DİN “Tost” maliyyə piramidası ilə bağlı araşdırmaya başlayıb
CƏMİYYƏT
20:28
25.09.2024
Baxılıb: 272
DİN “Tost” maliyyə piramidası ilə bağlı araşdırmaya başlayıb

“Tost” maliyyə piramidası ilə bağlı araşdırma başlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

"İnternet resurslarında “Tost” maliyyə piramidası ilə bağlı kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə piramidası ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək", - məlumatda vurğulanıb.

Digər xəbərlər