Mikayıl Cabbarov: "Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi dəstəkləyir"
İQTİSADİYYAT
18:53
25.09.2024
Baxılıb: 1351
Mikayıl Cabbarov:

Qlobal iqlim dəyişikliyini nəzərə alaraq, Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi, təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələri dəstəkləyir və bu proses davam edəcək.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.

"Sahibkarların “yaşıl layihə"ləri güzəştli kreditlər, qrantlar, “Startap” şəhadətnamələri ilə dəstəklənir. Hesab edirik ki, səylərimizi bugünkü səviyyədə davam etdirsək, hədəflərimizə daha tez nail ola biləcəyik", - deyə o qeyd edib.

"İşğaldan azad edilmiş torpaqlarımızda “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi, bu ərazilərdə “yaşıllaşma və karbonsuzlaşma” sahəsində xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb. Həmçinin, Qarabağda və Şərqi Zəngəzurda hidroenergetika potensialımızı fəal şəkildə inkişaf etdiririk. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) vasitəsilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Karbon neytrallığı” konsepsiyaları əsasında layihələrin icrası barədə maraqlı tərəfləri daha geniş məlumatlandırmağa çalışacağıq. Bərpa olunan enerji sektorunun xarici investisiya hesabına inkişafı, işğaldan azad edilmiş ərazilərin boz zonadan “yaşıl enerji” zonasına, Xəzərin “yaşıl enerji”nin istehsal və ixracının mərkəzinə çevrilməsi prioritetimizdir", - deyə nazir əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51