Gözlərin bərəlməsi hansı xəstəliyin əlamətidir- Endokrinoloqdan AÇIQLAMA


Graves xəstəliyi - hipertiroidin ən yayılmış formalarından biridir. Bu xəstəlik immun sistemində sağlam tiroid hüceyrələrinə qarşı savaşan immunoglobulinlər yaradır. İmmunoqlobulinlər tiroidin normadan çox tiroid hormonu ifraz etməsinə səbəb olur. Adətən Gaves xəstəliyinin əlamətləri hipertiroidi ilə oxşar olur.



Medicina.az xəbər verir ki, bunu həkim-endokrinoloq Fərhad Burzu açıqlayıb.



Həkim bildirib ki, Graves xəstəliyinin əsas əlamətlərindən biri də oftalmopatiya adlandırılan göz qapağının arxaya çəkilməsi ilə göz yuvarlağının böyümüş kimi görsənməsidir. Bu əlamət xəstələrinin 25 %-də müşahidə olunur: "Gözdə olan bu narahatçılıq səbəbilə göz həkiminə müraciət edib, səhv müalicə alırlar, amma əsas problem Graves müalicəsiz qalır".

Xəstəliyin əlamətləri:

- Narahatçılıq
- Kişilərdə sinənin böyüməsi
- Konsentrasiya pozğunluğu
- İkili görmə
- Göz qaşınması və sulanması
- Yoğunluq
- Bağırsaq hərəkətlərində artış
- İstiyə qarşı həssaslıq
- Çox tərləmə
- Yuxusuzluq
- Qadınlarda aybaşı pozulması
- Əzələlərdə zəifləmə
- Sinirlilik
- Sürətli və pozulmuş ürək döyüntüsü
- Nəfəsdarlığı
- Titrəmə
- Arıqlama (nadir hallarda kökəlmə)

Mənbə:
0
56
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar