Azərbaycan Rusiyanı beynəlxalq tribunala verməlidir

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hüquqi və siyasi əsaslar Azərbaycanın maraqlarına uyğundur.

Bu hüquqi və siyasi əsaslar ilk növbədə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT TŞ-nın 822, 823, 874 və 884 saylı qətnamələri, 2008-ci ilin mart ayının 14-də BMT-nin Baş Assambleyasında 39 dövlətin dəstəyilə qəbul olunmuş A/RES/62/243 saylı "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamə, Moskva bəyannaməsi, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının müvafiq sənədlərində əks olunan beynəlxalq hüququn norma və prinsipləridir. Ələlxüsus da BMT Baş Assambleyasında qəbul olunmuş sonuncu qətnamədə Ermənistan hərbi birləşmələrinin işğal etdikləri əraziləri dərhal tərk etməsi tələbi, bilavasitə, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğalçı kimi tanınması istiqamətində ölkəmizə hüquqi şans yaradan faktorlardır. Bu işə məsul olan ATƏT Minsk Qrupunun fəaliyyəti də 24 il müddətində heç bir nəticə vermədi. Təəssüfedici məqamlardan biri də budur ki, bu missiyada vasitəçilik edən Rusiya işğalçını açıq-aydın silahlandırmaqdan belə çəkinmir! Hüquqi müstəvidə proseslər dalana dirənibmi? Hər halda beynəlxalq hüququn yuxarıda adı sadalanan norma və prinsipləri Azərbaycanın Rusiyanı Beynəlxalq Haaqa Məhkəməsinə müraciət etməsinə əsaslar yaradır. Beynəlxalq birlik tərəfindən tanınmayan qondarma "respublika"nın ağılagəlməz silahlarla təmin olunması buna imkan vermirmi? Müharibə olanacan, son şansı da qaçırmaq olmaz... Bu gün RF müdafiə naziri Sergey Şoyquya açıq mesajlar verilməlidir. Azərbaycan açıq-aşkar Rusiyanı Beynəlxalq Tribunala verməsilə bağlı onu məlumatlandırmalı və bunu bütün dünyaya bəyan etməlidir!

Şahin Bağırov

AMEA-nın aparıcı elmi işçisi, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Miq.Az

Mənbə:
0
1333
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar