“BMU Startap proqramı”na start verilir  

Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkı və “Yeni Fikir” MMC-nin əməkdaşlığı və təşkilatçılığı ilə “BMU Startap proqramı”na start verilir.

 

AzEdu.az xəbər verir ki, 22 oktyabr 2021-ci il tarixindən başlayacaq proqramın məqsədi BMU-nun tələbələrinə sahibkarlıq, biznes və biznes planlaşdırma, ideyadan startapa, layihə hazırlığı və idarəetmə, maliyyə sənədləşdirməsi, peşəkar kommunikasiya və ictimaiyyətlə əlaqələr, maliyyə (fond) və investor axtarışı kimi mövzuların tədrisi ilə universitetin nəzdində yeni startap layihələrin hazırlanması və inkişafına dəstək olmaqdır. 

 

Müddəti 20 saat (12 saat təlim + 8 saat mentorluq) olan proqramda təlimçi qismində universitetin Sənaye mühəndisliyi kafedrasının dosenti İsa Qasımov və BMU Texnoparkının baş mütəxəssisi Arif Nəcimov çıxış edəcək.

 

Proqramın ilk iştirakçıları “ENACTUS BEU” komandasının 20 nəfər üzvü olacaq, bundan sonra proqrama BMU-nun digər tələbələri də cəlb olunacaq.

 

Proqram BMU Texnoparkının 213-cü otağında, hər cümə günü saat 16:40-18:40 aralığında keçiriləcək.

Mənbə:
0
134
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar