• Şikayət et

Türkiyədə legioner limiti ilə bağlı yekun qərar

Türkiyə Super Liqasında böyük müzakirəyə səbəb olan legioner limiti ilə bağlı məsələyə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, "A Spor"un canlı yayımında çıxış edən Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir yekun qərarı açıqlayıb.

TFF rəhbəri legioner limiti ilə qaydada bağlı heç bir dəyişiklik olmayacağını bildirib: "Super Liqada 2021-2022-ci illər mövsümü 8+6 qaydası ilə keçiriləcək. Klublar 14 legioner ilə müqaviləyə imzalaya bilər. Start heyətdə maksimum 8 əcnəbi futbolçu yer ala bilər".

Özdemir onu da qeyd edib ki, legioner limitini zamanla azaltmağı planlaşdırırlar: "Legioner limiti Super Liqada 2022-2022-ci illə mövsümündə 8+6, 2022-2023-cü illərdə 7+5, 2023-2024-cü illərdə 6+4 olacaq. TFF I Liqasında isə, 2022-2022-ci illə mövsümündə 5+3, 2022-2023-cü illərdə 4+1, 2023-2024-cü illərdə 4+1 olacaq".

 

Röya

Mənbə:
0
2151
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar