Bakıda qanunsuz fəaliyyət göstərən çiy dönər emalı müəssisəsi aşkarlanıb
CƏMİYYƏT
21:07
29.08.2024
Baxılıb: 2023
Bakıda qanunsuz fəaliyyət göstərən çiy dönər emalı müəssisəsi aşkarlanıb

Paytaxtın Binəqədi rayonunun Goradil bağları ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əfşan Fazil oğlu Məmmədova məxsus çiy dönər emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal prosesinin və ləvazimatların yuyulmasının eyni sahədə həyata keçirildiyi, xammalların saxlanması üçün sahələrin ayrılmadığı, müəssisənin giriş qapısının birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı aşkar edilib. Bununla yanaşı, istifadə olunan avadanlıqların tamlığının pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təşkil edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə çiy dönər istehsalı və qida məhsullarının emalı üzrə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yaponiya peyklərinin sayını iki dəfədən çox artırmağı planlaşdırır
21:36
İsrail Livanda HƏMAS-ın iki silahlı liderini öldürüb
21:34
Brüssel Aİ xaricində deportasiya edilmiş miqrantlar üçün düşərgələr yaradacaq
21:15
Ayxan Hacızadə: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır
21:14
Tramp İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsinin lehinə danışıb
21:06
BTQ Beynəlxalq Frankofoniya Təşkilatını Fransanın törətdiyi cinayətlərə diqqət yetirməyə çağırıb
20:36
BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib
20:35
Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir
20:32
“Azərişıq” rəsmisi: Zəngilanda bütün elektrik xətləri yeraltı çəkiləcək
20:29
Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb
20:12
MM-dən XİN-ə müraciət: ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır
20:07
MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib
20:06
Zəngilanda yeni yaşayış kompleksinin layihəsi
20:01
Azərbaycanla Özbəkistan arasında birgə komanda-qərargah təlimi başa çatıb
19:59
İsrail ordusu “Hizbullah”ın silah anbarlarını məhv edib
19:56
Cəbrayılda təməli yeni qoyulan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək
19:39
Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
19:13
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması
18:48
İran və Suriya XİN başçıları regional məsələləri müzakirə ediblər - YENİLƏNİB
13:37
FTB və Daxili Təhlükəsizlik Departamenti oktyabrın 7-də mümkün zorakılıq halları barədə xəbərdarlıq edib
13:07