Taleh Kazımov: “Azərbaycanın maliyyə sektorunun yeni inkişaf səviyyəsinə çatdırılması üçün islahatlar aparılır
İQTİSADİYYAT
14:33
01.10.2024
Baxılıb: 1166
Taleh Kazımov: “Azərbaycanın maliyyə sektorunun yeni inkişaf səviyyəsinə çatdırılması üçün islahatlar aparılır

Azərbaycanın maliyyə sektorunun keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatdırılması üçün kompleks islahatlar uğurla həyata keçirilir.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 105 illik yubileyi münasibətilə qurum tərəfindən keçirilən tədbirdə deyib.

Tədbirdə çıxış edən T. Kazımov uzun inkişaf yolu keçmiş mərkəzi bankçılığın tarixindən bəhs edərək, müstəqillik əldə etdikdən sonra ölkədə bank-maliyyə sistemində Ulu Öndər Heydər Əliyevin uzaq hədəflərə hesablanmış islahatlarının bu gün də tərəqqiyə mühüm töhfə verdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin maliyyə sektorunun keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatdırılması üçün kompleks islahatların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. T. Kazımov Bankın bütün əməkdaşlarının həyata keçirilən islahatlarda fəal iştirakını xüsusi qeyd edərək bundan sonra da qarşıya qoyulan məqsədlərin icrasında uğurlar arzu edib.

O, çıxışı zamanı görüşdə iştirak edən və uzun müddət Mərkəzi Bankda çalışmış əməkdaşlara təşkilatın və sektorun inkişafına verdikləri töhfəyə görə təşəkkürünü bildirib.

Qeyd edilir ki, T. Kazımovun rəhbərliyi ilə Bankın kollektivi öncə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Ziyarət iştirakçıları tərəfindən Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmətlə yad edilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.

Sonra Bankın rəhbərliyi və kollektivi tərəfindən Şəhidlər xiyabanında vətənimizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin məzarlarına və “Əbədi Məşəl” abidəsinin önünə gül dəstələri düzülüb və əziz xatirələri yad edilib.

Həmçinin Mərkəzi Bankın inzibati binasında Ulu Öndərin büstü qarşısına əklil qoyulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi yayıldı
17:43
Azərbaycanın Rusiyadakı səfiri diaspor nümayəndələri ilə görüşüb
17:42
Filip Davis noyabrın 9-da Azərbaycana səfərə gəlib
17:23
Cevdet Yılmaz: Şimali Kipr tezliklə Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq
17:19
Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə görüşüb
17:16
Azərbaycan Gürcüstanla şəhərsalmaya dair layihələrin icrasını müzakirə edib
15:00
Türkiyə ordusu Suriya və İraqda yeni əməliyyat keçirib, 13 terrorçu öldürülüb
14:59
İsrail ordusu ölkənin şimalına növbəti raket atışlarının qeydə alıb
14:56
Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir
14:53
WSJ: Rusiya “Rosneft”, “Qazprom Neft” və “Lukoyl”u birləşdirərək meqaşirkət yaratmağı planlaşdırır
13:33
Qazaxıstanda Müdafiə Nazirliyinin helikopteri sərt eniş edib, ölən var
13:22
Səfir: Azərbaycan və BƏƏ arasında viza rejiminin ləğvi turizm sahəsində inkişaf üçün imkanlar yaradır
13:16
KOBİA ötən ili mənfəətlə başa vurub
13:11
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 11 % artıb
10:25
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
10:23
Miçotakis: Türkiyə ilə Yunanıstan arasında sabitlik qorunmalıdır
10:21
KXDR Koreya yarımadası ərazisində GPS siqnalını bloklamağa başlayıb.
10:20
Britaniyada polis idarəsinin yaxınlığında marixuana fabriki aşkarlanıb
10:18
“Times Square” meydanında Azərbaycanın ərazi bütövlüyünün əks olunduğu xəritə nümayiş olunub
10:16
Tanzaniyanın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
10:14