Google gələn həftə xüsusi tədbir keçirdəcək və həmin tədbir çərçivəsində axtarış və süni zəka texnologiyaları barəsində danışacaq. Planlaşdırılan tədbir Parisdə baş tutacaq. Tədbirin keçirilmə tarixi isə 8 fevraldır. 8 fevral tarixində baş tutacaq tədbir çərçivəsində Google süni zəka imkanları vasitəsilə axtarış, analiz və insanların məlumatlarla qarşılıqlı əlaqələrini necə dəyişəcəyi barəsində danışacaq. Bununla yanaşı şirkət bildirib ki, məlumatları axtarmaq prosesi əvvəlkindən daha təbii və intuitiv olacaq. Qeyd etmək lazımdır ki, keçən ilin sonunda istifadəyə verilmiş süni zəka əsaslı ChatGPT çat-botu Google şirkətinin narahatçılığına səbəb oldu.
Şirkət rəhbərliyi və əməkdaşları düşünürlər ki, sözügüdən çat-bot şirkətin axtarış sistemləri bazarındakı liderliyini əlindən ala bilər. Buna görə də Google son həftələr süni zəka sahəsində yeni məhsullarının hazırlanmasına aktiv start verib. Google şirkətinə digər böyük zərbəni Microsoft vura bilər. Belə ki, Microsoft OpenAI şirkətinin ChatGPT texnologiyasında yüksək potensial görərək şirkətə külli miqdarda investisiya yatırmağa hazırlaşır. Həmçinin ortaya çıxmış yeni məlumatlara əsasən Microsoft yaxın həftələrdə ChatGPT-nin yeni versiyasını özünün Bing axtarış sisteminə inteqrasiya etməyi planlaşdırır.
Lakin Micrsofot ChatGPT-ni təkcə Bing-ə inteqrasiya ilə kifayətlənmək niyyətində deyil. Şirkətin planları arasında süni zəka əsaslı çat-botun digər servislərə inteqrasiyası da var. Onlara misal olaraq Teams-i və ya Word platformasını gətirmək olar. Google şirkətinin gələn həftə keçirəcəyi tədbir barəsində ətraflı məlumat yoxdur. Heç istisna deyil ki, şirkət tədbir çərçivəsində artıq mövcud olan servislərinin yeni imkanları barəsində danışsın. Belə ki, Google şirkətinin Maps və Translate kimi servislərinə süni zəka alqoritmləri aktiv şəkildə inteqrasiya edilir.
OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botu sürətlə bütün dünyada məşhurlaşmağa davam edir. UBS adlı şirkətin qiymətləndirməsinə əsasən keçən ay ChatGPT-nın istifadəçi kütləsi 100 milyon çatıb. OpenAI bu nəticəni çat-botun istifadəyə verilməsindən cəmi 2 ay sonra əldə edə bilib. Bu isə ChatGPT-nı tarixdə ən sürətlə böyüyən istehlakçı məhsulu edir. Similar Web adlı analitik şirkətin məlumatına əsasən keçən ay ChatGPT-dan gündəlik 13 milyon insan istifadə edib. Bu isə servisin dekabr ayındakı göstəricisindən iki dəfə böyükdür. “Internet mühitinin 20 illik müşahidəsi çərçivəsində biz bu cür sürətlə böyüyən istehlakçı tətbiqləri görməmişik” - deyə UBS şirkəti qeyd edib.
Qeyd etmək lazımdır ki, Microsoft tərəfindən aktiv şəkildə dəstəklənən OpenAI şirkəti ChatGPT-nı keçən ilin noyabr ayının sonunda istifadəyə vermişdi. Həmin vaxtdan 2 ay keçib və servisin istifadəçi kütləsi artıq 100 milyon təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, eyni nəticəni əldə etmək üçün TikTok-un qlobal versiyasına 9 ay, Instagram-a isə 2 il vaxt lazım olub. Hal hazırda istifadəçilər ChatGPT-dan pulsuz şəkildə istifadə edə bilərlər. Lakin dünən rəsmi olaraq məlumat verildi ki, OpenAI şirkəti öz çat-botunun ChatGPT Plus adlı pullu versiyasını ABŞ-dakı istifadəçilər üçün istifadəyə verib. Çat-botun pullu versiyasından istifadə haqqı aylıq 20$ təşkil edir. Bu vəsaiti ödəməklə istifadəçilər ChatGPT-nın daha geniş imkanlarından yararlana bilərlər.
Blockchain üzrə Chainalysis adlı analitik şirkətin təqdim etmiş olduğu hesabata əsasən keçən il hackerlər kriptovalyuta şirkətlərindən ümumilikdə 3.8 milyard dollar dəyərində rəqəmsal aktiv oğurlayıblar. Bununla belə kriptovalyutaların oğurlanmasında iştirak etmiş hackerlərin əksəriyyəti Şimali Koreya ilə əlaqəli olub. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2021-ci ildə hackerlər ümumilikdə 3.3 milyard dollar dəyərində kriptovalyuta oğurlamışdılar. Chainalysis şirkətinin məlumatına əsasən Şimali Koreya ilə əlaqəli olan hackerlər il ərzində kompüter sistemlərinin hack edilməsi vasitəsilə 1.7 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar.
Bu isə 2021-ci ildə oğurlanmış 429 milyon dollarlıq kriptovalyuta göstəricisindən qat-qat yüksəkdir. FBI həmin hackerləri keçən ilin mart ayında Ronin adlı blockchain platformasına reallaşdırılmış kiberhücumda günahlandırır. Qeyd etmək laızmdır ki, Axie Infinity adlı NFT oyun məhz Ronin blockchain platforması əsasında çalışır. Keçən ilin mart ayında sözügedən blockchain platformasına reallaşdırılmış kiberhücum çərçivəsində hackerlər 625 milyon dollar dəyərində kriptovalyuta oğurlamışdılar.
“Şimali Koreyanın 2020-ci ildəki məhsul eksportunun həcmi 142 milyon dollar təşkil etmişdi. Buna görə də söyləmək olar ki, kriptovalyuta platformalarının hack edilməsi bu ölkənin iqtisadiyyatının vacib hissəsini təşkil edir” - deyə Chainalysis şirkəti qeyd edib. Keçən il hackerlərin əsas hədəfləri DeFi protokollarının hack edilməsi olub. Bu protokolların hack edilməsi nəticəsində hackerlər ümumilikdə 3.1 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar. Bu isə keçən il oğurlanmış bütün kriptovalyutaların 82.1%-ni təşkil edir.
Microsoft Bing yaxın zamanda Google şirkətinin axtarış sistemləri sahəsindəki dominantlığına meydan oxuyacaq. Belə ki, verilmiş məlumata əsasən Microsoft yaxın həftələrdə özünün Bing axtarış sisteminə GPT-4 modeli əsasında hazırlanmış yeni ChatGPT-ni inteqrasiya edəcək. Məlumatda qeyd edilib ki, ChatGPT-nin yeni versiyası cavabları daha sürətlə tərtib edir və bununla yanaşı onun təqdim etmiş olduğu cavablar daha təbiidir. OpenAI şirkəti isə öz növbəsində son zamanlar məşhur olmuş çat-botunun mobil versiyasını istifadəyə verməyi və fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş DALL-E sistemində süni zəka vasitəsilə videoların tərtib edilməsi funksiyasını test etməyi planlaşdırır. ChatGPT artıq istifadəyə verildiyi üçün bu texnologiya daha sürətlə inkişaf etdiriləcək.
Çat-botun mobil versiyasının olması öz növbəsində servisin istifadəçi kütləsinin kəskin şəkildə yüksəlməsinə səbəb olacaq. GPT-4 OpenAI şirkətinin son zamanlar ən çox gözlənilən proqram təminatı yenilənməsidir. Onun Microsoft şirkətinin məhsullarına intqrasiya edilməsi nəticəsində axtarış sistemləri sahəsində kəskin rəqabətə start veriləcək. Belə ki, Google şirkəti axtarış sistemləri bazarında Yahoo-nu sıxışdırıb çıxartmaqla bu bazarın liderinə çevrildiyi andan indiyənə kimi belə bir kəskin rəqabət olmamışdı. Hadisələrin bu cür proqnoz edilməsi OpenAI sisteminin təlimatlandırılmasına əsaslanır. Belə ki, İstifadəçilər tərəfindən sistemə əlavə edilən materiallar həmçinin servisin təkmilləşdirilməsində istifadə edilir.
İstifadəçilər tərəfindən göndərilən hər bir sorğu geridönüş əlaqəsi rolunda çıxış edir. Məsələn ChatGPT tərəfindən təqdim edilən hər bir cavab özündə “like” və dislike” düymələrini birləşdirir. Bununla yanaşı hər bir cavab çərçivəsində ortaya çıxan pəncərə istifadəçiyə cavabın daha yaxşı versiyasının təqdim edilməsini təklif edir. Bütün bu özəlliklər ChatGPT-ya öz səhvləri üzərində öyrənmək imkanını verirlər. Çat-botun adında olan GPT hissəsinin tam açılışı “Generative Pre-Trained Transformer” kimidir. ChatGPT-nin təməlində olan baza texnologiyası geniş məlumatlar toplusunu analiz etmək bacarığını xarakterizə edir. Bu səbəbdən də sözügedən sistemi çox zaman “böyük dil modeli” adlandırırlar. Microsoft ilə OpenAI şirkətləri bu texnologiyada hansı imkanların olduqlarını artıq anlayıblar.
Apple bütün dünyada iPhone, iPad və digər məhsullarının aktiv istifadəçi sayını hesablayaraq əldə etmiş olduğu yeni nailiyyətini elan edib. Beləliklə şirkətin 2022-ci ilin 4-cü rübü üzrə hesabatına əsasən bütün dünyada hər 4 nəfərdən biri Apple məhsulunun istifadəçisidir. Şirkətin verdiyi məlumata əsasən keçən ilin sonuna kimi aktiv Apple cihazlarının sayı 2 milyarda çatıb. Qeyd etmək lazımdır ki, aktiv 1 mlyard cihaz göstəricisini şirkət 2016-cı ildə əldə etmişdi. Keçən ilin əvvəlində isə bu göstərici 1.8 milyard təşkil etmişdi.
“Keçən ilin dekabr ayı üzrə biz vacib nailiyyəti əldə etdik. 2 milyard aktiv cihaza sahib olduğumuzu elan etməyimiz üçün çox şadıq” - deyə Apple qeyd edib. Qeyd etmək lazımdır ki, mobil bazarda lider olaraq Google şirkəti qalır. Hələ 2021-ci ildə Google bildirmişdi ki, bütün dünyada 3 milyard ədəd aktiv Android cihazı mövcuddur. Bu məsələdə hesablama üsulu bu və ya digər Android cihazda Google Play mağazasının olmasına əsaslanır. Buna görə də aktiv cihazların sayı əslində daha çox ola bilər.
Moskvadan olan Aleksandr Jadan adlı tələbə OpenAI şirkəti tərəfindən hazırlanmış süni zəka əsaslı ChatGPT çat-botu vasitəsilə diplom işini yazaraq onu uğurlu şəkildə müdafiə edib. O, təhsil almış olduğu müəssisənin adını açıqlamasa da qeyd edib ki, ChatGPT vasitəsilə 60 səhifəlik diplom işi tərtib edilib. Diplom işində mövzuya giriş, onun analizi, yekun hissəsi və istifadə edilmiş ədəbiyyata istinadlar qeyd edilib. Məlumatda qeyd edilib ki, Aleksandr Jadan adlı tələbə “Oyun şirkəti idarəsinin analizi və təkmilləşdirilməsi” mövzusunda diplom işinə start vermişdi. İlkin mərhələdə o, sözügedən mövzu üzərində çalışma planını tərtib etmiş və həmin planı diplom rəhbərinə göndərmişdi. Lakin nəticədə elmi işlərin yazılması üsuluna uyğunlaşmaq üçün tərtib edilmiş planda dəyişikliklər etmək lazım gəlib. Bunun üçün tələbə ChatGPT-dan istinad materialını incələməyi və ona uyğun diplom planını tərtib etməyi istəyib.
Çat-botun iş prosesində simvolların məhdud sayda olması səbəbilə Jadan daha sonra çat-bota materialdakı buraxılmış hissələri tamamlamaq sorğusunu göndərib. 6200 simvoldan ibarət tərtib edilmiş yekun mətni Jadan rus dilinə tərcümə edib. Eyni üsul ilə diplom işinin nəzəri hissəsi tərtib edilib. Diplom işinin birinci fəslinin hər üç hissəsi barəsində nəticələrin çıxarılması üçün Jadan hər bir hissəsinin son bəndlərini kopyalayaraq çat-bota göndərib və ondan həmin bəndlərin ümumiləşdirilməsini istəyib. Diplom işinin ikinci və üçüncü hissələri hesablamalarla bağlı analizləri və praktik məsləhətləri tələb ediblər. Onların tərtib edilməsi üçün Jadan digər şirkət barəsində oxşar diplom işini tapıb və onu ChatGPT-ya göndərib. Digər şirkət barəsində oxşar diplom işinin göndərilməsindən sonra Jadan çat-botdan göndərilmiş diplom işinin tərkibinin öz mövzusuna uyğun dəyişdirilməsini istəyib.
Bununla belə tərtib edilmiş diplom işinin orijinallıq səviyyəsi 82% təşkil edib. Jadan-ın diplom rəhbəri və diplom müdafiəsində iştirak etmiş diplom komissiyası diplom işində rus dili məntiqinin pozulduğunu və uyğunsuzluqların olduğunu qeyd etsələr də, tələbə nəticədə diplom işini uğurla müdafiə etməyi bacarıb. Belə ki, nəticədə Jadan diplom komissiyasından “qənaətbəxş” qiymətləndirməsini əldə edib. Lakin nəticədə təhsil müəssisəsinin mütəxəssisləri diplom işinin ChatGPT tərəfindən tərtib edildiyini öyrəniblər. Jadan bildirib ki, onun təhsi almış olduğu universitetə onun diplomunun ləğv edilməsi ilə bağlı şikayətlər göndərilib. Hal hazırda universitet rəhbərliyi daxil olmuş şikayətlər əsasında yoxlanışlar aparır.
Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralda qeyd edilən Azərbaycan Gənclər günü münasibətlə “Azercell Telekom” MMC ölkəmizin Beynəlxalq İnformatika Olimipiadası (IOI) üzrə milli yığmasının gənc qaliblərini mükafatlandırıb. Azercell-in Baş Ofisində təşkil olunan görüşdə milli komandanın medalçıları, layihə rəhbəri, müəllimləri və lider mobil operatorun rəhbər heyəti iştirak edib. Tədbirdə Olimpiada qalibləri Xizri Saxrayev, Fidan Hüseynova, Fuad Qarayev, Fidan Qarayeva Azercell-dən dəyərli hədiyyələr və sertifikatla təltif olunublar. Təltifetmə mərasimində iştirak edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova, Tərəfdaşlarla münasibət şöbəsinin direktoru Nigar Şıxlinskaya, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, Təhsil İnstitutunun əməkdaşları məktəbliləri təbrik edib, onlara təhsildə uğurlar və gələcək turnirlərdə Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmağı arzulayıblar.
Artıq 6 ildir ki, “Azercell Telekom” MMC Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində Beynəlxalq İnformatika Olimipiadası başda olmaqla informatika üzrə müxtəlif miqyaslı beynəlxalq olimipiadalara hazırlıq prosesinə dəstək verir. Sözügedən müddətdə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadası, Avropa Qızlar İnformatika Olimpiadası, Asian Pasifik İnformatika Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, İnformatika fənni üzrə Beynəlxalq Payız Turniri, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautikov Olimpiadası və bir çox müsabiqələrdə uğurla çıxış edərək, 2 qızıl, 12 gümüş və 34 bürünc olmaqla ümumilikdə 48 medal əldə ediblər.
Onu da qeyd edək ki, məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılması məqsədilə artıq ikinci ildir ki, ölkənin aparıcı mobil operatoru proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsi təşkil edir. Milli yığma üçün istedad mənbəyinə çevrilən yarışda bu günə kimi 1000-ə yaxın şagird iştirak edib. Müsabiqədən seçilərək dərslərə dəvət olunan şagirdlər beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək medal qazanıblar.
Son zamanlarda böyük səs-küyə səbəb olmuş süni zəka əsaslı ChatGPT çat-botunun pullu versiyası ortaya çıxıb. Sözügedən çat-botun yaradıcısı olan OpenAI şirkəti ChatGPT Plus adlı tarif planını istifadəyə verib. Aylıq qiyməti 20$ olan ChatGPT Plus istifadəçilərə daha geniş imkanlar təqdim edir. Qeyd etmək lazımdır ki, ChatGPT Plus-ın istifadəyə verilməsinə baxmayaraq istifadəçilər çat-botun adi pulsuz versiyasından da istifadə etməyə davam edə bilərlər. Lakin ChatGPT Plus istifadəçiləri üçün əlavə imkanlar təqdim ediləcək. OpenAI bildirib ki, çat-botun pullu versiyasının istifadəçiləri ondan hətta pik vaxtlarda da istifadə edə biləcəklər.
Bundan əlavə olaraq çat-bot həmin istifadəçilərə cavabları daha sürətli şəkildə təqdim edəcək. ChatGPT-da reallaşdırılacaq yeni funksiyaları isə ilk öncə məhz ChatGPT Plus istifadəçiləri əldə edəcəklər. Məlumatda qeyd edilib ki, ChatGPT Plus ilk öncə ABŞ-dakı istifadəçilər üçün aktivləşdirilib. OpenAI həmçinin digər ölkələrdən olan istifadəçiləri də ChatGPT Plus-a cəlb etməyi planlaşdırır. Şirkət bildirib ki, ChatGPT Plus öz növbəsində çat-botun adi versiyasını daha çox istifadəçi üçün pulsuz şəkildə saxlanmasına təkan verəcək. Şirkət həmçinin daha ucuz qiymətə başa gələcək tarif planlarının da istifadəyə verilməsini nəzərdən keçirdir.
Dünən gecə baş tutmuş Galaxy Unpacked 2023 tədbiri çərçivəsində Samsung şirkəti yeni Galaxy S23 smartfon seriyasını təqdim etdi. Ənənəyə sadiq qalaraq təqdim edilmiş yeni smartfon seriyasına 3 model daxil olub: Galaxy S23, S23+ və S23 Ultra. İlk öncə Galaxy S23 və S23+ modellərindən başlayaq. Sözügedən smartfonlar keçən ilki Galaxy S22 ilə S22+ modellərinin təkamül olmuş versiyalarıdır. Bununla belə yeni smartfonların xarici görünüşlərində bəzi dəyişikliklər də reallaşdırılıb. Galaxy S23 ilə S23+ modellərində Samsung keçən ilki smartfonların arxa kamera dizaynlarından imtina edib. Qeyd etmək lazımdır ki, keçən ilki Galaxy S23 və S23+ modellərində arxa kamera obyektivləri xüsusi düzbucaqlı sahənin daxilində yerləşirlər. Təqdim edilmiş yeni smartfonlarda isə arxa kamera obyektivləri bir-birindən asılı olmayaraq müstəqil şəkildə yerləşiblər. Eyni dizayn həmçinin Galaxy S23 Ultra modelində də reallaşdırılıb.
Onu da qeyd etmək lazımdır ki, təqdim edilmiş hər 3 yeni smartfon bütün regionlarda Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaq. Şirkət bu dəfə Exynos prosessorlarından imtina etmək qərarına gəlib. Beləliklə Galaxy S23 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.1 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1500 nit təşkil edir. Ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı ekranın yuxarı mərkəz hissəsində yerləşdirilib. Onu da qeyd etmək lazımdır ki, ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Galaxy S23+ modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.6 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunub. Galaxy S23+ modelinin ekranının maksimal parlaqlıq səviyyəsi 1750 nit təşkil edir.
Adi Galaxy S23-dən fərqli olaraq S23+ modelinin ekranı Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası hər iki smartfonda ekrana inteqrasiya edilib. Bu smartfonlar həmçinin özlərində kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiricilərini birləşdirirlər. Əlavə olaraq qeyd etmək lazımdır ki, smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunurlar. İndi isə gələk əsas texniki özəlliklərə. Əsas texniki özəlliklər baxımından Galaxy S23 və S23+ demək olar bir-birinə bənzəyirlər. Onlar öz aralarında sadəcə olaraq batareya həcmi və dəstəklənən sürətli şarj texnologiyasının gücü baxımından bir-birindən fərqlənirlər.
Beləliklə hər iki smartfon 8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya, 85 dərəcə əhatə bucağı), 12 MP (f/2.2 diafraqma, Dual Pixel avtofokus sistemi, 120 dərəcə bucaq əhatəsi) + 10 MP (f/2.4 diafraqma, Dual Pixel avtofokus sistemi, optik stabilizasiya, 36 dərəcə bucaq əhatəsi) üçlü arxa kamera və 12 MP-lik (f/2.2 diafraqma, avtofokus, 80 dərəcə bucaq əhatəsi) ön kamera ilə təchiz olunub. Galaxy S23 modeli 25 vatt gücündə sürətli şarj texnologiyalı 3900 mAh, S33+ modeli isə 45 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj və ikitərəfli şarj texnologiyalarını dəstəkləyir. Smartfonlar OneUI 5.1 interfeysli Android 13 vasitəsilə çalışırlar.
İndi isə keçək Galaxy S23 seriyasının ən premium modelinə. Söhbət, Galaxy S23 Ultra-dan gedir. Keçən ilki Galaxy S22 Ultra ilə müqayisədə Samsung yeni Galaxy S23-də ciddi dəyişikliklər reallaşdırmayıb. Lakin bununla belə şirkət əsas diqqətini onun kameralarına ayırıb. Smartfonun əsas fərqləndirici özəlliklərindən biri də odur ki, onun gövdəsində S Pen stilusunun yerləşdirilməsi üçün xüsusi yer ayrılıb. Keçən ilki Galaxy S22 Ultra modeli S Pen stilusunun dəstəyinə sahib olsa da, onun gövdəsində stilusun yerləşdirilməsi üçün xüsusi yer yoxdur. Bu baxımdan Galaxy S23 Ultra modeli tamamilə Galaxy Note seriyasını xatırladır. Bununla yanaşı Galaxy S23 Ultra Samsung-un ISOCELL HP2 adlı yeni 200 MP-lik kamera sensorunu əldə etmiş ilk smartfondur.
Beləliklə Galaxy S23 Ultra modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 3080x1440 piksel keyfyyətli 6.8 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunub. Ekranın maksimal parlaq səviyyəsi 1750 nit təşkil edir. Bununla yanaşı ekranın özü Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Digər Galaxy S23 modelləri kimi Galaxy S23 Ultra-nın da gövdəsi IP68 standartı üzrə sudan qorunur.
Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8/12 GB RAM, 256/512 GB və 1 TB daxili yaddaş həcmi, 200 MP (f/1.7 diafraqma, 85 dərəcə bucaq əhatəsi) + 12 MP (f/2.2 diafraqma, Dual Pixel avtofokus sistemi, 120 dərəcə bucaq əhatəsi) + 10 MP (f/2.4 diafraqma, Dual Pixel avtofokus sistemi, optik stabilizasiya, 3 qat optik zoom, 36 dərəcə bucaq əhatəsi) + 10 MP (f/4.9 diafraqma, Dual Pixel avtofokus sistemi, optik stabilizasiya, 10 qat optik zoom, 100 qat rəqəmsal zoom, 11 dərəcə bucaq əhatəsi) dördlü arxa kamera, 12 MP-lik (f/2.2 diafraqma, avtofokus, 80 dərəcə bucaq əhatəsi) ön kamera və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj və ikitərəfli şarj texnologiyalarını dəstəkləyir. Galaxy S23 Ultra da OneUI 5.1 interfeysli Android 13 vasitəsilə çalışır. Galaxy S23 smartfonları 17 fevral tarixində satışa çıxacaqlar. Adi Galaxy S23 modelinin qiyməti 799$-dan, Galaxy S23+ modelinin qiyməti 999$-dan, Galaxy S23 Ultra modelinin qiyməti sə 1199$-dan start götürəcək.
Olduqca qəliz mətnlər tərtib etməyi bacaran süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı OpenAI şirkəti bu və ya digər mətnin mənbəyini təyin edə biləcək sistem üzərində çalışdığını elan edib. OpenAI təmsilçilərinin sözlərinə əsasən hazırlanan yeni sistem süni zəka tərəfindən tərtib edilmiş mətni dəqiq şəkildə təyin edə bilir. Qeyd etmək lazımdır ki, şirkət sözügedən sistemi ChatGPT-nın istifadəyə verilməsindən bir neçə ay sonra hazırlamağa başlayıb. ChatGPT-nın istifadəyə verilməsindən bir neçə müddət sonra təhsil müəssisələri buna sürətlə reaksiya verərək öz tələbələrinə sözügedən çat-botdan istifadəni qadağa etdilər. Hətta bəzi təhsil müəssisələrində ChatGPT-dan istifadə məhdudlaşdırıldı.
Belə ki, təhsil müəssisələrinin rəhbərləri narahatdırlar ki, süni zəka əsaslı bu çat-bot tələbələrin təhsil proseslərinə mənfi təsir göstərəcək. Nəticədə OpenAI şirkəti bu məsələdə mütəxəssislərə yardım etmək qərarına gəlib. Məlumatda qeyd edilib ki, ChatGPT tərəfindən tərtib edilən mətnlərin təyin edilməsi imkanını verəcək sistem hazırlanma prosesindədir və hələ ideal şəkildə çalışmır. Şirkət öz növbəsində valideynlər və müəllimlər tərəfindən geridönüşlərə ümid edir. OpenAI şirkətinin öz qiymətləndirməsinə əsasən ingilis dilində olan mətnlərdən ibarət nümunələrin yoxlanılması zamanı sistem süni zəka tərəfindən tərtib edilmiş mətnlərin 26%-ni uğurlu şəkildə təyin edə bilir. Bu halda sistem həmin mətnləri “mətnlər ehtimal ki, süni zəka tərəfindən tərtib edilib” kimi qiymətləndirir.
Bununla belə sistem əslində insanlar tərəfindən tərtib edilmiş mətnlərin 9%-ni süni zəka tərəfindən tərib edilmiş mətnlər kimi qiymətləndirib. Qeyd etmək lazımdır ki, şirkət hələ 2019-cu ildə süni zəka tərəfindən tərtib edilən mətnlərin təyini üçün nəzərdə tutulmuş sistemi təqdim etmişdi. OpenAI mütəxəssislərinin sözlərinə əsasən sistemin yeni versiyası bu işin öhdəsindən daha yaxşı gəlir. Məlumdur ki, sistem 1000 simvoldan daha az simvola sahib mətnlərin analizində çətinliklər çəkir. Bununla yanaşı OpenAI sistemi ingilis dilindən başq digər dillərdə istifadə etməyi məsləhət görmür. Əlavə olaraq qeyd etmək lazımdır ki, istifadəçi süni zəka tərəfindən tərtib edilmiş mətni fərdi şəkildə bir qədər dəyişə bilər. Bu isə mətnin analiz prosesini daha da qəlizləşdirir.
Məşhur analitik Ming-Chi Kuo bu il təqdim ediləcək iPhone 15 smartfon seriyası barəsində yeni məlumatları təqdim edib. Beləliklə analitikin sözlərinə əsasən iPhone tarixində ilk dəfə reallaşdırılacaq periskop kamera obyektivini yalnız ən flaqman iPhone 15 modeli əldə edəcək. Bununla yanaşı analitik bildirib ki, yaxın illərdə periskop kameranı adi iPhone modelləri əldə etməyəcəklər. Hal hazırda aktual olan iPhone 14 Pro və iPhone 14 Pro Max-da 3 qat optik zooma və 15 qat rəqəmsal zooma sahib teleobyektivdən istifadə edilir. Samsung isə öz növbəsində artıq periskop kamera obyektivlərinə keçid edib. Məsələn keçən ilki Galaxy S22 Ultra smartfonunun kameralarından biri məhz periskop obyektivə sahibdir.
Onun sayəsində 10 qat optik və 100 qat rəqəmsal zoomu əldə etmək mümkün olur. Ming-Chi Kuo-nun sözlərinə əsasən iPhone 15 Pro Max (güman olunan digər adı iPhone 15 Ultra) periskop kamera obyektivini əldə edəcək ilk iPhone modeli olacaq. Məlumata əsasən periskop kamera obyektivi 12 MP-lik olacaq və o, f/2.8 diafraqma ilə 6 qat optik zoomu özündə birləşdirəcək. Analitik qeyd edib ki, periskop kamera obyektivi minimum 2 il ərzində iPhone Pro Max modeli üçün eksklüziv olaraq qalacaq. Gözləntilərə əsasən yeni kamera obyektivlərinin istehsalı ilə LG şirkəti məşğul olacaq.
Hələ 2021-ci ildə məlumat ortaya çıxmışdı ki, Meta şirkəti öz ilk smart saatı üzərində çalışır. Lakin keçən il məlumat verildi ki, şirkət bu ideyadan imtina edib. İndi isə insayderlər xəbər veriblər ki, Meta yeni smart saat üzərində çalışır. Hətta hazırlanan smart saatın fotoları da təqdim edilib. Meta tərəfindən ləğv edilmiş ilk smart saat modeli kimi hazırlanan bu yeni model də bəzi özəlliklər ilə fərqlənir. Qeyd etmək lazımdır ki, Meta-nın ləğv edilmiş ilk smart saat modelində iki ədəd kameranın reallaşdırılması planlaşdırılırdı.
Şirkət tərəfindən hal hazırda hazırlanan smart saat versiyasında da bu özəllik mövcud olacaq. Kameralardan biri ekran üzərindəki damcı formalı çıxıntıda, digəri isə smart saatın aşağı hissəsində yerləşəcək. Smart saatın unikal konstruksiyaya sahib olması sayəsində istifadəçi saat gövdəsini kəmərdən ayıraraq kameralar vasitəsilə foto və ya video çəkə biləcək. İnsayderlər bildiriblər ki, Meta-nın smart saatı Qualcomm prosessoruna sahib olacaq. Bununla belə o, WearOS əvəzinə Android-in təkmilləşdirilmiş versiyası əsasında çalışacaq. Meta-nın ilk smart saatının necə adlanacağı, nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı hələ bilinmir.
Hələ dünən məlum oldu ki, Nothing şirkəti artıq Nothing Phone (2) smartfonu üzərində çalışır və o bu ilin sonuna yaxın təqdim olunacaq. Görünür, şirkət təkcə Nothing Phone (2) üzərində deyil həmçinin özünün naqilsiz Eard (2) qulaqlıqları üzərində də çalışır. OneLeaks ləqəbli məşhur insayder hazırlanan Ear (2) qulaqlıqlarının dizaynını sərgiləyib. İnsayder tərəfindən təqdim edilmiş render fotolarda Ear (2) qulaqlıqları əks olunublar. Lakin fotolardan da görmək olar ki, Ear (1) ilə müqayisədə Ear (2)-nin xarici görünüşündə dəyişikliklər çox azdır.
Təqdim edilmiş fotolardan birinə əsasən Ear (2)-də mikrofon qulaqlıqların yuxarı hissələrindən (qırmızı rənglə işarələnib) arxa hissələrə (sarı rənglə işarələnib) keçirilib. Bununla yanaşı şəffaf gövdə hesabına yeni qulaqlıqların daxilindəki komponentlərin bəzilərinin yerdəyişmələrini görmək olar. Son məlumatlara əsasən Nothing şirkətinin yeni naqilsiz qulaqlıqları ətraf səs-küyün personallaşdırılmış aktiv boğulması funksiyasını əldə edəcək. İstifadəçilər fərdi şəkildə səs-küyün aktiv boğulması intensivliyini ayarlaya biləcəklər. Bununla yanaşı qulaqlıqlar eyni anda iki cihaza qoşulma imkanına sahib olacaqlar. Nothing Ear (2)-nin təqdimatı yaxın aylar ərzində baş tuta bilər.
Verilmiş məlumata əsasən Google şirkəti süni zəka əsaslı yeni çat-botlarını test edir. Heç istisna deyil ki, şirkət nəticə etibarilə onlardan birini özünün axtarış sisteminə inteqrasiya edəcək. Məlumatda qeyd edilib ki, bu istiqamət üzrə işlər Alphabet holdinqinin bulud texnologiyalar şöbəsi çərçivəsində aparılır. Güman olunur ki, Google nəticədə OpenAI tərəfindən yaradılmış süni zəka əsaslı ChatGPT çat-botu ilə rəqabət apara biləcək analoqunu təqdim edəcək. İnsayderlərin sözlərinə əsasən Google hal hazırda Apprentice Bard adlı çat-botu test edir. Şirkət əməkdaşları ona müxtəlif suallar verirlər və çat-bot öz növbəsində həmin suallara detallı cavabları təqdim edir. Bu məsələdə Google şirkətinin test etdiyi yeni çat-bot ChatGPT-nı xatırladır. Bununla yanaşı şirkət bu cür çat-botun inteqrasiya edildiyi axtarış sistemini də test edir.
Məlumatda qeyd edilib ki, sözügedən layihə çərçivəsində axtarış prosesi suallar və cavablar formatında reallaşdırılır. Şirkət rəhbərləri əməkdaşlara bu yeni texnologiyaları test etməyi və onlar barəsində fikirlərini bölüşməyi məsləhət görüblər. Qeyd etmək lazımdır ki, Google bu yeni texnologiyaların testini ChatGPT-nın uğurlu olmasından sonra reallaşdırmağa başladı. Belə ki, şirkət rəhbərləri və əməkdaşları ChatGPT-nın bu qədər uğurlu olmasından narahatlıq keçirdirlər və onlar düşünürlər ki, süni zəka əsaslı bu çat-bot şirkətin axtarış xidmətini tamamilə əvəzləyə bilər. Şirkətin CEO-su olan Sundar Pichai öz növbəsində qeyd edib ki, Google artıq bu il ərzində bu cür texnologiyaları istifadəyə verə bilər. Məlumata əsasən test edilən Apprentice Bard adlı çat-bot Google şirkətinin LaMDA (Language Model for Dialogue Applications) texnologiyası əsasında hazırlanıb.
ChatGPT-nin istifadəyə verilməsindən sonra şirkət LaMDA komandasına onun rəqibini hazırlamaq tapşırığını verib. Apprentice Bard öz növbəsində ChatGPT-nı xatırladır. Belə ki, o da ChatGPT kimi dialoq pəncərəsində suallara cavab verə bilir. Şirkət əməkdaşlarının sözlərinə əsasən son həftələr ərzində Apprentice Bard daha təkmilləşdirilmiş bir alət halına gəlib. Əlavə olaraq şirkət suallar və cavablar formatında çalışa biləcək axtarış səhifələrini test edir. Həmçinin məlumatda qeyd edilib ki, Google şirkəti ChatGPT ilə LaMDA-nı müqayisə edib. İlkin nəticələrə əsasən ChatGPT proqramçı vəzifəsinə müsahibə çərçivəsində Level 3 statusunu əldə edib. Bu isə o deməkdir ki, çat-bot Level 1 və Level 2 statuslarına sahib şəxslərin əməliyyatlarını rahatlıqla koordinasiya edə bilər. Bununla belə LaMDA-nın bu müqayisə çərçivəsində hansı statusu əldə etdiyi bilinmir.
Google şirkətinin reklam üzrə keçmiş vitse-prezidenti Sridhar Ramaswamy və Youtube sevisinin monetizasiyası üzrə keçmiş vitse-prezidenti Vivek Raghunathan Neeva adlı layihəni istifadəyə veriblər. Onların fikirlərinə əsasən sözügedən layihə veb axtarış sahəsinin qaydalarını dəyişəcək. Sridhar Ramaswamy öz növbəsində axtarış nəticələrində reklam elanlarını və çoxlu sayda linkləri təqdim edən müasir axtarış xidmətlərinə təşəkkürünü bildirib və qeyd edib ki, onları artıq muzeyə göndərməyin vaxtı gəlib çatıb. Neeva adlı yeni platformanın ilk istifadəçiləri onun barəsində artıq müsbət rəylər bildirməyə başlayıblar. Neeva platformasının maraqlı özəlliklərindən biri də əlavə məlumatın əldə edilməsi alqoritmidir (RAG).
Belə ki, istifadəçi tərəfindən axtarış sorğusunu qəbul edən zaman sistem istifadəçiyə təqdim edilən axtarış nəticəsini öz məlumatlar bazasında olan əlavə məlumatlarla tamamlayır və dil modellərini aktivləşdirir. Nəticədə sistem istifadəçi sorğuları üçün təbii cavabları tərtib edə bilir. Başqa sözlə desək, istifadəçi bir neçə mənbəni araşdırmaq və ya bir sıra məqaləni oxumaq öhdəliyindən azad olur. Təbii ki, sistem tərəfindən təqdim edilən axtarış nəticəsinin doğruluğunu yoxlamaqda fayda var. Buna görə də mouse işarəsini sistem tərəfindən qısa formada təqdim edilmiş istənilən məlumatın üzərinə sürüşdürən zaman məlumatın əldə edildiyi mənbənin linki ortaya çıxır. Nəticədə istifadəçi bu və ya digər faktı fərdi şəkildə təsdiqləyə bilər.
