Ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birlikdə vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirilib.
DVX-dən AZƏRTAC-a bildirilib ki, test imtahanında, ümumilikdə, 2392 nəfər iştirak edib, onlardan 616 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtlərini ödəyərək, ikinci mərhələyə - müsahibəyə buraxılıb.
Müsabiqənin digər ixtisas sahələri üzrə ikinci mərhələsində iştirak edən daha bir qrup namizədlə bağlı yekun nəticələr açıqlanıb. Bu mərhələdə iştirak etmiş 95 namizəddən 67-si müsabiqəni uğurla başa vurub.
Uğur qazanan namizədlər DVX-nin kadr ehtiyatı bazasına daxil edilərək vakant vəzifələrə təyin olunacaqlar. Müsabiqənin nəticələri barədə ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
//www.taxes.gov.az/az/post/3495
Qeyd edək ki, müsahibələr mərhələli şəkildə keçirilir və başa çatdıqdan sonra nəticələri elan olunur.