Ürək dağlayan xəbər: 11 və 21 yaşlı oğlanlar minaya düşüb həlak oldu! - SON DƏQİQƏ

Ürək dağlayan xəbər: Azərbaycanda 11 və 21 yaşlı oğlanlar minaya düşüb həlak oldu

Azərforum xəbər verir ki, iki ay öncə Daşkəsən rayonunda itkin düşən iki nəfərin – 21 yaşlı Ülfət Rüstəmov və 11 yaşlı İsmət Bayramovun atının minaya düşdüyü məlum olub.

İ.Bayramovun atası Allahverdi Bayramov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis əməkdaşlarının axtarışları nəticəsində uşaqların gətirmək üçün getdikləri atın Kəlbəcər rayonu ərazisində minaya düşdüyü məlum olub: “Hazırda həmin əraziyə gedirik, atın minaya düşdüyü yerdən şəkli mənə göstərdilər. Amma uşaqlardan hələ bir xəbər yoxdur. Onların atın yanında olub-olmadıqlarını da hələ bilmirik”. Ü.Rüstəmov və İ.Bayramov qonşudurlar.  Qeyd edək ki, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyul ayının 30-da at gətirmək adı ilə rayonun Alaxançaylı kəndindən çıxıb və bir daha geri qayıtmayıblar. Onların dumanlı havada azmaları ehtimal olunurdu.

***

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin atın minaya düşdüyü yer inzibati olaraq Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhəd ərazisidir: “Atın leşinin yanında onların çəkmələri və gödəkçələri tapılıb. Həmin şəxslərin minaya düşüb-düşmədiyi bəlli deyil. Onların axtarışlarına ANAMA əməkdaşları cəlb edilib”.

0
4741
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar