Visiontv.az xəbər verir ki, şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb.
Ağır xəsarət alan Musa Allahverdiyev xəstəxanaya yerləşdirilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.
Məlumata görə, saxlanılan Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.
APA
Sizə dünya tarixində baş verən ən dəhşətli zəlzələlər bardədə məlumatları təqdim edirik:
Çili - 22 may 1960-cı il
22 may 1960-cı ildə Çilidə baş vermiş zəlzələ indiyə qədər ölçülən ən böyük zəlzələdir. Zəlzələnin gücü 9,5 olub. Çili zəlzələsindən sonra meydana gələn sunami Sakit Okeanda sürətlə irəliləyərək ciddi can və mal itkisinə səbəb olub.
Alyaska - 28 mart 1964-cü il
28 mart 1964-cü ildə Alyaskada baş verən 9,2 bal gücündə zəlzələ ikinci ən güclü zəlzələ kimi tarixə düşüb. 3 dəqiqə davam edən zəlzələ sunamiyə səbəb olub. Zəlzələ və nəhəng dalğalar 128 nəfərin ölümünə və təxminən 310 milyon dollar ziyana səbəb olub.
İndoneziya - 26 dekabr 2004-cü il
26 dekabr 2004-cü ildə Hind okeanının Sumatra adasının sahillərində baş verən bu zəlzələ 40 ölkədə təxminən 230.000 insanın ölümü ilə 21-ci əsrə damğasını vurub. 9,1-9,3 bal gücündə qeydə alınan üçüncü ən böyük zəlzələ idi. 8-10 dəqiqə arası davam edən zəlzələ indiyə qədər müşahidə olunan ən uzun müddətə malik olub və bütün planeti 1 sm hərəkət etdirib. Zəlzələnin mərkəzi Simeulue və Sumatra arasında idi.
Yaponiya - 11 mart 2011-ci il
2011-ci il martın 11-də Yaponiyanın şimal-şərqindəki Honsyu sahillərində qeydə alınan zəlzələ 24 km dərinlikdə, maqnitudası 9 bal gücündə olub. Bu zəlzələ Yaponiyanın indiyə qədər qeydə alınmış ən böyük zəlzələsidir və 1900-cü illərdən bəri dünyada qeydə alınan ən böyük beş zəlzələdən biridir. Yaponiya hökuməti təbii fəlakəti “Böyük Şərqi Yaponiya zəlzələsi” adlandırıb. Zəlzələdən sonra bölgədə hündürlüyü 37,9 metr olan sunami dalğaları baş verib. Sunami ölkəyə böyük ziyan vurub. Zəlzələ nəticəsində 15900 nəfər həyatını itirib, 2531 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Rusiya - 4 noyabr 1952-ci il
1952-ci il noyabrın 4-də Rusiyanın şərqində baş verən zəlzələnin gücü 9,0 bal gücündə olub. Zəlzələnin baş verdiyi Kamçatka bölgəsi Avstraliya, Asiya və Amerika qitələri arasında zəlzələ lövhələrinin yerləşdiyi və seysmik fəaliyyətlərin tez-tez yaşandığı “Sakit Okean Atəş Halqasının” şimal ucunda yerləşir. 1 milyon dollardan çox maddi ziyana səbəb olan zəlzələdə insan tələfatı olmayıb. 4 noyabr 1952-ci ildə Kamçatkada baş verən 9 bal gücündə zəlzələ 1900-cü ildən bəri qeydə alınan ən böyük zəlzələlərdən biridir.
Çili - 27 fevral 2010-cu il
27 fevral 2010-cu ildə Çilinin Konsepsion şəhəri yaxınlığında çox güclü zəlzələ baş verib. Amerika Geoloji Xidmətinin 8,3 bal olaraq açıqladığı zəlzələnin maqnitudasını əvvəlcə 8,5, sonra isə 8,8-ə yüksəldib. Zəlzələnin episentri paytaxt Santyaqodan 325 kilometr cənub-qərbdə, Konsepsion şəhərindən 115 kilometr aralıda yerləşib. Yerin 35 kilometr dərinliyində baş verən zəlzələ təxminən 1,5 dəqiqə davam edib. 2 milyon insana təsir edən zəlzələdə 500 min ev dağılıb və ya ciddi ziyan dəyib.
Ekvador - 31 yanvar 1906-cı il
1906-cı ildə Ekvador və Kolumbiyada baş verən 8,8 bal gücündə zəlzələ hər iki ölkədə mindən çox insanın ölümünə səbəb olub. Zəlzələdən sonra meydana gələn sunami okeanı keçərək Yaponiyaya çatıb.
Alyaska - 4 fevral 1965-ci il
1965-ci ildə Alyaskanın Rat adaları yaxınlığında 8,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra dəyən ziyanın böyük hissəsi sunami nəticəsində baş verib.
Tibet - 15 avqust 1950-ci il
Assam zəlzələsi kimi tanınan bu zəlzələ 1950-ci ildə 8,6 bal gücündə baş verib. Çin, Tibet və Hindistanın bir çox şəhərləri 780 nəfərin həyatını itirdiyi bu təbii fəlakətdən zərər çəkib.
İndoneziya - 28 mart 2005-ci il
2004-cü ildə baş verən böyük zəlzələdən sonra 2005-ci ildə İndoneziyanın şimalındakı Sumatra adasında daha 8,6 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin yaratdığı nəhəng dalğalar Şri-Lankaya çatıb və 400-dən çox insan xəsarət alıb.
Visiontv.az
Təqdimat Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Türk dünyasından Şuşaya– Şuşadan Türk dünyasına” adlı layihə çərçivəsində Azərbaycanda səfərdə olan Türk ölkə və topluluqlarını təmsil edən gənc yazarların iştirakı ilə baş tutub.
Komitə sədri önsöz yazdığı kitabın məziyyətlərindən söz açıb, Aygiz Baymuxammetin ədəbi və ictimai uğurlarına ürəkdən sevindiyini deyib:
“Uşaqlıq, yeniyetməlik duyğu, düşüncələrini ustalıqla nəsrə çevirən başqurd qardaşımız Aygiz Baymuxammetin “Getmə, ana” povesti dillər əzbərinə dönüb. Əsər neçə dilə çevrilib, neçə dəfə çap edilib, yazarına ödüllər qazandırıb. Belə bir əsərin Azərbaycanda da yayınlanması həm yaxşı bir əsəri dilimizə qazandırmaq baxımından, həm də, Azərbaycan-Başqurd ədəbi-mədəni əlaqələrinin inkişafı baxımından təqdirəlayiq olmuşdur.
Dünyanın, özəlliklə, Avrasiyanın çox böyük hissəsini əhatə edən Türk dünyasında ədəbi-mədəni işbirliyinin artan xətt üzrə inkişaf etməkdə olması sevindirici haldır. Qardaş ölkə və topluluqlardan olan müxtəlif yaş qruplarına mənsub yazarlar arasında qarşılıqlı əlaqələr, səfərlər, ədəbi uyğunlaşdırmalar, ortaq icra edilən çoxsaylı ədəbi-mədəni layihələr, əlaqələrimizin zaman keçdikcə daha da inkişaf edəcəyini deməyə əsas verir.
DGTYB ilə “Regional Hüquqi və İqtisadi Marifləndirmə” İctimai Birliyinin təqdim etdiyi, qardaş başqurd xalqının ən yeni nəsil istedadlı yazarlarından biri və ötən ildən Başqurdistan Yazıçılar Birliyinin başqanı olan Aygiz Baymuxammetin qələmə almış olduğu bu maraqlı povestin ümumən, qardaş xalqın bir dönəmki yaşantılarına da ayna tutduğunu vurğulamaq istərdim.
Bildiyiniz kimi, başqurd ədəbiyyatının klassiklərindən Salavat Yulayoğlu, Şeyxadə Bobiç, Mustay Kərim adları bizlərə daha çox tanışdır. Əslində, zəngin şifahi xalq yaradıcılığı və tatar-başqırd ortaq ədəbi abidələrinin də akademik çevrələrlə məhdudlaşmaması, çağdaş oxucuya geniş surətdə təqdim olunması ümumi işin xeyrinə olardı. Ona görə də, Aygiz Baymuxammetin povestini bu istəklər fonunda yaxşı bir başlanğıc saya bilərik.
Bəli, Aygiz Baymuxammet öz doğma vətəni Başqurdıstanda, bir çox qardaş ölkə və topluluqda ədəbiyyatçılar arasında tanınan, sevilən imzadır. Təsadüfi deyil ki, adıçəkilən əsər Başqurdistanın özündə və Qırğız Respublikasında tədris proqramına daxil edilib.
Müxtəlif layihələr çərçivəsində Azərbaycanda da yaradıcılıq səfərlərində olmuş istedadlı başqurd qardaşımızı yenidən Azərbaycanda salamlamaqdan çox şadıq. İnanıram ki, Aygiz Baymuxammetin digər maraqlı əsərləri də zaman-zaman azərbaycancaya çevriləcək və dəyərli dostumuzu yenidən xoş səbəblərlə Azərbaycana dəvət edəcəyik.
Müəllif “Getmə, ana!” deyir, qoy, analar getməsin – nə bizim dünyadan, nə bu dünyadan”…
Ədəbi-mədəni işbirliyini gücləndirmək üçün bir sıra təkliflərlə çıxış edən Q.Paşayeva, daha sonra A.Baymuxammetə xatirə hədiyyəsi təqdim olunub.
Təqdimatda “Getmə, ana” kitabının redaktorları – Ə.Kərim adına Poeziya Evinin direktoru İbrahim İlyaslı, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, əsəri dilimizə çevirmiş Aygün Yaşar, DGTYB başqanı İntiqam Yaşar, Qırğız Respublikasının “Manas” Teatrının direktoru Aziz Bıymırza, Özbəkistan Gənclər İşləri Agentliyinin başqan müavini, şair Mehrinaz Abbas, mərkəzi qərargahı İstanbulda yerləşən “Türk Ədəbiyyatı” Vəqfinin Yazı işləri başqanı Ənvər Aykol, Almatadakı “Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi” başqanı, yazıçı Erkinbek Serikbay çıxış edib, ürək sözlərini bölüşüb.
Çıxışlarda xalqlarımız arasında ədəbi-mədəni əlaqələrin daha da genişlənməsində belə layihə, nəşr və təqdimatların roluna vurğu edilib. Natiqlər xalqlar arasında dostluqda, doğmalıqda ədəbiyyatın, mədəniyyətin açar rolu oynadığını, Azərbaycanın bu istiqamətdə apardığı işlərin geniş miqyaslı olduğunu bildirib.
“Türk dünyasından Şuşaya– Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan istedadlı gənc yazarların önəmli görüşlərdə və tədbirlərdə iştirak etdiyi, bu kimi görüşlərin yeni ədəbi əməkdaşlıqlara çevriləcəyini inam ifadə olunub.
Başqurd Yazıçılar Birliyinin başqanı A.Baymuxammet təqdimat və xoş sözlər üçün təşəkkür edib.
Qeyd edək ki, Əli Kərim adına Sumqayıt Poeziya Evində keçirilən mərasimdə Başqurdistan Yazıçılar Birliyinin başqanı Aygiz Baymuxammetin “Getmə, ana” kitabı ilə yanaşı DGTYB-nin yeni nəşri olan “Türk dünyasından Şuşaya– Şuşadan Türk dünyasına” kitabı da Sumqayıt ədəbi ictimaiyyətinə təqdim olunub.
Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin, Əli Kərim adına Sumqayıt Poeziya Evinin, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin təşkilatçılığı ilə keçirilən tədbirdə yazıçılar, şairlər, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları nümayəndələri, şəhərdəki kitabxanaların təmsilçiləri və oxucular iştirak edib.
Bu barədə "Traxtur" klubunun kapitanı Mehdi Kiyani məlumat verib.
"Bu həftə içində soydaşlarımızla həmrəyliyimizi bildirmək və onlara əlimizdən gələn qədər yardım etmək üçün Xoy şəhərinə səfər edəcəyik",- tanınmış futbolçu bildirib.
Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200-ə yaxın insan yaralanıb. İlkin məlumata görə, 73,5 min evə ziyan dəyib.
Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.
Visiontv.az
Aksiyada çıxış edən Eldəniz Vəliyev isə İctimaiyyətlə Əlaqələr şöbəsinə ünvanlanan müraciətlər haqqında məlumat verib. Qurum rəsmisi qeyd edib ki, yataqxana tipli binaların qazlaşdırılmaması və MTK-larla sakinlər arasında yaranan problemlərin səbəbkarı kimi Birliyin göstərilməsi ilə bağlı ünvanlanan müraciətlər nisbətən üstünlük təşkil edib.
Aksiya daha sonra jurnalistləri maraqlandıran digər sualların cavablandırılması ilə davam edib.
Visiontv.az
Yəni Lavrovun deməyindən belə qənaətə gəlmək olar ki, Rusiya Ukraynada qalib gələrsə, Moldovanı hədəf alacaq. Lavrov həm də bildirib ki, Moldova da NATO-ya daxil olmaq istəyir.
Bir müddət öncə qərbin Ukraynaya niyə dəstək verməyə məcbur olduğunu cavablandırarkən bildirmişdim ki, Rusiya Ukraynada qalib gələrsə, növbəti hədəfləri Moldova və Baltikyanı ölkələr olacaq.
Görünənlər ondan ibarətdir ki, qərb dövlətləri Rusiyanın planlarından xəbərdardır və onun qarşısını almaq üçün Ukraynaya məcburi də olsa dəstək verməli olacaqlar. Əgər qərb dövlətləri Ukraynaya kifayət qədər dəstək verməsələr itkiləri ondan az olmayacaq.
Fikrimcə, ABŞ tərəfi də bütün bu itkilərin nə dərəcədə və hansı vəziyyətdə olduğunu hesablayıblar. Həmçinin ABŞ-nin Ukraynaya tətbiq etdiyi Lend-Liz (Ukraynaya silah-sursat, hərbi texnika və umanitar yardım) qərarının da qüvvədə qalacağını düşünürəm.
Samir Hümbətov
visiontv.az
Tanınmış rejissor özünün sosial media hesabında etdiyi paylaşımda vətəndaşlardan xoylulara yardım barədə xahiş edib.
Evləri dağılan xoyluların yerləşdirildiyi çadır düşərgəsindən çəkiliş edən Məhəmməd Əlimuradi hökumətin yardımlarının yetərli olmadığını deyib.
"Burada durum ağırdır. 8 ailə bir çadırda yerləşdirilib. Bu soyuq havada çadırlarda istilik qurğularının çatışmaması əlavə çətinliklər yaradıb. Şaxtanı nəzərə alaraq çadırlar kanekslərlə əvəzlənməlidir",- rejissor bildirib.
Visiontv.az
Bu günlərdə Güney Azərbaycanın Xoy şəhərində qeydə alınan dağıdıcı zəlzələ nəticəsində minlərlə soydaşımız evsiz qalıb, xeyli sayda yaralı və ölənlər var. Hər zaman olduğu kimi, bu dəfə də İran hökuməti güneyli soydaşlarımıza sahib çıxmaq istəmir. Zəlzələnin fəsadları qarşısında çarəsiz qalan soydaşlarımız vətəndaşına sahib çıxa bilməyən molla rejimini sərt tənqid edirlər.
"Hər yerə zəng edirik. Zənglərimizə cavab verən də yoxdur. Çox ağır vəziyyətdə yaşayırıq. Evsiz qalmışıq, yaralılarımız var, baxan yoxdur. Küçədə yatırıq, bizə çadır da vermirlər". Qarlı və şaxtalı gecələrdə küçələrdə gecələmək məcburiyyətində qalan soydaşlarımız dövlət qurumlarına dəfələrlə müraciət etsələr də, onların şikayətinə cavab belə verilməyib. İran hökuməti təbii fəlakətdən əziyyət çəkən azərbaycanlılara düşmən münasibətini sərgiləməkdən çəkinmir. Çarəsiz qalan soydaşlarımız Allahdan imdad diləyirlər.
Visiontv.az
11-12 oktyabr 2004-cü ildə İlham Əliyev Rumıniyaya rəsmi səfər edib. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məslələr ətrafında müzakirələr aparılıb. İlham Əliyev və Rumıniya Prezidenti İliesku Buxarestdə 8 may parkında Heydər Əliyevin büstünün təntənəli açılış mərasimində iştirak etmişdir. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb.
13-15 mart Rumıniyanın Müdafiə Naziri T.Atanasiu Azərbaycanda rəsmi səfərdə olmuşdur. 10-11 oktyabr 2006-cı ildə Rumıniya prezidenti T.Basesku Azərbaycanda rəsmi səfərdə olmuşdur. İki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir. 1-2 mart 2001-ci ildə Rumıniyanın XİN-i M.Ceoana ATƏT-in fəaliyyətdə olan sədri qismində Cənubi Qafqaz bölgəsinə, o cümlədən, Azərbaycana səfər edib. Rumıniya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir rəsmi görüşə ev sahibliyi edib.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Prezidenti Robert Köçəryanla 5 iyun 2006-cı ildə Buxarestdə görüşüb. Humanitar sahədə əməkdaşlıq 2001-ci ildən etibarən Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü və Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə iki xalqın ədəbiyyatının görkəmli nümunələrindən 50-dən çox kitab Azərbaycan və rumın dillərində nəşr olunub; Buxarest şəhərinin Tey parkında Heydər Əliyevin və Bakı şəhərində tanınmış rumın bəstəkarı Corce Eneskunun büstləri ucaldılıb.
10 may 2000-ci ildə Bakıda Rumıniya-Azərbaycan Mədəni Əlaqələr Birliyi və Konstansada Füzuli adına Azərbaycan-Rumıniya Mədəniyyət Cəmiyyəti yaradılıb. 16–20 iyun 2002-ci ildə Milli Elmlər Akademiyasının Prezidenti M.Kərimov Rumıniya Elmlər Akademiyasının Prezidenti Y.Simeonun dəvəti ilə Rumıniyaya səfər edib.
9 may 2003-cü ildə Azərbaycanın Prezidenti H.Əliyevin siyasi həyat və fəaliyyətinə, Azərbaycan-Rumıniya əməkdaşlığının inkişafına həsr olunmuş "Azərbaycanın dirçəlişi" kitabı Rumıniyada ingilis dilində çap olunub. Rumıniyanın Ployeşt Neft Qaz Universitetində 2004-cü ilin oktyabr ayından etibarən üç tələbəyə, 2007-ci ildən Buxarest Texniki və İnşaat Universitetinin dörd əlaçı tələbəsinə aylıq Heydər Əliyev təqaüdü verilir; 23 iyul 2005-ci ildə Rumıniyanın daşqından zərər çəkmiş Qalats bölgəsinin İveşt qəsəbəsinə Azərbaycan hökuməti səfirliyimizin vasitəsilə zəruri yardım ləvazimatları, ərzaq və tibb məmulatları ilə yardım göstərib.
24–25 aprel 2007-ci il tarixlərində Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti diaspor quruculuğu sahəsində əməkdaşlığın genişləndirilməsi və Rumıniyada Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin səmərəliyinin artırılması məqsədilə Rumıniyada səfərdə olub.
31 iyul 2008-ci ildə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin kollektivi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri və Rumıniyada yaşayan Azərbaycan icmasının nümayəndələri Rumıniyanın şimalında yerləşən və güclü daşqından ağır zərər çəkən Suçava bölgəsinə səfər etmiş və yerli əhaliyə zəruri humanitar yardım göstəriblər.
2009-cu ilin 3–9 avqust tarixlərində Buxarest şəhəri 2-ci sektorunun meri N.Ontanunun rəhbərliyi altında 16 nəfərlik nümayəndə heyətinin Azərbaycana səfəri həyata keçirilib. 24 noyabr 2010-cu ildə Rumıniyanın "Balcanii si Europa" (Balkanlar və Avropa) jurnalı tərəfindən ilin yekunlarına görə baş nominasiya üzrə "İlin adamı – 2010" mükafatının Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması haqqında qərar qəbul edilib.
26 fevral – 1 mart 2011-ci ildə AR Prezidentinin "Balcanii şi Europa" jurnalı tərəfindən "İlin adamı – 2010" mükafatına layiq görülməsi ilə əlaqədar, jurnalın baş direktoru K.Roman, NİRO İnvestment Group şirkətinin rəhbəri N.Dumitru Bakıya səfər etmiş, AR Prezidentinə mükafatı təqdim ediblər. 25 may 2012-ci il tarixində AR-ın müstəqilliyinə həsr olunmuş rəsmi qəbul keçirilmiş və ziyafətdə Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota iştirak edib. 4–5 oktyabr 2012-ci il tarixində Rumıniyanın keçmiş Prezidenti E.Konstantinesku Bakıda təşkil olunmuş beynəlxalq humanitar forumda iştirak edib. 2 fevral 2023 - cü ildə Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycana rəsmi səfərə gəlib.
Bünyamin Bünyadzadə
Visiontv.az
Visiontv.az xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratinini qəbulu zamanı deyib.
Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir.
Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin fəal çalışdıqları vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanla İtaliya arasında əməkdaşlıq bütün sahələrdə dostluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir. Həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın vacib komponenti olan TAP layihəsinin əhəmiyyəti qeyd edilib.
APA
Amma hələ də “bəlkə də qaytardılar” xülyasıyla yaşayan, şantaj, böhtan və qarayaxma ilə ömür sürüyən, “baş redaktor” anlayışını boş traktora çevirib cəmiyyəti ayaqda saxlayan, sivil, təhlükəsiz və mədəni birgəyaşayışı təmin edən yüksək dəyərləri, söz, fikir və ifadə azadlığını, qanunları “şumlamaqla” peşəkar mediaya, jurnalistikaya günü gəlib gün qazanan adamlar daş atıb redaktorluqla uzalaşmayan “başlarını tutmağa” davam edirlər.
...İllər öncə həmkarlarımdan biriylə söhbətimizdə “baş redaktor”ların sayı artıqca gerçək redaktor anlayışının urvatdan düşdüyünü demişdim. Qısa bir zaman kəsiyindən sonra, indi adını xatırlatmaq istəmədiyim şəxslərdən biri “tədbirdə 10 BAŞ... redaktor iştirak edir” deməklə həm özünün naqis xislətini və təbii ki, artıq kluarlarda məsxərə obyektinə çevrilən, amma kimlər üçünsə sərfəli olan reallığı gün işığına çıxardı...
10 baş... redaktor, 100 baş... redaktor, 1000 baş... redaktor... Saylarına uyğun çobanlarını, “çoban itlərini” də sal yanlarına, “süd”lərinlərindən “qatıqlı xəbər”, “pendirli reportaj”, “qaymaqlı müsahibə”, yunlarından “yorğan-döşəkli köşə”, ətlərindən “kabablı araşdırma”, “maçalı oçerk”, “quzu basdırmalı felyoton” hazırla və bəh-bəhlə sırı millətə...
...Yolulmadınız?
...Bezmədiniz?
Eyni, söz yığınından ibarət iddiaları nə qədər təkrarlamaq olar?
“Media haqqında” qanun müzakirə olunanda, qəbul ediləndə, “Media Reyetrinin aparılması Qaydaları” təsdiqlənəndə mürgüləyənlər də indi ayılıblar. Nə imiş, bəs “Media Reyestri” kimlərində “hüquqlarını məhdudlaşdırıbmıs”, “Kontitusiyaya ziddiymiş”, “beynəlxalq konvensiyaları pozurmuş” da, xəbərimiz yoxmuş... Allah, Allah... Hansı hüquqları məhdudlaşdırır Media Reyestri? Əgər sənin üçcə nəfər əməkdaşın yoxdursa, o zaman hansı əsaslarla özünü media subyekti sayırsan? Bir “baş redaktor”dan ibarət media olar? Bəs ən müxtəlif adlar altında “təsis etdiyiniz”, “yaratdığınız” sayt və və qəzetlərinizin vəsiqələrini daşıyan, ölkənin ən ucqar kəndində belə varmadığı “ocaqbaşı” qoymayan, döyülməyən qapı saxlamayan “xüsusi”, “ümumi”, “bölgə”, kölgə “müxbir”ləriniz nə ilə dolanırlar? Onların ezamiyyə xərclərini kim və necə ödəyir? Lənət şeytana, bu ölkədə peşəkar və leqal media fəaliyyətiylə məşğul olan insanlar bu sahənin şərəfini üç manatlıq edənlərə sual verməkdənsə, onların iddia və ittihamlarını cavablandırmaq məcburiyyətində qalıblar.
Konstitusiyanı, cinayət və inzibati xətalar məcəllələri də daxil olmaqla ölkənin qanunlarını yuxarıdan aşağı, aşağıdan yuxarı pozanlar “Media haqqında” Qanunun, “Media Reyetrinin aparılması Qaydaları”nın Konstitusiyaya, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasına zidd olduğunu iddia edirlər. Təbii ki, tutarlı hər hansı bir arqument və müqayisəli təhlil olmadan.
Azərbaycan Respublikasının Konstitusiyası təkcə söz, fikir və ifadə azadlığına deyil, digər azadlıqlara və hüquqlara da təminat verir. Amma özbaşınalığa, dərəbəyliyə yox. Dünyanın heç bir ölkəsində söz, fikir və ifadə azadlığından süi-istifadə hallarını, vergidən yayınmağı, kölgə iqtisadiyyatı ilə məşğul olmağı, şantaj etməyi, böhtan atmağı, insanların şəxsi həyatlarına müdaxiləni, dövlətin informasiya təhlükəsizliyinə təhdid yaratmağı, ictimai maraqları zərbə altında qoymağı məqbul hesab edən qanun yoxdur.
Bu gün “Media haqqında” Qanun və “Media Reyestri” ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə istinad edənlər unudurlar ki, Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin əsasında belə BMT tərəfindən elan edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dayanır. Sözügedən sənədin 2-ci hissəsinin 29-cu bəndində isə söz, fikir və ifadə azadlığının mütləq azadlıq olmadığı bildirilir, başqalarının hüquq və azadlıqlarının lazımi səviyyədə təmin edilməsinin, bu hüquq və azadlıqlara hörmətlə yanaşılmasının zəruriliyi qeyd olunur, həmçinin vurğulanır ki, demokratik cəmiyyətdə mənəvi dəyərlərin, ictimai asayişin və ümumi rifahın ədalətli tələblərə cavab verməsi üçün hüquqi tənzimləmələrin, məhdudlaşdırmaların tətbiqi mümkündür.
İndi sual olunur, media ilə bağlı heç bir standarta cavab verməyən, bu və ya digər məlumatın doğruluğunun təsdiqi, faktların araşdırılması və təhlili üçün kadr resursu və texniki imkanları olmayan, bu və ya digər informasiyadan, şantaj və böhtan xarakterli üslub və məlumatlardan istifadə etməklə qanunsuz yollarla gəlir əldə etməyə çalışan, fərdlərin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinə bilərəkdən təhdid yaradan şəxslərin fəaliyyəti ictimai asayişə, cəmiyyətin mənəvi dəyərlərinə, başqalarının hüquq və azadlıqlarına, vətəndaşların ümumi rifahına zərbə vurur ya yox?
Bu sualın bir cavabı var: Bəli!
O zaman əsasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dayanan Azərbaycan Respublikasının Konstitusiyasında yer alan ayrı-ayrı ifadələri kontekstdən çıxararaq gözümüzə niyə soxursunuz?
Sizin hüquq və azadlıqlar haqında təsəvvürlərinizlə hərəkət etsək, o zaman nəinki “Media haqqında” Qanunun, Konstitusiyanın, hətta Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin də dəyişilməsinə nail olmalıyıq. Təbii ki, ilk növbədə sonuncunun. Çünki İran, Şimali Koreya və daha bir neçə dövlət istisna olmaqla, dünyanın bütün ölkələrinin konstitusiyalarında yer alan hüquq və azadlıqlarla bağlı müddəaların əsasında BMT-nin sözügedən bəyannaməsinin müddəaları dayanır. Bacarırsınız, gedin dəyişin və qeyd edin ki, söz, fikir və ifadə azadlığı dünyada mütləq azadlıq sayılır, bu anlayışların kölgəsində həyata keçirilən cinayət və inzibati xəta xarakterli addımların qanunla təqib olunmasına yol verilmir. Və ümumiyyətlə media haqqında heç bir qanun, tənzimləyici mexanizm olmalı deyil. Başlı başını və ya baş... redaktorluğunu saxlasın...
Başqa bir məqama toxunacağam – bütövlükdə reyestr, şəhadətnamə və lisenziyalarla bağlı.
Bu gün “Media haqqında” Qanun, Media Reyestri və digər bu kimi tənzimləyici hüquqi-normativ akt və mexanizmlərlə bağlı istinad olunan sənədlərdən biri də
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasıdır. Təbii ki, istinadlar bir qayda olaraq ümumi xarakter daşıyır və ritorik şəkildə, bərkdən qışqırmaqla ifadə olunur. Sözügedən Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndində qeyd olunur ki, “Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur”. Burada media sektorunun müəyyən istiqamətlərinə diqqət çəkilsə də, beynəlxalq konvensiyalarda yer alan yanaşmaların, yəni sənədlərin ümumi fəlsəfəsinin, bütün dünyada eyni sahənin digər istiqamətlərinin tənzimlənməsində də əsas götürüldüyü hüquqdan anlayışı olan kimsəyə sirr deyil. Yəni bu gün radio, televiziya və platforma yayımçılarının fəaliyyəti üçün lisenziya nədirsə, çap və internet media üçün də Media Reyestri Şəhadətnaməsi odur.
Nümunə üçün yazıram: “APA Qrup” MMC-nin nəzdində APA TV fəaliyyət göstərir və platforma yayımçısı kimi lisenziya alıb. Bununla yanaşı sözügedən qrupa daxil olan informasiya agentliyi və saytlar da var. Bu agnetlik və saytlar da, şübhəsiz ki, media subyekti kimi Media Reyestrindən keçərək şəhadətnamə alıblar. Həzərat, lisenziya da, şəhadətnamə də bu və ya digər media subyektinin bu sahədə peşəkar fəaliyyətlə məşğul olmaq imkanında, potensialında olduğunu ölçülə bilən anlayışlarla təsdiqləyən sənədlərdir. Vəssalam! Bütün bu anlayışlar isə birbaşa və dolayısıyla həm Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, həm İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasında, həm Azərbaycan Respublikasının Konstitusiyasında və təbii ki, həm də ölkə mediasının fəaliyyətini tənzimləyən hüquqi-normativ aktlarda öz əksini tapıb.
Nə isə... Özünüzü gücə salıb ağıllı görünməyə, səsinizin gur yerinə salıb qışqırmaqla haqlı olduğunuzu sübuta yetirməyə çalışmayın, bizi də yormayın...
Elçin Mirzəbəyli
Əməkdar jurnalist
visiontv.az
Məlumata görə, onun günahı yalnız İranda edamların dayandırılmasını və bəzi məhbusların azad edilməsini tələb etməsidir.
Həkimin sosial şəbəkələrdə yayılan son görüntüləri isə dəhşət saçır.
Molla rejimi öz vətəndaşları belə olsa hakimiyətə qarşı çıxanları göz görə-görə məhv edir.
Fərhad Meysəmi İranda tanınmış mədəni fəallardandır və icbari hicaba etiraz etdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edilərək 2018-ci ilin avqust ayından məhkumluq dövrünü yaşayır.
“Əhmədrza Cəlali bu gün yer üzündə ən müdafiəsiz insanlardan biridir.
Onun öldürülməsinə imkan verməyin”-deyə, siyasi məhbus iki həftə öncə zindandan yazdığı məktubunda qeyd edib.
Visiontv.az
Amerika Dövlər Departamentinin sözçüsü İranın İsraili bölgə və dünya sülhü üçün təhlükə adlandırmasına cavab olaraq, "Tehrandan belə şeylər eşitmək çox maraqlıdır. Əslində regionun sülhü və sabitliyi üçün təhlükə yaradan İsrail yox İrandır" deyib.
Qeyd edək ki, yanvarın 28-i yerli vaxtla gecə saat 23:30 radələrində İran Müdafiə Nazirliyinin İsfahanda yerləşən sursat istehsal edən hərbi zavoduna dron hücumu olub.
İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Təhlükəsizlik Şurasının baş katibi və müvəqqəti sədrinə yazdığı məktubda ilkin araşdırmaların nəticələrinə əsasən bu məsələdə İsrail dövlətinin əli olduğunu iddia edib.
Visiontv.az
Məsələn iki adam götürək : biri ideyaları heç vaxt əlaqələndirə bilmir; digəri ideyaları elə asan və elə möhkəm əlaqələndirir bilir ki, onları bir daha geri ayırmağa gücü çatmır.
Birincinin yaddaşı və xəyal gücü olmasaydı o heç bir düşüncəyə dala bilməz və yaradıcılıqla məşğul ola bilməzdi. Bu cür adamlara biz “ağıldan zəiflər” deyirik.
İkincinin hədsiz yaddaş və hədsiz xəyal gücü olduğu üçün bu hədsizlik onu birinci adam kimi eyni yerə gətirəcək və o çox çətinliklə öz yaddaşını və xəyal gücünü idarə edib, işlədib düşüncəyə dala biləcək (yaxud, dunuxub qalacaq, edə bilməyəcək)
Biz bu cür adamlara “dəli” (xəstə) deyirik.
Bu cür (ikinci) qeyri adekvat adamlar bir-birinə heç bir uyarlığı, əlaqəsi olmayan ideyaları ona görə əlaqələndirib birləşdirə bilirlər ki, həmin ideyalar bu cür adamların ağlına birlikdə və eyni zamanda gəlir. Bu cür adamların düşüncəsi daim əks qütblü bir-birini inkar və istisna edən ifratlığa varır.
Beləliklə aşırı yaddaş və xəyal gücü olan insanlarda bu cür hədsizlik onların müəyyən mövzularda ağıllarının düzgün, ardıcıl və metodlu işləmə xüsusiyyətlərini yox edir. Adətən bu cür adamlar öz fikirlərini böyük lütf və dərinliklə ifadə etməyə çalışırlar”.
Kondilyakın bu dəyərli fikirini kimlərə rahatlıqla şamil etmək olar ?
Ətrafımıza boylansaq bu sualın cavabını aydınlaşdırmaq elə də çətin deyil.
Amma yenə də :
- əgər sizə yaxın bir adamın danışığı sizə çox xoş, səlis və məntiqli gəlirsə deməli bu adam bir-biri ilə uyuşan, bir-birinə yaraşıb-uyğun gələn ideyaları doğru seçib, bir-biri ilə düzgün əlaqələndirə bilir
- əgər sizə yaxın bir adamın danışığı Marsdan düşümüş bir adamının danışığı kimi təsir edirsə, “bu fikir bu adamın ağlına necə gəldi !! ” deyə təəcüblənib qıcıq olursunuzsa deməli bu adam bir-biri ilə uyğun olmayan, əlaqəsi olmayan ideyaları “əlaqələndirən” qeyri-adekvat adamadı !
İdeyaların əlaqələndirmə metodu istedad olmazsa böyük çalşqanlıq tələb edir.
Böyük bacıları fransızların 18-ci əsrdə yaşayan məşhur filosofu Kondilyak bu fikiri fərdlərdən başqa deyəsən ən çox erməniləri tanıdığı üçün yazıbmış. Bu ideyanı Kondilyakda yaradan mənbə məncə ermənilər olubmuş...
Özünü eyni zamanda fars şiələrinə qardaş, fransız katoliklərinə bacı sayan, özlərini eyni zamanda həm böyük həm də əzabkeş, alçaldılmış millət sayan ermənilərin bir-birini inkar edən əks qütblü ideyaları əlaqələndirə bilmələrinin səbəbi aşırı neqativ yaddaş və qeyri-adekvat xəyal gücünə malik xəstə təfəkkürə sahib olmalarıdı.
Con Lokk ideyaları 3 qrupa belə bölür :
Real və fantastik ideyalar;
Adekvat və qeyri-adekvat ideyalar ;
Həqiqi və yalan ideyalar ;
Məncə mövzu aydındı ...
Uğurlu Şərifov
visiontv.az
Visiontv.az Reporta istinadən xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
Onun sözlərinə görə, Avropa liderlərinin qətiyyəti olduğu kimi davam edəcək.
Qeyd edək ki, bu gün Kiyevdə növbəti "Avropa İttifaqı - Ukrayna" sammiti keçiriləcək.
Visiontv.az Azərtaca istinadən xəbər verir ki, Azərbaycanın və Rumıniyanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rumıniya Prezidenti Klaus Yohannisi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
Müsahibləri haqqında, Mustafayev isə müdaxiləsi ilə bir ömrün hekayəsini göstərməyə cəhd edir.
Nədir bu?
Dokumentaldır, dilimizdə sənədləşdirmə, sənədli film.
Müstafayev metroda, qatarda,Gəncədə...
Və
Fikrət Əmirovun yaşadıqlarını Vaqıf kimi "Yəhudi anekdotu" yanaşması ilə oxuyur.
Əmirovu deyil, Vağifimi tarixləşdirir.
Hər kadr Pul tələsidir, hər kadrın arxasında xərclənmiş vəsaitləri görməmək mümkün deyil. Məqsəd nədir?
Əmirovun tanıtmaqmı?
Yox.
Daha çox büdcə almaq və qazanmaq. Film bəhanədir, Fikrəti deyil, özünü göstərir müəllif.
Fikrət Əmirov hardadır filmdə?
Sovet üsulu ilə yazılmış nekroloq, bioqrafi və tərifnamənın birliyi ilə yaradılmış bu şəklin filmləşməsinə nə ehtiyac var idi ki?
Aldadılan aldatmanı həyatının qayəsi edər.
Dərdim nə Əmirovdur, nə də Mustafayev,
Nə də film.
Dərdim Balaca dünyaları Böyük səhnəyə gətirən Görməmişlikdir.
Bu dərddir.
Görməmişlik Gözün dərdidir, Göz baxar, görməz və zənn edər ki, görür,
Bu görməmişliyə dönər.
Biriləri də Zənn edir ki,Onlar Odur,
Və layiq olmadığı yeri zəbt edir.
Zənlərə aldanıb o qədər yerlər zəbt olunub ki,
Bu məqamlarda "boş ver" deyib, keçənlərə salam olsun.
İdris Heydərli
visiontv.az
https://apa.az/az/siyasi/azerbaycan-sefirliyine-silahli-hucum-iran-terror-dovleti-oldugunu-bir-daha-tesdiqledi-tehlil-744774
Tehrandakı Azərbaycan səfirliyinə hücum ilə İranın üzərinə dünyanın hər yerindən törədilən bu terror aktını pisləyən bəyanatlar axını gəldi. Ölkələr, beynəlxalq təşkilatlar, onların rəhbərləri terror aktını pislədilər.
Bütün dünyanın terora görə İranı pislədiyi bir zamanda Azərbaycan mediasında bir qrup jurnalist hələ bir il öncə qəbul edilmiş Media haqqında Qanun və Media Reyesterinə etiraz etdilər.
https://www.amerikaninsesi.org/a/6940390.html
2022-ci ilin fevralından ölkədə qüvvəyə minən “Media haqqında” Qanun və Media Reyestri ilə bağlı “Mövqe sənədi” adlı kommunike imzalayan “müstəqil jurnalistlər” Azərbaycanın üzvü olduğu beynəlxalq qurumlardan bu məsələyə həssas yanaşmağı, həmçinin Azərbaycan hakimiyyətindən dövlətin qoşulduğu konvensiyalara əməl etməyi tələb etdilər və bu kampaniya bir həftədir artıq davam edir.
https://jam-news.net/az/az%C9%99rbaycanli-jurnalistl%C9%99r-media-haqqinda-qanuna-v%C9%99-media-reyestrin%C9%99-etiraz-edir/
Media Reyesteri
Qəbul edilmiş Media haqqında Qanunun tətbiqi ilə ölkədə media sisteminin formalaşması və inkişafının əsas yollarını müəyyənləşdirməsi, media ilə cəmiyyət arasında münasibətlərin əsas modellərinin sosial münasibətlər kontekstində institutsionallaşması və peşəkar standartların formalaşması üçün bir sıra islahatlara start verilmişdir.
Heç kimə sirr deyil ki, son illər bütün dünya, həmçinin də Azərbaycan da media sistemləri jurnalist mətnlərinin formatları, peşəkar davranış meyarları və jurnalist normaları və s. kimi mövzularda bir durğunluqla üz-üzədir.
Bu xüsusda, bütün dünyada milli qanunvericilik və onun tətbiqi ilə mediada intelektual mülkiyyət, müəllif hüquqları, peşəkar jurnalist və korporativ mədəniyyətlər və s. kimi media siyasətinin spesefik xüsusiyyətlərini formalaşdırmağa çalışılır.
Bir sözlə, media sənayesi yeni şərtlərə adaptasiya olunur.
Azərbaycan bu şərtlərə həm də dövlət və cəmiyyət maraqları naminə, daxili və xarici trendlərə dayanıqlı media standartları formalaşdırmaq ehtiyacı duyan ölkələr sırasındadır.
Daxili və xarici trendlər haqqında danışırıqsa, İranın hər iki istiqamətdən Azərbaycanla yönəlik təbliğat sistemləri qurması haqqında ölkə mediasında geniş araşdırmalar dərc olunub.
https://apa.az/az/media/iranin-tebligat-ve-texribat-plani-molla-rejimi-yeni-elementlerden-istifade-edir-arasdirma-733420
Həmçinin bu günlərdə Azərbaycan mediasında “İran səfirliyinin vatsap qrupunda Azərbaycanda fəaliyyət göstərən 60-a yaxın media subyekti və jurnalistin olması haqqında məlumat tirajlandı.
Hər hansı bir ölkə səfirliyinin, xüsusi ilə öz ərazisində bizim səfirliyə terror aktı törədəcək qədər düşmən münasibət bəsləyən ölkənin səfirliyinin 60-a yaxın azərbaycanlı jurnalisti və media rəhbərini bir qrupa toplaması aydındır ki, bu media təsisat və fərdləri öz təbliğatı üçün istifadə etmək məqsədi güdür.
İranın Azərbaycan səfirliyinə terror hücumuna beynəlxalq təpkilərin gəldiyi bir zamanda hələ bir il öncə qəbul edilmiş qərara, yeni şərtlərə görə ölkənin media müstəvisinin böyük əksəriyyətinin artıq qeydiyyata düşdüyü və ya qeydiyyat üçün sənədləri təqdim etdiyi bir vaxtda, etiraz etməklə Azərbaycanı hədəfə gətirməyin özü İranı müdafiə etməyin bir üsuludur.
Son onilikdə Azərbaycan cəmiyyətində daha çox Qərbyönümlü kimi tanınan şəxslərin, qht və media təsisatların həssas günlərdə İranın Azərbaycanda nüfuz agentləri kimi çıxış etməsi adi hal olub.
İntensiv şəkildə Qərb institutları ilə əməkdaşlıq edən, ABŞ və Avropa fondlarından qrantlar alıb, İranın maraqlarına xidmət etməklə adəti formalaşıb.
İranın Gəncədə, Nardaranda təşkil etdiyi hadisələr zamanı təşkilatçı və iştirakçı kimi həbs olunanlar ölkədəki Qərb institutlarına bağlı, insan haqqları müdafiəçiləri şəbəkəsi tərəfindən müdafiə olunurlar.
Bəlli “QHT, KİV və hüquq müdafiəçiləri”ndən ibarət şəbəkə İran təxribatlarında yer almış şəxslərin müdafiəçisi qismində çıxış edirlər.
https://www.youtube.com/watch?v=3M8s7UCjWC0
Səfirliyə terror hücumundan sonra Avropada sığınacaq tapmış çoxsaylı azərbaycanlı mühacirlərin, QHT və KİV təmsilçilərinin əksəriyyətinin fəaliyyətlərində İran təssübkeşliyi aydın görsənir.
Bu günlərdə qərbdə sığınacaq tapmış çoxsaylı azərbaycanlı mühacirlər , QHT və KİV təmsilçilərinin əksəriyyəti, daxildə qərbyönümlü siyasi, qht və diğər simalarla birgə səfirlikdəki terroru məişət zəmnində cinayət kimi təqdim edən təbliğatla səfərbər olunublar.
https://www.youtube.com/watch?v=DIjWiL2vhlc
Bu son illər qərb institutlarında Azərbaycanla bağlı xoşməramlı olmayan proseslərin təşkilində “arqumentlər” kimi Azərbaycan mediasında gedən yazılara, məlumatlara istinad olunma təcrübəsi tətbiq edilir. Qərbin siyasi , qht və media institutlarında Azərbaycanla bağlı bütün təxribatçı mövzuların elə azərbaycanlıların özlərinə istinadən tirajlanması təcrübəsinin tətbiqindən elə ən çox İran yararlanır.
Artıq bir həftədir ki, Avropada sığınacaq tapmış bir sıra mühacir media ressurslar, QHT və KİV-lər dünyanın terror kimi tanıdığı və pislədiyi hadisəni terror deyil, məişət zəmnində qisasçılıq cinayəti olmasını kimi bir zəminlə təbliğat aparırlar.
Azərbaycan mediasında bir qrup jurnalistin isə hələ bir il öncə qəbul edilmiş Media haqqında Qanun və Media Reyesterinə indi etiraz etməsi səfirliyə hücumundan yaranan beynəlxalq diqqətdən yararlanmaq məqsədi güdür. Ancaq bu həm də təxminən “Azərbaycanı da pisləməyi unutmayın” çağırışı kimi səslənir.
Yeganə Hacıyeva,
Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Visiontv.az
Visiontv.az Axşam.az - a istinadən xəbər verir ki, Ramin Bayramlı hazırda fəaliyyətinə Azərbaycan Tibb Universitetinin (ATU) Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində davam edir. O, yanvarın 27-də ATU-nun professoru Arif Əfəndiyevin 80 illik yubileyi münasibətilə keçirilən konfransda iştirak edib.
Eyni zamanda tədbirdə yubilyara Ramin Bayramlı tərəfindən hədiyyə təqdim olunub.
Xatırladaq ki, R.Bayramlı 2021-ci ilin sentyabrın 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub. Bu, həmin tarixdən sonra R.Bayramlının mediada yayımlanan ilk fotolarıdır.
Lozanna müqaviləsindən sonra Türkiyənin qarşılaşdığı problemlərdən biri, İraq sərhədidir və Mosul problemidir. İngiltərə və Türkiyə arasındakı təhlükəyə sülh qoyan Mosul problemi çətin həll edilə bildi. Mosul Mudros müqaviləsi imzalanması zamanı Osmanlı dövlətinə bağlı idi. Əsrlər boyu Türk hökmranlığı altında qalmış olan Mosul vilayətinin Milli Paktında yer parçaları kimi qeyd edilmişdir. Müqavilənin imzalanmasından bir neçə gün sonra İngiltərə Mudros müqaviləsinin 7-ci maddəsinə əsasən, Mosulu işğal etdi. Milli Mübarizənin çətin vaxtlarında, Türkiyə Böyük Millət Məclisi bu bölgə ilə maraqlanmadı.
Türkiyə Lozanna konfransında Mosul və Kərkükün Böyük Britaniyadan geri alınmasını tələb etdi. Amma Böyük Britaniya bu bölgənin gələcəyini Millətlər Liqasının qərarına buraxmaq lazım olduğunu müdafiə etdi.
Britaniya ilə ilk görüş 1924-cü ildə İstanbulda Haliç konfransında Mosul problemini həll etmək üçün keçirilmişdir. Bu danışıqlarda heç bir nəticə əldə edilə bilmədi, çünki İngiltərə Hakkari və Mosul Vilayətini də tələb edirdi. Haliç konfransının uğursuzluğundan sonra İngiltərə, bəzi hadisələri onların istəklərini qəbul etməyə məcbur etmək üçün Türkiyə hökumətinə ultimatum verdi. Ultimatumda onlar iradəsi qəbul edilmədikləri təqdirdə hərbi təşəbbüslərə cəlb olunacağını açıqladılar. Türkiyə ultimatumda sərhədlərini və müstəqilliyini qorumaq üçün hər cür tədbir görəcəyini açıqladı. Bu son qərar qarşısında Britaniya hökuməti hər hansı bir hərəkətə cəsarət etmədi. Digər tərəfdən, Şeyx Said üsyanı səbəbiylə zəruri hərbi əməliyyatlar keçirilə bilməzdi.
1926-cı ildə Mosul problemi Millətlər Liqasına aparıldı. Məsələ burada həll edilə bilmədiyi üçün Ədliyyə Məhkəməsinə göndərildi. Burada da müsbət nəticə yoxdur. Nəhayət, bu mövzuda İngiltərəninn Ankara ilə apardığı danışıqlar razılaşma ilə sona çatdı. Nəticədə 5 iyun 1926-cı ildə Ankarada bir müqavilə imzalanıb. 7 iyun 1926-cı ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edildi və təsdiq edildi.
Bünyamin Bünyadzadə
Visiontv.az
FHN-dən Visiontv.az-a verilən məlumata görə, bu çərçivədə, Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Hacıyev Ruslan İlqar oğlu tərəfindən qanunsuz zəbt edilmiş ərazidə fəaliyyət göstərən obyektdə yanğın təhlükəsizliyi qaydaları pozulmaqla işlənmiş avtomobil yağlarının tədarükü və satışının həyata keçirilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları göstərilən ünvana cəlb edilib.
Obyektdə keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektdə yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib;
- elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb və mövcud odsöndürən balonların tərkibi yenilənməyib;
- obyekt ildırımötürücü ilə təmin olunmayıb;
- ərazi yanar tullantılardan (yağ tullantıları, taxta qırıntıları, quru alaq otları) təmizlənməyib və s.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən işlənmiş avtomobil yağlarının tədarükü və satışı həyata keçirilən obyektin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Həmçinin, zəbt edilmiş obyektin sahibinə qısa müddətdə ərazinin təmizlənməsi barədə göstəriş verilib və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.