Qazaxıstanın milli nüvə şirkəti Kazatomprom 2023-cü ilin birinci yarısında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Qərb ölkələrinə uran daşınmasını 58% artırıb.
Orta dəhliz kimi də tanınan bu yolla yüklər, Qazaxıstanın Aktau limanından Xəzər dənizi vasitəsilə Bakıya, daha sonra isə Gürcüstandan keçərək Avropa ölkələrinə daşınır.
Çin 2023-cü ilin birinci yarısında “Kazatomprom”un uranın əsas alıcısı olub. 2023-cü ilin birinci yarısında Çin ümumilikdə 457 milyon dollar dəyərində uran alıb.
Kazatomprom Çindən başqa, ABŞ, Rusiya, Fransa, Hollandiya, Kanada və Böyük Britaniya da daxil olmaqla bir neçə başqa ölkəyə uran satır.