“Transmaşholdinq” Bakı metropoliteni üçün vaqonların istehsalı üzrə müqavilə imzalayıb.
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra bildirib.
O qeyd edib ki, Rusiya və Azərbaycan neft məhsullarının daşınması üçün birgə tankerlər istehsalına başlayırlar.
Putinin sözlərinə görə, bu, enerji resurslarının dünya bazarlarına çıxarılmasını artırmağa imkan verəcək.