Almaniya Merkellə 6 dəqiqəlik alqışlarla vidalaşdı

Almanlar onu onlara rəhbərlik etmək üçün seçmişdi. O da tam 18 il 80 milyonluq alman xalqını öz ağlı, dərrakəsi, uzaqgörənliyi ilə idarə etdi.

Bu müddət ərzində xalqı ona qarşı etiraz əlaməti olaraq heç bir qanunazidd hərəkətə yol vermədi. O öz qohumlarından heç kimi vəzifəyə təyin etməmişdi. O heç vaxt xoşu gəlməyən və onun göstərişləri ilə razllaşmayan adamları cəzalandırmadı. Heç vaxt cəfəngiyyat danışmadı ya da Berlinin küçələrində şəkil çəkdirmədi.

Ona sanki Dünya Lediləri xeyir dua vermişdilər və onu 6 milyon kişiyə bərabər ekvivalent kimi qəbul etmişdilər.

Miq.Az xəbər verir ki, dünən Angela Merkel rəhbərliyi bundan sonra Almaniyanı almanları daha yaxşı vəziyyətə gətirə biləcək şəxsə təhvil verdi.

Almanların buna münasibəti ilə görünməmiş bir tərzdə oldu ki, bu ad alman xalqının tarixində ilk dəfə olmuşdu. Bütün xalq eyvanlara çıxaraq 6 dəqiqə dayanmadan Merkeli atəşli alqışlarla yola saldılar. Bu sadə xalqın öz liderinə dahi şairlərin; artistlərin, alpinistlərun və digər sənət adamlarının çıxışı olmadan göstərdikləri sevgi idi...

Almaniya öz lideri ilə 18 ildən sonra həmrəyliklə vidalaşdı. Bu müddət ərzində o xalqından və vəzifəsindən heç nə əldə etməmişdi. Vəzifədən çıxanda onun nə avtomobili, nə daşınmaz əmlakları, nə şəxsi təyyarəsi, yaxtası yox idi. O hətta öz köhnə paltarlarını belə dəyişməmişdi.

Mətbuat konfranslarının birində jurnalist Merkelə sual verib ki, niyə görə siz paltarınızı dəyişmirsiz? O isə cavab verərək bildirib ki, mən dövlət qulluqçusuyam model deyiləm.

Başqa bir mətbuat konfransında isə jurnalistin ona sizin evinizdə qulluqçunuz varmı sualına o cavab olaraq: xeyr mənim onlara ehtiyacım yoxdu çünki biz həyat yoldaşımla öz işimizin öhdəsindən gəlirik deyə cavab vermişdi.

Bir dəfə isə jurnalistlərdən biri ona sual verir ki, evdə paltarları kim yuyur, siz yoxsa əriniz? Merkel isə cavab verir, mən paltarları paltaryuyana yığıram yoldaşım isə onu idarə edir. Və bundan sonra təəssüflə deyir, mən elə bildim ki, siz məndən dövlətimizdə uğursuzluqlarımızdan, problemlərimizdən sual verəcəksiz.

Xanım Merkela adi evdə yaşayır hansı ki, o vəzifəyə gəlməmişdən də o evdə yaşayırdı. Bu müddət ərzində evini dəyişmədi, villalar almadı, evində xidmətçilər işlətmədi, nə geniş həyəti nə də basseynli villası olmadı.

Bu Angela Merkel idi, Almaniyanın Kansleri...

Sevinc Muradxanlı

Mənbə:
0
1567
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar