Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, dəmir yolu ilə daşınan sərnişinlərin ümumi sayı son 4 ildə 2 dəfə artıb.
Qurumun təqdim etdiyi statistikaya əsasən 2019-cu ilin 1-ci rübündə dəmir yolu ilə daşınan sərnişinlərin sayı 718 310 nəfər olduğu halda, 2023-cü ilin 1-ci rübündə isə bu rəqəm 1 509 509 nəfərə çatıb.
Ümumilikdə dəmir yolları ilə daşınan sərnişinlərin sayı illər üzrə aşağıdakı kimidir.
2019 - 3 850 438
2020- 2 124 352
2021- 2 826 092
2022 - 5 136 517