Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 461 ədəd traktor istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə bu ötən ili eyni dövrü ilə müqayisədə 80 ədəd və ya 14,8% azdır.
Hesabat dövründə anbarlarda qalan traktorların sayı 1 ədəd və ya 8,3% azalaraq 11-ə düşüb.