Naxçıvan Modul Elektrik Stansiyasında təmir işləri aparılıb
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Modul Elektrik Stansiyasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin və "Vartsila Azərbaycan" MMC-nin mütəxəssisləri ilə birlikdə 7-ci aqreqatda aparılan təmir işləri yekunlaşdırılıb.
Artıq mühərrikin sınaq-yoxlama və generatorun səlis yüklənmə rejimi yoxlanılır.
Xatırladaq ki, bundan əvvəl 3, 4, 6 və 8-ci aqreqatlarda əsaslı təmir işləri aparılıb.
Qeyd edək ki, 87 meqavatlıq Naxçıvan Modul Elektrik Stansiyası regionun enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malikdir.