2021-ci ildə rekord gəlir əldə edəcəyini gözləyir

"Gazprom" şirkətinin baş direktor müavini Famil Sadıqovun direktorlar şurasının iclasında verdiyi məlumata görə, "Gazprom" 2021-ci ilin sonuna qədər əlverişli qiymət mühiti şəraitində rekord gəlir əldə edəcəyini gözləyir.

Marja xəbər verir ki, onun sözlərinə görə, ilkin planla müqayisədə qaz satışından əldə olunan gəlirlərin həcmi təxminən 30% artıb.

Xeber_metn_ichindeki_reklam_3_11

Sadıqov, "Bu, Qazpromun 2021-ci ilin sonuna qədər gəlir baxımından tarixən rekord səviyyəyə çatmasına imkan verəcək" deyib.

O, həmçinin "Qazprom"un əlavə gəlirləri hansı məqsədlə bölüşdürəcəyini açıqlayıb:

"2021-ci ildə əldə edilən əlavə gəlir üç sahəyə bölünür: dividendlərin və investisiya proqramının artırılması və borcun azaldılması".  

"Gazprom" qrupunun ümumi borcu 2021 -ci ilin sonunda ilkin proqnozla müqayisədə 3 milyard dollar azalaraq 71,6 milyard dollar təşkil edəcək.

Famil Sadıqov Gazprom
Mənbə:
0
41
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar