Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda səfərdə olan “Starlink” peyk sisteminin qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru Rebekka Slik Hanterlə görüşüb.
“APA-Economics” xəbər verir ki, görüş zamanı Azərbaycanda “Starlink” genişzolaqlı peyk internet xidmətinin təşkili məsələləri müzakirə edilib.