Neeva platformasının istifadəçilərinin maraqlarını cəlb edən özəlliklərdən biri də sistemin gülməli və maraqlı sorğulara necə cavab verməsi olub. İstifadəçilər özlərinə maraqlı ola biləcək hər bir şey barəsində Neeva-dan soruşublar. Bununla belə sistemin təqdim etdiyi nəticələr hələ idealdan çox uzaqdırlar. Belə ki, sistem bəzən ilk cəhddən lazımi cavabları təqdim etmir. Sözügedən platformanın əsas gəlir mənbəyi aylıq abunəlikdir. İstifadəçilərə aylıq 5.99$ qiymətində abunəlik təklif edilir. Abunəlik sisteminə qoşulmuş istifadəçilər sistemin genişləndirilmiş funksiyalarından istənilən qədər istifadə edə bilərlər. Adi istifadəçilər isə sistemin yalnız standart imkanlarından faydalana bilərlər.
ABŞ hökuməti 2019-cu ildə Huawei şirkətinə qarşı sanksiyalar tətbiq edən zaman onunla əməkdaşlıq etmiş yerli şirkətlər üçün əməkdaşlığın davam etdirilməsi imkanını qoruyub saxlamışdı. Lakin bu halda yerli şirkətlər müvafiq orqanlardan eksport lisenziyalarını əldə etməli idilər. Verilmiş yeni məlumata əsasən ABŞ hökuməti yerli şirkətlər üçün nəzərdə tutulmuş eksport lisenziyalarının müddətlərini uzatmayacaq və üstəlik yeni lisenziyaların verilməsini dayandıracaq. Beləliklə Huawei şirkəti ABŞ texnologiyalarından tamamilə məhrum ola bilər. Bu barədə məlumatı Financial Times saytı öz mənbələrinə istinadən təqdim edib. Məlumata əsasən Huawei ilə əməkdaşlığı davam etdirən və eksport lisenziyalarına sahib olan bəzi ABŞ şirkətlərinin dövlət tərəfindən əldə etdikləri bildirişlərdə qeyd edilib ki, yeni lisenziyaların verilməsi ümumiyyətlə dayandırılacaq.
İndiyənə kimi Intel və Qualcomm kimi şirkətlər Huawei ilə əməkdaşlıqlarını davam etdirə bilirdilər. Lakin bunun əsas şərtlərindən biri o idi ki, bu şirkətlər Huawei-yə 5G şəbəkəsi ilə bağlı texnologiyaları təqdim etməməlidirlər. Bəzi amerikalı məmurların fikirlərinə əsasən ABŞ hökuməti tərəfindən bu cür sanksiyaların təyin edilməsindən sonra Huawei sualtı naqillər vasitəsilə məlumatların ötürülməsi üsullarının hazırlanmasına və bulud hesablama sistemlərinin inkişaf etdirilməsinə yönəlib. Bu isə öz növbəsində ABŞ-ın milli təhlükəsizliyinə müəyyən təhlükələr yarada bilər. Bu səbəbdən də Huawei-yə qarşı sanksiyalar genişləndirilməsə də, onun partnyorlarına eksport lisenziyalarının təqdim edilməsinin dayandırılması qərarı qəbul edilib. ABŞ Ticarət Nazirliyi və Huawei şirkəti ortaya çıxmış bu xəbərə rəsmi bir fikir bildirməyiblər.
Nothing şirkətinin təsisçisi və CEO-su olan Carl Pei jurnalistlərə müsahibə verən zaman bildirib ki, şirkət artıq Nothing Phone (2) üzərində çalışır. Bununla yanaşı o, yeni smartfonun çıxış müddətini və onun birinci Nothing Phone-dan nə ilə fərqlənəcəyini açıqlayıb. Beləliklə Carl Pei qeyd edib ki, Nothing Phone (2) bu ilin sonuna yaxın təqdim olunacaq və ilk növbədə ABŞ bazarı üçün nəzərdə tutulacaq. Onun sözlərinə əsasən yeni smartfonda şirkət mütəxəssisləri öz əsas diqqətlərini proqram təminatına və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına ayıracaqlar.
Bunun vasitəsilə şirkət daha çox istifadəçini özünə cəlb etmək istəyir. Bununla yanaşı Nothing Phone (1)-dən fərqli olaraq Nothing Phone (2) daha premium smartfon olacaq. Çox güman ki, smartfon daha flaqman texniki özəllliklər ilə təchiz olunacaq. Təbii ki, bu da öz növbəsində onun satış qiymətinə təsir göstərəcək. Bununla belə Nothing Phone (2)-nin məhz flaqman smartfonlar siyahısına daxil olub-olmayacağı və iPhone 14 Pro ilə Galaxy S23 Ultra kimi smartfonları əvəz edə bilib-bilməyəcəyi sualına Carl Pei dəqiq bir cavab verməyib. Carl Pei əlavə edib ki, o, ümumiyyətlə flaqman sözündən yan keçməyi və onu premium sözü ilə əvəz etməyi daha çox sevir.
Synthetic adlı Youtube kanalında maraqlı bir video təqdim edilib. Təqdim edilmiş videonun maraqlı tərəfi ondan ibarətdir ki, həmin videoda Steve Jobs son zamanlar çox məşhur olmuş süni zəka əsaslı ChatGPT çat-botu barəsində fikirlərini səsləndirir. Maraqlısı ondadır ki, Apple şirkətinin əfsanəvi təsisçisinin nitqi və fikirlərini əks etdirən mətni iki neyron şəbəkəsi tərəfindən tərtib edilib. Videoda səslənən Steve Jobs-un səsi süni zəka əsaslı elevenlabs.io adlı neyron şəbəkəsi tərəfindən yaradılıb.
Onun səsi ilə səsləndirilən nitqin mətni isə məhz ChatGPT çat-botu vasitəsilə tərtib edilib. Müasir deepfake texnologiyalar elə inandırıcı videolar generasiya edirlər ki, onlar artıq heç kimi təəccübləndirmirlər. Hətta Steve Jobs-un ən qızğın pərəstişkarları da qeyd ediblər ki, sözügedən videodakı səsi Steve Jobs-un əsl səsindən fərqləndirmək demək olar mümkün deyil. İstifadəçilərdən biri həmçinin qeyd edib ki, ChatGPT çat-botu psixoloji nöqteyi nəzərdən səs yazısına Jobs-a xarakter olan nitq patternlərini çox uyğun şəkildə inteqrasiya edib.
Xiaomi şirkətinin ilk elektromobili dəfələrlə insayderlərin kameraları vasitəsilə çəkilib. Lakin indiyənə kimi təqdim edilmiş fotolarda elektromobil xüsusi örtükdə olub və bu səbəbdən də onun xarici görünüşünü lazımi səviyyədə qiymətləndirmək mümkün olmayıb. Sonunda Çinin Weibo adlı sosial şəbəkəsində Xiaomi-nin ilk elektromobilinin xarici görünüşünü lazımi şəkildə sərgiləyən fotolar ortaya çıxıb. Ortaya çıxmış fotoların keyfiyyətlərindən belə qənaətə gəlmək olar ki, onlar elektromobilə həsr edilmiş reklam videosunun baxışı zamanı smartfon vasitəsilə çəkilib. Fotolarda görmək olar ki, elektromobilin ön hissədən nömrə yerində MS11 yazılıb. Məlumata əsasən bu, elektromobilin kod adıdır və onun final adı Modena olacaq.
Bununla yanaşı fotolarda əks olunmuş elektromobil şüşə panoram tavana və LiDAR skanerə sahibdir. Böyük ehtimal ilə LiDAR skaner elektromobilin avtopilot sistemində istifadə ediləcək. Qeyd etmək lazımdır ki, LiDAR skaner ümumi olaraq elektromobilin dizaynına axıcı şəkildə uyğunlaşdırılıb. Elektromobilin arxa şüşəsində isə kamera yerləşdirilib. Həmçinin fotolardan da görmək olar ki, elektromobil böyük ölçülü tormozlanma sistemlərinə sahib olacaq. Bununla yanaşı elektromobilin təkər disklərində Mi loqosunu görmək olar. Məlumatda qeyd edilib ki, öz elektromobili üçün nəzərdə tutulmuş mühərriki Xiaomi özü hazırlayıb. İnsayderlər dəfələrlə qeyd ediblər ki, Xiaomi öz ilk elektromobilini bu il təqdim etməyi planlaşdırır. Onun satışlarına isə gələn il start verilməlidir.
Xiaomi şirkəti yaxın zamanda MIUI 14 istifadəçi interfeysini əldə edəcək cihazlarının siyahısını genişləndirib. Söhbət, təkcə flaqman smartfonlardan getmir. Belə ki, MIUI 14-ü əldə edəcək smartfonlar siyahısına həmçinin müxtəlif qiymət kateqoriyasına daxil olan cihazlar da əlavə edilib. Onların arasında Redmi modelləri daha çoxdur. Beləliklə MIUI 14-ü yaxın zamanda əldə edəcək cihazlar siyahısına 24 ədəd smartfon əlavə edilib. Siyahı aşağıdakı kimidir.
Xiaomi: Mix 4, 12X, 11 Ultra, 11 Pro, 11, 11 Youth Vitality Edition, 10S, Civi 1S, Civi 2
Redmi: K40 Pro, K40S, K40, Note 12 Pro, Note 12 Pro+, Note 12 5G, Note 12 Discovery Edition, Note 12 Trend Edition, Note 11T Pro, Note 11T Pro+, Note 11E, K40 Gaming Enhanced Edition, Note 10 Pro, Note11 Pro, Note11 Pro+.
Məlumatda qeyd edilib ki, siyahıda olan bütün bu smartfonlar MIUI 14 istifadəçi interfeysini mart ayının sonuna kimi əldə edəcəklər. Daha yeni smartfonlar üçün MIUI 14 Android 13 əsasında, daha köhnə smartfonlar üçün isə Android 12 əsasında təqdim ediləcək. Qeyd etmək lazımdır ki, MIUI 14-ün sözügedən smartfonlar üçün mart ayının sonuna kimi istifadəyə verilməsi hələ ki, Çin bazarı üçün aktualdır. Digər regionlar üçün isə bu smartfonlarda MIUI 14 daha sonra istifadəyə veriləcək.
Niderlanddan olan hacker keçən ilin noyabr ayında hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdi. Məsələ burasındadır ki, hacker Avstriyanın demək olar bütün vətəndaşlarının məlumatlarını oğurlamış və onları satışa çıxartmışdı. Hacker tərəfindən oğurlanmış məlumatlar arasında milyonlarla avstriyalının adları, yaşayış ünvanları və doğum tarixləri mövcud olub. Məlumatda qeyd edilib ki, məlumatları oğurlamış hacker onları 2020-ci ilin may ayında online forumlardan birində satmağa çalışıb. Hüquq-mühafizə orqanları tərəfindən aparılmış istintaq çərçivəsində onlar hackerin əldə etdikləri məlumatların həqiqəti əks etdirdiklərini təsdiqləyiblər.
Məlumata əsasən nəticə etibarilə hacker Avstriyanın 9.1 milyon vətəndaşının məlumatlarını oğurlayıb. Həmin hacker həmçinin İtaliya, Niderland və Kolumbiya vətəndaşlarının da məlumatlarını oğurlamağa çalışıb. “Bu məlumatların internetdə açıq şəkildə mövcud olmalarını nəzərə alsaq, yüksək əminliklə güman etmək olar ki, bu qeydiyyat məlumatları qismən və ya tam şəkildə cinayətkarların əllərinə keçib” - deyə Avstriyanın hüquq-mühafizə orqanları qeyd ediblər. Məlumatda həmçinin bildirilib ki, oğurlanmış məlumatlar hackerin həbs olunmamasından öncə kimliyi bilinməyən şəxslərə satılıb. Hackerin özünə gəldikdə isə o, 25 yaşlı Amsterdam sakinidir. O, beynəlxalq hüquq-mühafizə orqanları tərəfindən tanınırdı və artıq Niderlandda istintaq altında idi.