Gəncə şəhəri, Təbriz küçəsi 100 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Yusibov Zaur Füzuli oğluna məxsus “Ballı” şirniyyat istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Baxış zamanı istehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.