"Cəbhə bölgəsində icra başçıları general olmalıdır" - Təklif

Ermənistanda yerli ərazi idarəetmə orqanların nəzdində mülki əhalidən könüllü hərbi dəstələr("ополчение”-milis) yaradılır.

"Müdafiə haqqında” qanuna müvafiq düzəlişlər ediləcək”. Bu barədə Ermənistan MN-nin sözçüsü Şuşan Stepanyan öz fb-səhifəsində bildirib.

"Qanun lahiyəsi müdafiəni ümumxalq işi etmək və könüllülük əsasında yaradılmış və təşkil edilmiş mülki müdafiə dəstələr sistemi ilə düşmənin istənilən cəhdlərinə layiqli cavab vermək zərurətindən doğub”.

Qeyd olunur ki, milis Ermənistana hərbi hücum zamanı müdafiədə vətəndaşların könüllü iştirakı sistemidir.

Vəzifələrindən biri kimi, Ermənistanı(ərazini, əhalini, infrastrukturu) düşmənin diversiya-kəşfiyat hərəkətlərindən qorumaq və yerli özünü idarəetmə orqanların fəaliyətinə yardım etməkdir.

Könüllü dəstələr, sərhədlərin müdafiəsində yaxud düşmənlə təmas xəttinin xüsusi təhlükəli sahələrində, diversiya, kəşfiyat qrupları ilə mübarizədə, xüsusi təyinatlı və xüsusi önəmli obyektlərin, qoşunların ya əhalinin hərəkət etdiyini yolların qorunmasında, mülki müdafiənin təşkilində istifadə olunacaq.

Milis, inzibati bölgüyə uyğun, ərazi əsasında fəaliyət göstərəcək və briqada və batalyonlara bölünmüş hərbi birləşmələrdən ibarət olacaq.

Batalyonların ümumi rəhbərliyini Ermənistan Baş Qərargah rəisi həyata keçirəcək. Dinc və müharibə zamanı milis birləşməsinin rəhbəri(komandiri) yerli özünüidarəetmə orqanın rəhbəridir, İrəvanda isə şəhər merin müavinidir. Briqadanın komandiri isə inzibati rayonun başçısının müavinidir.

Briqadaların və batalyonların komplektləşdirilməsi "voyenkomatlar” tərəfindən hərbi uçotda olan vətəndaşlardan(rezervdən) yığılır.

Vətəndaşın milisə cəlb olunması mülki müqavilə əsasında baş verir.

Milis nəfərinin adına silah olur, onlara forma verilir, vəzifəyə təyin olunurlar, müvafiq hazırlıq keçirlər.

Bünun üstündən, "ermənilərdə adam çatmır deyə, könüllü milis təşkil edirlər. Bizdə bu problem yoxdur”, deyib keçmək olar. Ancaq müharibəni görənlər, bilənlər anlayır ki, yerli əhalidən könüllü müdafiə dəstələrinin hazırlanması istənilən müharibədə zəruridir.

Bizdə, cəbhəyanı rayonlarda belə dəstələrin veteranlardan yaradılmasını, rayon icra başçılarının ya müavinlərdən birinin istefada olan təcrübəli, döyüş yolu həmin rayondan keçmiş, yeri, insanları tanıyan generallarımızdan, ehtiyatda olan zabitlərdən təyin olunmasını hələ 2016 aprel döyüşlərindən dərhal sonra Tərlan Eyvazov, Azay Kərimov, Roqday Qarayev və başqa veteranlarımız təklif edirdilər. Zatən, veteranlar cəbhəyə bacardıqları köməyi edirlər, edəcəklər, ancaq bunun dövlət tərəfindən sistemli təşkil olunub, fəaliyyət göstərməsi müdafiə məqsədlərinə daha çox cavab verir və pərakəndə köməklə müqayisəyə gəlmir.

Nazim Bayramov,

ehtiyatda olan zabit,

Qarabağ qazisi

Mənbə:
0
1491
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar