Ən yaxşı Android antivirus tətbiqləri

Yenilənmə tarixi: 2021-10-13

İnternetdə minlərlə virusla dolu proqramın olduğunu yəqin ki, bilirsiniz. Android cihazlarda istiadə edə biləcəyiniz ən yaxşı antivirus tətbiqlərini sizə təqdim edirik.

Android antivirus proqramları;

Virus proqramları Android cihazlarda çox qızma, enerji tükənməsi kimi problemlər yaradır. Şəxsi məlumatlarınızı qorumaq və pis məqsədli proqramlardan kənar durmaq istəyirsinizsə mütləq antivirus proqramı istifadə etməlisiniz. Bəs sizi üçün ən lazımi antivirus proqramı hansıdır?

1. Avg Antivirus

Avg

Avg Antivirus 100 milyon yüklməyə çatan antivirus proqramlarından biridir. Bu tətbiq foto kassası, tətbiq kilidi, Wi-Fi təhlükəsizliyi kimi özəllikləri istifadənizə verir. Pulsuz yükləyə biləcəyiniz antivirus proqramı ilə telefonunuzdakı lazımsız faylları silə bilərsiniz. Avg Antirirus sadə interfeysi və istifadəsi çox rahat android üçün antivirus programı olaraq bilinir. 1991 -ci ildə qurulan AVG, təhlükəsizlik proqramı və komponentləri, ilk növbədə PC Antivirus proqramı inkişaf etdirən bir şirkətdir. Şirkətin ən populyar Antivirus proqramı AVG Antivirusdur ki, bu da şirkətin öz adını istifadə edir.

2. Norton Security

Norton

Norton Security antivirusu Android cihazları zərərli proqramlardan, viruslardan qoruyur. Norton antivirusu ilə etibarlı Wi-Fi bağlantısı, lazımsız axtarışları əngəlləmək kimi özəlliklərdən faydalana bilərsiniz. Cihazınızın itməsi və ya oğurlanması durumunda onu uzaqdan kilidə qoya bilərsiniz.

3. Kaspersky Mobile

Kaspersky

Pulsuz yükləyə biləcəyiniz Kaspersky Mobile son vaxtların ən yaxşı Android antivirus proqramı hesab edilir. Pullu və pulsuz növləri olan bu proqramla cihazdakı viruslardan qorunmaq mümkündür. Kaspersky axtarış filtiri, “telefonumu tap” özəlliyi və viruslara qarşı qorunma xüsusiyyəti ilə ən yaxşı proqramlardan birinə çevrilib.

4. McAfee Mobile Security

McAfee

McAfee Mobile Security Android cihazların güvənliyi və performansı üçün istifadəçilərə bir çox özəllik təkli edir. Məlumat oğurluğunun qarşısını alır. Kilid tətbiqi, etibarlı Wi-Fi, enerji optimizasiyası və gizli selfi xüsusiyyəti ilə çoxşaxəli bir antivirus proqramıdır. Tətbiqi həmçinin Android Wear cihazları da dəstəkləyir. Mobil cihazınızın ən dəyərli mallarınızdan biri olduğunu bilirik. Telefonunuzun qiyməti, funksionallığı və ya markası ilə bağlı deyil; daşıdığı məlumatlar və bununla həyata keçirdiyimiz gündəlik fəaliyyətlərdir. Buna görə cib ölçüsündə rəqəmsal həyatınızı etibarlı bir qəyyumla qorumalısınız: McAfee-nin mükafat qazanan və tam miqyaslı mobil təhlükəsizlik proqramıdır.

5. Avast Mobile Security

Avast

Avast Mobile Security 100 milyondan çox yüklənməsi ilə mobil cihazlardan ən çox istifadə olunan antivirus proqramlarındandır. Bu tətbiqlə viruslu proqramlar və Troya atlarından cihazınızı qoruya bilərsiniz. Mobil tətbiq Android telefon üçün qoruma programı kimi çox effektlidir.

6. Bitdefender Antivirus

Bitdefender

Bitdefender mobil cihazınızda istifadə edə biləcəyiniz ən sadə Android antivirus proqramı olaraq bilinir. Bulud içi təmizləmə funksiyası ilə viruslara qarşı əla qorunma yaradır.

7. Security Master

Security

Bu tətbiq cihazınızı təkcə qorumur, eyni zamanda telefon performansını artıran əməliyyatları da reallaşdırır. Security Master tətbiq kilidi, antivirus təmizləməsi, sms filtirləmə, etibarlı Wi-Fi, lazımsız tətbiqlərin silinməsi, CPU soyuducu, enerji optimizasiyası və dəvətsiz qonaqlar üçün gizli selfi kimi xüsusiyyətlərilə ən yaxşı Android antivirus proqramı hesab olunur. Security Master, bazarda "bir nömrəli antivirus" ola bilməz, amma əlbəttə ki, Android cihazlarında istifadə edilə bilən müxtəlif vasitələrə malikdir. Ən yüksək qiymətləndirilən antivirus skanerinə əlavə olaraq, orijinal xüsusiyyətləri mövcuddur və hərtərəfli sınaqdan keçirilmişdir.

8. DFNDR Security

DFNDR

Pulsuz yükləyə biləcəyiniz DFNDR Security anti-hack və kimlik ovu özəlliyi ilə ön plana çıxır. Viruslara qarşı güclü müdafiə yaradan bu proqramla mobil cihazınızdakı tətbiqləri parol və barmaq izi texnologiyası ilə kilidləyə bilərsiniz.

9. Sophos Mobile Security

Sophos

Sophos Mobile Security 2016-cı ildə Av-Test tərəfindən ən yaxşı Android antivirus tətbiqi seçilib. Bu proqramla cihazınıza yüklədiyiniz tətbiqləri təmizləyə, itən və ya oğurlanan cihazları uzaqdan kilidləyə, istənilməyən axtarışları əngəlləyə bilərsiniz.

10. Virus Cleaner

Virus

Virus Cleaner Hi Security Lab tərəfindən istehsal edilən Android antivirus tətbiqidir. Proqramda tətbiq kilidləyicisi, əməliyyat soyuducusu və etibarlı Wi-Fi özəllikləri vardır. Virus Cleaner 50 milyondan artıq yüklənməsi və 4.5-lik yüksək istifadəçi balı ilə ən çox istifadə edilən Android antivirus tətbiqi kimi bilinməkdədir.

Antiviruslar üçün "Serial Key" almaq üçün Portmanat ödəniş platformasına daxil olun.

Oxşar məqalələrimiz:
Mənbə:
0
177
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar