digər klublarında olduğu kimi, bizdə də problem sponsordur. Bu məsələni yalnız AFFA-nın özü həll edə bilər».