AMB: Azərbaycanda yeni maliyyə alətlərinin hüquqi bazası formalaşdırılacaq
İQTİSADİYYAT
10:05
11.09.2024
Baxılıb: 2772
AMB: Azərbaycanda yeni maliyyə alətlərinin hüquqi bazası formalaşdırılacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) "2024-2026-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyası" çərçivəsində yeni maliyyə alətləri üçün hüquqi baza yaratmağı planlaşdırır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AMB-dən bildirilib.

“Strategiyaya əsasən, kapital bazarının təşviqi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Xüsusilə, "Qiymətli kağızlar bazarı haqqında" qanunun yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, investorların bazara çıxışının genişləndirilməsi, yeni maliyyə alətləri üçün hüquqi bazanın yaradılması, həmçinin kapital bazarlarına çıxış üçün stimulların verilməsi planlaşdırılır”,- Mərkəzi Bankın cavabında deyilir.

Bildirilir ki, əlavə olaraq, emissiya ilə bağlı tənzimləyici çərçivənin yenidən nəzərdən keçirilməsi və investorların hüquqlarının qorunmasına dair hüquqi çərçivənin formalaşdırılması planlaşdırılır.

“Bu dəyişikliklər bazarın əhatə dairəsini və maliyyə alətlərinin müxtəlifliyini artırmağa yönəlib ki, bu da iqtisadiyyatın real sektoru üçün daha əlverişli maliyyələşdirmə imkanları təqdim edən müasir kapital bazarının formalaşmasına kömək etməlidir”,- AMB qeyd edir.

Xatırladaq ki, "2024-2026-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyası" bu il yanvarın 26-da AMB-nin İdarə Heyəti tərəfindən təsdiq edilib. Strategiyanın həyata keçirilməsi nəticəsində kapital bazarlarının ölkənin qeyri-neft ÜDM-də payının hazırkı 10 %-dən 14 %-ə qədər artacağı, əhalinin kapital bazarlarında investisiyalarının həcminin 150 milyon manatdan 1 milyard manata qədər artacağı və effektiv nəzarət çərçivəsinin formalaşdırılması gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51