Bakıda tatar filmlərinin nümayişi olacaq

Oktyabrın 22-24-də Bakıdakı Rus Evi ilə "Tatarkino"nun birgə Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının filmlərinin nümayişi olacaq. "Azerforum" xəbər verir ki, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı Tatarıstanın paytaxtı Kazan şəhərində 2005-ci ildən keçirilir. Birinci festival Rusiya Müftilər Şurasının, Rusiya Federasiyasının Mədəniyyət və kinematoqrafiya üzrə Federal Agentliyinin, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə təşkil edilmişdir.

Festivalın proqramına müəllifin dinindən asılı olmayaraq, xeyirxahlıq, sülh və ədalətə çağıran yerli və dünya kinematoqrafının ən yaxşı filmləri seçilir.

Filmlərdən əvvəl "Tatarkino"un yaradıcı qrupu ilə görüş keçiriləcək.

Film nümayişi cədvəli: "Molla" - 22 oktyabr, 19: 00, Kino Evi;

"Apipa" - 23 oktyabr, 19:00, YARAT Müasir İncəsənət Mərkəzi; "Halima" - 24 oktyabr, 12:00, Bakıda Rus evi.

Giriş sərbəstdir. Yalnız COVİD-19 pasportu tələb olunur.

0
530
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar