Ölkə ictmaiyyətinin başı Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücuma və İran tərəfinin bu terror aktını ört-basdır etmə cəhdlərinə qarışdığı bir zamanda kimlərsə “media səs-küyü” yaratmaq niyyətini işə saldı.

Media haqqında qanun qüvvəyə mindikdən və Media Reyestrinin başladılmasından sonra davam etdirilən prosesdə bu günə qədər cəmiyyətdə jurnalist adına qarşı müəyyən alçaldıcı baxış formalaşdırmış “media mənsubları” yeni qanunun onların hüquqlarını qısıtladığı, söz azadlığını pozduğu və özlərinin susdurulmasına hesablanmış addım olduğu yönündə fikirlər səsləndirməyə başladılar. Qanunun hüquq normalarının sistemli toplusu olduğunu unudan bu şəxslər mövcud sistemdə “jurnalist”lərə yer olmadığını anladıqlarındandır ki, dillərini qılınc, əllərini qalxan edib hücuma keçdilər. Əlbəttə, bu hücumların nəticəsinin nə olacağı bəllidir. Lakin burada əsas diqqət yetirilməli məqam nəticə yox, səbəbdir. Səbəb sualı isə açıq olaraq qalır.

Jurnalist fəaliyyətinin sistemləşdirilməsini, media mənsublarının hüquqlarının qorunmasını özündə ehtiva edən, jurnalist kimliyinin hamisi funksiyasını yerinə yetirən qanun və reyestrə qarşı hücumları bu günə qədər mövcud sistemin bərbadlığı haqqında açıqlamalar vermiş ekspertlərin də dəstəkləməsi təəccüblüdür. Bu ekspertlərdən biri də Ələsgər Məmmədlidir.

Maraqlıdır ki, qeyd etdiyimiz kateqoriyadan olan “jurnalist”lərin çağırışlarına qoşulan və onları kəskin və qərarlı şəkildə müdafiə edən Ələsgər Məmmədli məsələ ətrafında gedən müzakirələr zamanı adının çəkilməsinə sərt reaksiya verir, ona qarşı bitərəfliyə yol verildiyini söyləyir, məhkəmə kartını işə salaraq açıq təhdidə baş vurur. Bütün bunlar baş verərkən nədənsə Ə.Məmmədli mövzu ətrafında yazılıb-çizilənlərin də məhz söz azadlığı kateqoriyasına girdiyini ya unudur, ya da gözardı edir. MEDİA-ya qarşı açıq şəkildə savaş elan edən media ekspertinin əsaslandırması da obyektiv deyil, məntiqə sığmır. Ə.Məmmədli qeyd edir: “2022-nin sentyabrından Media Reyestrinin caynaqları itilənib və media subyektlərinə, jurnalistlərə sancılmağa başlayıb. Agentliyin yaydığı rəsmi məlumatda 160 müraciətin yalnız 120-nə müsbət cavab verildiyi bildirilib. Yəni, “biz sadəcə mövcud medianı nizama salırıq – vahid reyestr yaradırıq” deyilməsinə baxmayaraq, hər dörd müraciətin biri rədd edilib”. Hörmətli ekspertin fikrindən belə anlaşılır ki, “mən jurnalistəm” deyərək müraciət edən hər kəs reyestrə daxil edilməlidir. Mütəxəssis yuxarıdakı fikirlərilə media orqanlarından birinə verdiyi açıqlamada səsləndirdiyi düşüncələrini də inkar etmiş olur. Bataqlığın dərin və vahiməli olduğunu bildirən Ə.Məmmədli onu qurutmaq üçün mücadilə etmək lazım olduğunu xüsusilə vurğulayıb. Bəs nə üçün media eksperti bu mübarizənin hüquqi yolla aparılmasına ciddi cəhdlə qarşı çıxır? Həm də bu qarşıçıxmada elə bir ikibaşlılıq var ki, “jurnalist”lərin müdafiəsi səviyyəsinə qalxıb.

Üçüncü məsələ Ələsgər Məmmədlinin media haqqında qanunun “göydəndüşmə” olması fikrini iəli sürməsidir. Nədənsə, ekspert burada da qərəzə yol verərək obyektivliyi pozur və keçirilən dinləmələri yox sayaraq işin “oldu-bitdi”yə gətirildiyini müdafiə edir.

Bununla belə, media anlayışının yeni və hüquqi məna qazandığı bir vaxtda hüquqazidd və qanunsuz fəaliyyətlərinin cəzalandırılacağından, artıq əvvəlki dövranlarının keçməsindən narahatlıq duyan anarxiyapərəstlərin çağırışlarına səs verən ekspert və mütəxəssislərin qeyri-ciddi, təhqirəvaran kinayəli yazılarının “yersiz toz qoparma” olduğunu alayacaqlarına ümid edirik.

Fikirlər, düşüncələr dəyişə bilər, lakin obyektivlik fikir-düşüncə yox, vicdan məhsuludur.

Ələsgər Məmmədli bu günə qədər obyektivliyini qoruyan ciddi ekspert hesab edilirdi. Ancaq ekspertdə son zamanlar çox ciddi dəyişiklik sezilir. Obyektivliyinə heç kimin şübhəsi olmayan Ələsgər Məmmədlinin müxtəlif zamanlarda tənqid etdiyi, “vahiməli” adlandırdığı radikal “jurnalist”lərin müdafiəsinə qalxması isə təəccüb və təəssüf doğurur.

“Qarabağda ermənilərin silahlanmasını Ermənistan tərəfi inkar etmir, sülhməramlılar isə görməzdən gəlir”.

Bunu Qarabağdakı separatçı rejimin revanşist bəyanatları, silah tədarükü və gözlənilən nəticələri dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, sülhməramlılar Qarabağdakı ermənilərin silahlanmasına şərait yaradır:

“10 noyabr bəyanatından sonra Qarabağdakı erməni silahlıları tərkisilah olmalı idilər. Paşinyan hətta dedi ki, Qarabağdakı silahların say tərkibi Ermənistandakından da çoxdur. Bu həqiqətdir. Məsələ ondadır ki, Qarabağa gələn silahlar Ermənistan ərazisindən keçir. Paşinyan səmimi olsa, öz ölkəsinin ərazisindən silahların keçməsinə icazə verməzdi. Paşinyanın əməli ilə dedikləri bir-birinə ziddir. Vardanyanın gəlişi gərginliyi daha da artırdı. Separatçı rejim radikal mövqe tutub. Sülhməramlılar da lazımınca missiyalarını yerinə yetirmir.

Qarabağdakı erməni separatçılarına silah daşınması davam edir. Bu barədə açıq mənbələrdə də qeyd olunur. Heç Ermənistan özü də bunun baş verdiyini inkar etmir. Azərbaycan buna hazır olmalıdır. Azərbaycan ordusu buna sərt şəkildə cavab verməyə qadirdir.

Separatçılar və Ermənistandakı hazırda müxalifətdə olan “Qarabağ klanı” hər zaman müharibə tərəfdarı olub. Onlar bir dəfə də olsun sülhdən danışmayıblar. Qarabağdakı sadə ermənilər gözəl bilirlər ki, Azərbaycan qanunlarını qəbul etsələr daha yaxşı və təhlükəsizlikdə yaşayarlar.

Vardanyan heç vaxt Azərbaycan vətəndaşı olmayıb, o Qarabağda doğulmayıb. Onun haqqında müvafiq orqanlar lazımı tədbirlər görəcəklər. Hesab edirəm ki, zamanın və şəraitin yetişməsi gözlənilir”.

Səxavət Məmməd

Siyəzən şəhəri, Gənclik qəsəbəsi, şəhid Nazim Əsədov adına 4 saylı məktəb qəzalı vəziyyətə düşüb.

Yenicag.az xəbər verir ki, valideynlər uşaqlarının yararsız vəziyyətdə olan məktəbdə oxumalarından ciddi narahatdırlar.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən bildirilib ki, 2023-cü ildə həmin məktəbin sanitar qovşaqlarının təmiri, qapı və pəncərələrinin dəyişdirilməsi, qəzalı hissələrində isə bərpa-gücləndirmə işlərinin aparılması planlaşdırılıb.

Qeyd edək ki, Nazim Hacı Əzizbala oğlu Əsədov 1974-cü il avqustun 11-də Siyəzən şəhərində anadan olub. O, 1991-ci ildə sözügedən məktəbi bitirib. N.Əsədov 1994-cü il yanvarın 5-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub./Oxu.az/

İlhamə Əbülfət

Bugünki Nazirlər Kabinetinin baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilməsi ilə bağlı qərarın əsas məqsədi daxili bazarda soğanın qiymətini sabitləşdirmək və bahalaşmasının qarşısını almaqdır.

Bunu Yenicag.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O qeyd edib ki, bu qərarla baş soğanın ixracına qadağa qoyulacaq: “Son həftələrdə dünyada soğanın qiyməti kəskin artıb. Rusiya-Ukrayna münaqişəsi, dünyada soğan tədarükündə önəmli yer tutan Pakistanda təbii fəlakətlər, hazırda Avropa bazarının soğana olan tələbatını ödəyən Niderlandda ciddi quraqlığın müşahidə edilməsi dünyada soğana olan tələbatı artırıb, qiymətini isə kəskin bahalaşdırıb. Soğanın qiymətinin artması Gürcüstanda, Rusiyada da müşahidə edilir. Dünyada soğana tələbat artıqca, daxili bazarda ixrac arta və ehtiyatların azalmasına səbəb ola bilər və yerli bazarda soğanın qiyməti daha da arta bilərdi. Hazırda daxili bazarda soğanın qiymətinin mövcud qiymətdən ucuzlaşacağı gözlənilmir. Mövcud qərar soğanın qiymətinin bahalaşmasının qarşısını alır”.

F. Fikrətzadə əlavə edib ki, Azərbaycana şalot soğanın idxalına tətbiq olunan gömrük rüsumu üzrə güzəşt müddəti və məbləği azaldılıb: “Qərara əsasən, şalot soğanın idxalına 2023-cü ilin sonuna qədər tətbiq edilən 0,6 ABŞ dolları məbləğində gömrük rüsumu, bu ilin mayın 1-nə qədər 0 % dərəcəsi ilə əvəz edilib. Yəni, idxal rüsumu ölkə daxilində ehtiyatları artırmağa mane olmayacaq. Bu, mayın 1-ə qədər tətbiq ediləcək. Çünki aprelin sonunda yerli istehsal olan faraş soğanı bazara daxil olur. Bu qərarla demək olar ki, daxili bazar daha da stimullaşacaq”.

Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun sözlərinə görə, 2023-cü ildə soğan istehsalında artım gözlənilir: “Fermerlərdən Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə əldə etdikləri məlumata görə, builki qiymətlər cəlbedici olduğuna görə fermerlər soğanın əkinini genişləndirəcək. Ümumiyyətlə, anbar ehtiyatları ilə bağlı sahibkarlar tərəfindən məlumatların təqdim edilməsi nəzərdə tutulur. Burda hər hansı bir məcburedici norma olmadığına görə, sahibkarlar məlumatları könüllülük əsasında verirlər. Soğan əkin sahələri ilə bağlı məlumatlar tam təmin edilməyib. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində anbarlarla bağlı məlumatlar qeyd ediləcək. Bunun üçün proqram təminatı hazırlanıb”.

O vurğulayıb ki, faraş soğanın istehsalı daxili bazarın tələbatından çoxdur: “Bu, ixrac yönümlü məhsuldur. Ölkədə müxtəlif dövrlərdə faraş soğanı 5 min hektara qədər sahədə əkilib. Ölkədə hər il demək olar ki, 270-280 min ton soğan istehsal edilir. İllərdən aslı olaraq 12 min ton faraş soğanı ixrac edilir, bəzən ehtiyac olanda 5-10 min ton soğan idxal edilir. Elə illər olub ki, heç soğan idxalına ehtiyac olmayıb”.

Qazaxıstanın Astana şəhərində yüngülrelsli tranzit yolunun inşası növbəti iki il ərzində tamamlanacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Astana şəhərinin meri Jenis Qasımbek deyib.

Şəhər merinin sözlərinə görə, hazırda qazma dirəklərin quraşdırılması üzrə işlər görülməkdədir.

Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.

Çeşmə səmtində səhər saatlarında müşahidə olunan və qorxu yaradan tornadolar xoşbəxtlikdən sahilə çatmayıb.

İzmirdə xüsusilə yarımada kimi tanınan Çeşmə, Urla və Karaburun rayonları ilə yanaşı sahil rayonlarında da tufanlı hava üstünlük təşkil edib. Yağışdan əlavə, Çeşmə-Ovacık sahillərində dənizdə tornado müşahidə edilib.

Baş verən bu qorxulu hadisə kameralara əks olunub.

Egey dənizində nadir rast gəlinən bu görüntü vətəndaşlarda panika yaradıb./Oxu.az/

“Eyni zamanda, nəzərə almalıyıq ki, bu qanunla bağlı beynəlxalq təşkilatların da rəyləri hələ daxil olmayıb”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanunun dəyişdirilməsi ehtimalını dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, siyasi partiyalar haqqında qanuna ciddi dəyişikliklərin edilməsi zəruridir:

“Mənə belə gəlir ki, bu barədə qəti fikir bildirməzdən əvvəl bizim partiyaya münasibətdə məntiqi sonluğu gözləmək daha doğru olar. Amma fikrimcə, məsələyə ümumi şəkildə yanaşsaq, götürülən bu kurs ciddi korrektə edilməlidir.

İstər demokratik inkişaf, istər milli təhlükəsizlik, istərsə də ölkənin beynəlxalq imici baxımından çoxpartiyalı sistem və siyasi plüralizmə zidd olan bu qanun dəyişməlidir.

Qanunvericilik təşəbbüsü olan orqanlar istənilən vaxt istənilən qanunu dəyişə bilir. Hesab edirəm ki, siyasi partiyalar haqqında qanuna ciddi dəyişikliklərin edilməsi zəruridir.

Eyni zamanda, nəzərə almalıyıq ki, bu qanunla bağlı beynəlxalq təşkilatların da rəyləri hələ daxil olmayıb. O baxımdan, düşünürəm ki, bu qanuna ən yaxın dövrdə dəyişikliklərin edilməsi gündəmə gələcək”.

A.Zeynalov

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasının XX turunun “Sumqayıt” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).

Azərbaycan Premyer Liqasının XX turunun “Səbail” – “Kəpəz” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).

Azərbaycan Premyer Liqasının XX turunun “Səbail” – “Kəpəz” oyununda “Səbail” klubu xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub 800 manat cərimə olunur (maddə 64.1).

Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” – “Sabah” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).

Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” – “Sabah” oyununda “Qəbələ” klubunun oyunçusu Ruan Renato ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunur (maddə 47.1).

Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” – “Sabah” oyununda “Sabah” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).

Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” – “Zirə” oyununda “Zirə” klubunun oyunçusu Donald Geryenin ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunur (maddə 47.1).

“Bacımın səhhətində ciddi problemlər var. Amma çox şükür ki, kritik durumu adladıb”.

Bunu bacısı Zeynəb Dostəliyevanın səhhəti barədə danışarkən Xalq artisti Nazpəri Dostəliyeva Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən bacısının hazırda reanimasiyada olduğunu bildirib.

“Şükür Allah dualarımı eşitdi, inanıram ki, bacım bu vəziyyətdən çıxacaq. Mənə də söz verib. Ciyərində problem var. Həkimlər müalicəni davam etdirir. İnfeksiya tam olaraq bədənindən sovrulsun, sonra qaraciyər köçürülüb-köçürülməməsi ilə bağlı tam qərar bəlli olacaq”.

Cəvahir

Fevralın 3-də xarici işlər naziri Ceyhun Bayramov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində görüşdə iştirak məqsədilə ölkəmizə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Azərbaycan XİN-dən Yenicag.az-a bildirilib ki, görüşdə Azərbaycan və Macarıstan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistanda Nizami Gəncəvinın adını daşıyan kənd var.

Yenicag.az xəbər verir ki, bu barədə Baku TV-nin “Salam Baku” verilişində məlumat verilib.

Bildirilib ki, sərhəd bölgələrindən reportajlar hazırlayan “Sputnik Ermənistan”ın əməkdaşı həmin kənddə olublar.

Reportajda qeyd edilir ki, sərhəddə yerləşən Nizami kəndində ən böyük problem su çatışmazlığıdır.

“Əgər Qərb görsə ki, Rusiyanın qələbəsi labüddür, bəlkə Ukraynanın qalib gəlməsi qərarını qəbul edər. Ancaq onlar Rusiyanın da qalib gəlmək imkanlarının olmadığını görürlər”.

Bu fikri Rusiya-Ukrayna müharibəsində əməliyyatların dalana dirənməsi, ölkənin məhv olmuş potensialı və müharibənin taleyini həll edəcək güclərin oyununu şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Zərdüşt Əlizadə bildirib ki, müharibənin taleyi Qərbin verəcəyi qərardan asılıdır:

“Nə Rusiyanın, nə də Ukraynanın kifayət qədər gücü var ki, genişmiqyaslı hücuma keçsin, cəbhədəki vəziyyəti dəyişsin. Dirəniblər, döyüşürlər, hər iki tərəf böyük itkilər verir, ancaq nəticə yoxdur. Sülh imkanı da yoxdur. Putin dirənib ki, tutduğum torpaqları Ukrayna qəbul etməlidir, işğal tanınmalıdır. Beynəlxalq hüquqda isə belə bir şey yoxdur. İşğal olmuş ərazinin ilhaqı qəti sürətdə qadağandır. Əgər bu, qadağan olmasa idi, işğalçı Ermənistan işğal etdiyi Qarabağı tərkibinə qatardı. Bu mümkün deyil.

Rusiya-Ukrayna müharibənin müqəddaratı Qərb dövlətlərinin qərarından asılıdır. Əgər onlar qərar versə ki, Rusiya məğlub olmalıdır, Ukrayna qalib gəlməlidir, onda bu qərarı həyata keçirmək üçün bütün imkanları var. Həm silah, həm pul verə, Rusiyaya təzyiqi artıra bilərlər. Bu qərar yoxdur. Hələlik qərar başqa cürdür. Rusiya qalib gəlməməli, Ukrayna məğlub olmamalıdır, Ukrayna da qalib gəlməməlidir. Ukraynanın qalib gəlməməsi qərarı ABŞ-nin, Avropanındır.

Rusiya hakimiyyəti 30 il ölkəni qarət edib. Hərbi sənayeni, elmi-texnologiyanı məhv edib, sonra da müharibəyə giriblər. O boyda nəhəng ölkənin müasir, hətta müasir olmayan silah istehsal etmək üçün resursu yoxdur. Rusiya sənayesi, elmi yoxdur, dağıdılıb. Bunu əsasən də Putin rejimi dağıtdı. Putin gələndən sonra sovet aviyasiya sənayesini tamamilə məhv elədi. Rusiya təyyarə buraxa bilmir, elektronikası yoxdur. Lüt-üryan düşüb ortaya ki, varam, Stalindən atom bombası qalıb, vurub dağıdaram.

Ukrayna da eyni şeyi etdi. Ukraynanın nəhəng hərbi sənayesi vardı. Böyük elmi və sənaye potensialı vardı. Ukrayna hakim sinfi o ölkəni qarət etməklə məşğul idi. Bütün prezidentlərin vaxtında bu baş verib. Zelenski çalışır ki, nəyisə saxlasın, o da bacarmır. Çünki dövlət, dövlət aparatı qarətə köklənib.

Rusiya-Ukrayna müharibəsi pat vəziyyətindədir. Dirəniblər, qərar da vermək mümkün deyil. Hər şey Qərbdən asılıdır”.

Səxavət Məmməd

Yardımsevər, könlü, əli açıq olmaq ilahi lütfdür, deyirlər.

Belə insanlar üçün ən böyük missiya, ən böyük amal insanlığa xidmətdir. Gördükləri hər iş, tutduqları hər əməl bu görəvə, bu ada sədaqət, bu amac üçün mübarizədir.

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki, “Şöhrət” ordenli professor İlham Rəhimov kimi…

Əslində onu hər kəs tanıyır. Təkcə doğma məmləkətində deyil, dünyanın bir çox ölkəsində tanınır, adı sayğı, hörmətlə anılır.
Uğurlu insan, bacarıqlı iş adamı, nüfuzlu ziyalı, peşəkar hüquqşünas, Azərbaycanın ictimai həyatında böyük xidmətləri olan vətənpərvər kimi sonsuz sevgi qazanıb.

Amma o, həm də görünməyən, özünün göstərmək istəmədiyi xeyirxahlığı, yardımsevərliyi ilə də məşhurdur.

Vətən Müharibəsi zamanı ön cəbhəyə yardımı, elinə-yurduna bağlı insan kimi fəaliyyəti, şəhid Elşad Məmmədovun övladlarını himayəsinə götürməsi onun vətənpərvərliyi və xeyirxahlığının göstəricisi idi.

Bunlar mətbuatın, bizlərin ara-sıra yazdıqlarımızdan bəlli olanlarıdır. Bəlli olmayan, yazılmasını özünün istəmədiyi o qədər çox məqamlar var ki…

Sonuncunu isə yazmaya bilməzdik…

Çünki İlham müəllim növbəti dəfə yaşamaq üçün inadla mübarizə aparan daha bir körpənin nicatı oldu. Bu dəfə dara düşən həmkarımızdan birinin – jurnalist Türkan Məmmədlinin vaxtından tez doğulan körpəsi, balaca Bünyamin idi.
Həkimlər körpənin erkən doğulması səbəbindən çoxsaylı tibbi müdaxilələr, ard-arda gələn sağlıq sorumlarını sadaladılar.
Ən əsası isə təcili və gözlənilməz iki əməliyyat qaçılmaz idi. Kiçik vücudu ilə həyata, yaşamağa israrla tutunan, qətiyyətli, inadcıl balacanın böyük dəstəyə, himayəyə ehtiyacı vardı.

Himayədar olmaq missiyasını növbəti dəfə İlham müəllim üzərinə götürdü.

Müalicə xərclərini qaşılamaqda çarəsiz olan ailənin xəbəri olmadan həkim heyətini Bünyamin üçün səfərbər elədi.
Şükürlər olsun ki, bütün cəhdlər, çabalar mükəmməl sonuclandı. Bir neçə saat çəkən əməliyyatlar uğurla bitdi. Hazırda Bünyamin də, ailəsi də məhz bu himayənin sonucu olaraq sabaha daha ümidli və məmnundur.

Biz isə neçə -neçə həmkarımızın övladlarının səhhəti, sağlığı, təhsili, inkişafı, onların Azərbaycan adına uğurlu işlər görməsi, layiqli vətəndaş kimi ölkəmizi hər yerdə yüksək səviyyədə təmsil etməsi, intellektli, modern dünya gənci kimi yetişməsində təmənnasız yardım edən İlham müəllimə böyük minnətdarlıq duyaraq xeyirxah əməllərin gözəl örnəyi kimi paylaşmağı özümüzə borc bilirik.

Əminik ki, İlham müəllimin simasında göstərdiyimiz Azərbaycanın ən gözəl gələnəyi olan yardımsevərlik, xeyirxahlıq ənənəsi uğurlu örnək, böyük nümunə olacaq.

Bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb.

Yenicag.az xəbər veri ki, saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və “Romgaz S.A.” arasında imzalanan sənədlərin davamı hesab olunur.

İki ölkə arasında enerji sahəsində əlaqələrin hüquqi bazasının formalaşmasını təmin edən sənədlər Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirməklə yanaşı, ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə və “yaşıl enerji” strategiyasına mühüm töhfə verəcək./Apa/

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

1-ci dərəcəli “Rəşadət” ordeni ilə

Tağıyev Vasif Natiq oğlu

“Vətən uğrunda” medalı ilə

Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)

İmanov Mahir Kamil oğlu.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

“İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar hər an qəbul oluna bilər”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

Onun sözlərinə görə, bu, Tehranın gələcək davranışlarından asılı olacaq: “Mən Prezidentə artıq bu barədə təklif vermişəm. Məsələ açıq olaraq qalır. Qərar hər an qəbul oluna bilər”.

D.Kuleba həmçinin İranın “qırmızı xətlər”i keçdiyini vurğulayıb: “Biz tarixən İrana heç bir pislik etməmişik. Amma bu dövlət Rusiyaya pilotsuz uçuş aparatları verir”.

Nazir bildirib ki, İrandakı hücumlar bu dövlətə siqnal olmalıdır: “Ukraynaya qarşı Rusiya ilə əməkdaşlıq İrana nə qədər faydalı görünsə də, bu əməkdaşlığın mənfi nəticələri daha çoxdur”.

Qeyd edək ki, yanvarın 29-da İranın İsfahan şəhərinə dron hücumları həyata keçirilib./Report/

Tanınmış aktyor Fərda Xudaverdiyevin “Qadın geyimində atılıb düşməyə ehtiyac yoxdur” sözləri teatr cameəsində birmənalı qarşılanmayıb. Aktyoru bu sözlərinə görə qınayanlar da olub, haqq qazandıranlar da…

Yenicag.az-a a açıqlama verən Əməkdar artist, tanınmış aktyor və rejissor Sərvər Əliyev bu fikrə qarşı çıxıb.

O, situasiya tələb etdiyi təqdirdə aktyorun qadın paltarı geyinməsinə pis baxmadığını deyərək, Fərdanın fiikrləri ilə razılaşmadığını bildirib:

“Əgər əsərdə dramatik vəziyyət tələb edirsə, aktyorun səhnədə qadın paltarı geyinməsi normaldır.

Bir misal çəkim. Marat Haqverdiyevin məndə bir pyesi var. İncəsənət Universitetində oxuyan iki tələbə iki qızı sevir. Qızları sınamaq üçün həmin oğlanlar qadın paltarları geyinib rəfiqə kimi onlara yaxınlaşırlar. Deyirlər, bizim qrupumuzda yaxşı oğlanlar var, bəlkə sizi tanış edək, qızlar imtina edir.

Bu situasiyadan yaranan bir vəziyyətdir. Və bu vəziyyət həmin oğlanların, yəni aktyorların qadın paltarı geyinməsini tələb edir. Buna heç pis də baxmıram. Mənə elə gəlir ki, bu atmaca Rafaellə Coşğuna ünvanlanıb. Onu deyim ki, “Bu şəhərdə” iki aktyorun teatrıdır. İki aktyor bütün obrazları oynayır və onlardan biri mütləq qadın paltarı geyinməlidir. Çünki teatrın janrı budur. Bunu faciəyə çevirmək lazım deyil”.

Cəvahir

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşları saxlanılıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşlar – Sübhan Qəhrəmanov və Elgün Quliyev saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan 6 qrama yaxın marixuana aşkar edilib. İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs – Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və evindən isə 7 qrama yaxın marixuana aşkar edilib. Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını bildirib. Adı çəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən 5 kiloqramdan artıq marixuana akar edilib. Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib.

Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.

Qeyd edək ki, 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 5, həmçinin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən 1 nəfər saxlanılıb. Onlardan müxtəlif xassəli narkotik vasitələr və 1 ədəd “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.