Folklor şöbəsinin müdiri: "Haxışta mərasimi Şumer gil lövhələrində həkk olunub"
CƏMİYYƏT
20:10
22.09.2024
Baxılıb: 853
Folklor şöbəsinin müdiri:

 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Qərbi Azərbaycanda fərqli qız bəyənmə mərasimi" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Naxçıvan bölməsinin Folklor şöbəsinin müdiri, Qərbi Azərbaycan İcması Ordubad rayonu üzrə nümayəndəsi Aytən Cəfərova adət-ənənələrdən və bayram mərasimlərindən danışıb.

O bildirib ki, Qərbi Azərbaycan sakinləri məskunlaşdıqları ərazilərdə tarixən öz adətlərini yaşadırlar: "Bu məkanda fərqli qız bəyənmə, həmçinin ananın öz övladını qucağına almaq mərasimləri olub. Əsilli yerdən alınan qıza hörmət daha çox idi. Oğlan toyunda qırmızı və yaşıl rəngdə kəlağayı xələt verilirdi. Yallı, halaylar bu məqsədlə ifa olunurdu. Qadınlar hamam mərasimi qurub, "Nargilə" oxuyurdular".

Onun sözlərinə görə, Haxıştaların əsas məqsədi oğlan evi ilə qız evinin deyişməsi idi: "Haxışta mərasimi Şumer gil lövhələrində həkk olunub. Toy günü bəy damdan gəlinin başına alma ilə vururdu. Gəlin vurulan almanın zərbəsinə dözməli idi. Toyda şax bəzəmə qədim Türk inancındakı "Həyat ağacı" simvolu ilə bağlıdır".

A. Cəfərova qədim Türk inancında günlərin öz rəmzi mənası olduğunu, axşamı ölənlərin ruhunun azad olub evlərinə gəldiyini də diqqətə çatdırıb.

Dosent sonda Naxçıvanda yaşayan Qərbi Azərbaycan sakinlərinin obalarına qayıtmaq istəklərini bildirib, qıza elçi həftənin hansı günündə getməyin, suya girməyin xeyirli olduğunu açıqlayıb. Buğakar pirində 40 gün yaşamağın mənasına, eləcə də əsilli yerdən qız almaq adətinə aydınlıq gətirib.

Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği, kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Digər xəbərlər
SON XƏBƏRLƏR
Fələstinlinin ölüm anı - video
22:54
Ermənistan Ordusu155 mm lik ATAGS haubitsalarının sınaqlarını başa çatdırıb
22:47
Azərbaycanın xüsusi xidmət orqanları amerikalıların rusiyalı diplomata qarşı təxribatının qarşısını alıblar
22:15
Liviya neft hasilatı və ixracını bərpa edir
21:23
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
21:06
"ICE Futures Europe": Dünyada yaşıl istiqamətlər üzrə investisiya qoyuluşu mexanizmləri qurulmalıdır
20:26
İsrail ordusu Qəzzada 450-dən çox radikalın məhv edildiyini açıqlayıb
20:23
Azərbaycan və Belarus baş nazirləri qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər
19:55
Narışkin: Rusiya Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almasını dəstəkləyir
19:43
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq
19:42
Naxçıvanda dövlət xəttilə verilən ipoteka kreditlərinin maksimal məbləği artırılıb
19:37
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
19:35
Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib
19:32
İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
16:33
Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub
16:29
Latviyalı deputat Avroparlamentin Cənubi Qafqazla əlaqələr üzrə yeni rəhbəri seçilib
16:27
Tərtərdə xəstəxanada ölüm faktı ilə bağlı cinayət işi başlanılıb
16:25
Lukaşenko: Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib
12:50
Böyük Britaniya rəsmisi: "Təbii fəlakətlərin vurduğu zərəri minimuma endirmək olar"
12:48
Binəli Yıldırım: Türk dövlətləri gələcəyə daha inamla irəliləyir
12:45