Tovuzda təhsilin inkişafına dövlət dəstəyi - Yeni məktəblər tikilir, maddi-texniki baza gücləndirilir

Hər bir millətin gələcəyi onun təhsilindən asılıdır. Bu gələcəyin parlaq və hamar olması üçün isə tədris şəraitinin yaxşı olması çox vacibdir. Bu yöndə dövlət bir çox addımlar atır və layihələrin icraasında heç bir gecikmə yoxdur.Ucqar kəndlərdə modul tipli məktəblər quraşdırılandan artıq müəllim və şagirdlər uzaq məsafə qət edib digər kəndlərə getmirlər. Bu da özlüyündə tədrisin keyfiyyətinə müsbət təsir edir.

Təmirə ehtiyacı olan məktəb binalarının yenidən inşa olunması ilə təhsilə yeni nəfəs verilir. Adil Qasımov adına Tovuz şəhər və Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbləri də bu qəbildəndir. Şəraitsiz,tədris üçün əlverişsiz olan məktəblər artıq görkəm alır, maddi-texniki baza daha da gücləndirilir.

Nüsrət Quliyev- direktor

Məktəb binası 1024 yerlik idi. Şagirdlərimiz yerləşmirdi,ona görə 2 növbədə dərs keçirdik.laboratoriyada avadanlıqlar. Köhnəlmişdi istifadə etmək çətin didi. Son tamamlama işləri gedir. Hesab edirəm şagirdlər yeni tədris bu möhtəşəm binada təhsilini davam etdiriləcək. Yeni məktəb 1200 yer nəzərdə tutulub 6 korpusdan ibarətdir.

Son illər təhsilə göstərilən dövlət qayğısı nəticəsində məktəblər təmir edilir, yararsız vəziyyətdə olanları isə sökülərək yerində möhtəşəm məktəb binaları inşa edilir. Təkcə bir faktı qeyd etmək olar ki, hər il tədris mövsümünün başlandığı ərəfələrdə prezident bir neçə məktəb açılışında iştirak edib. Xüsusilə pandemiya dövründə belə dövlət təhsilin inkişafı,məktəbləri maddi texniki bazasının gücləndirilməsi istiqamətində hər şeyi edir. Ən ucqar kəndlərdə belə nəzərdə tutulan layihələr dayandırılmır. Dağ kəndlərində yeni modul tipli məktəblər quraşdırılandan artıq şagirdlər təhsil almaq üçün başqa kəndlərə getmir. Bu da tədrisin keyfiyyətinə müsbət təsir göstərən amildir.

Musa Qasımlı - millət vəkili

Təhsil siyasətində böyük işlər həyata keçirilib. Bir neçə uşaq bağçasının açılması. Məktəb binalarının, uni korpuslarının açılması təhsilimizə göstərilən qayğının nümunələrindən biridir. Təhsil yerində dayanmır inkişaf edir. Ölkəmizdə də təhsildə daha yaxşı necə etmək oları əyani şəkildə görürük. Bu gün məktəblərin maddi texniki bazası və İnfor texnnologiyaları ilə təmin olunması var.

Ötən gün Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. İncəsənət məktəbində ən müasir tədris imkanları yaradılıb. Elə həmin gün İqtisad Universitetinin yeni korpusunun açılışında iştirak edib,yaradılan şəraitlə yerində tanış olan prezident və 1-ci xanım bildirib ki, yeni korpus müasir standartlara cavab verir. Bu gün isə ADA universitetinin 2 yeni korpusunun açılışında iştirak edən ölkə rəhbərliyi yaradılan şəraitlə tanış olublar. Qeyd olunub ki, yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar yaradılıb. Bütün bunlar Təhsilin bütün pillələrinin inkişafı istiqamətində görülən işlərin bariz göstəricisidir.

Ceyhun Məmmədov - millət vəkili

Son illərdə yüzlərlə məktəb universitet tələbələrimizin istifadəsinə verilib. Son 2 gündə həm İqtisad,həm ADA uni də yeni korpusların açılması bu fikri təqdiq edir. Bu onu göstərir ki, təhsilin inkişafı təhsil diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər Azərbaycan universitetlərində təhsilin keyfiyyətinin arıtılması,yeni təhsil müəsisıələrinin açılması,yeni rektorların təyin olunması da bu fikri gücləndirən təsdiq edən amillərdən biridir.

Təhsili yüksək səviyyədə olan dövlət bütün sahələrdə irəliləyişə nail olur. Ölkəmizdə də bu sahədə atılan addımlar da bunu hədəfləyir.

atv.az

Mənbə:
0
1110
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar