3,3 milyon manat məbləğində vurulmuş ziyanın bərpa olunması təmin edilib
İQTİSADİYYAT
16:37
09.04.2024
Baxılıb: 3493
3,3 milyon manat məbləğində vurulmuş ziyanın bərpa olunması təmin edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2024-cü ilin 1-ci rübü ərzində vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə yaradaraq xüsusilə külli miqdarda gəlir əldə etmə, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satılması və fiziki şəxslər tərəfindən pərakəndə satış obyektlərindən istehlak məqsədilə alınması istisna olmaqla, satış məqsədilə saxlama, idxal, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı faktları üzrə cəmi 230 cinayət işi başlanıb.

 

Yanvar – mart ayları ərzində əvvəlki ildən qalıq qalmış işlər nəzərə alınmaqla 23 cinayət işinin icraatına xitam verilib, 17 nəfər barəsində ittiham elan edilməklə 17 cinayət işi məhkəməyə göndərilib, nəticədə, 40 cinayət işinin ibtidai istintaqı tamamlanıb, 2 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış işlər üzrə dövlət büdcəsinə 3,1 milyon manat məbləğində vurulmuş ziyan bərpa edilib. Bundan əlavə, cari ilin 3 ayı ərzində istintaq olunan cinayət işləri üzrə ümumilikdə 3,3 milyon manat məbləğində vurulmuş ziyanın bərpası təmin edilib. Həmçinin, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,4 milyon manat vəsait ödətdirilib.

Digər xəbərlər