Həmyerlisi Paşinyanı İrəvanda gəzdirmək üçün parlament qarşısına eşşək gətirdi... - FOTO

Dünən axşam - erkən seçkilər barədə müzakirələr gedən Ermənistan parlamentinin binası qarşısında gülməli bir tamaşanı müşahidə etmək olardı. İcevan sakini "Ford” maşınında qanunverici orqanın binası yanına bir uzunqulaq gətirib.

Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, icevanlı erməni qəribə hərəkətini baş nazir Nikol Paşinyanı eşşəyə mindirib İrəvanı gəzdirmək istəyi ilə izah edib.

"Keçmişdə bunu xainlərə qarşı ediblər - onları eşşəyin belinə tərsinə mindirib şəhərin hər tərəfini gəzdirirdilər ki, bütün sakinlər onu görsünlər. İndi mən və uzunqulağım da xainimizi götürməyə gəldik" –deyə Paşinyanın həmyerlisi bildirib. Bildiyiniz kimi, Paşinyan İcevanda doğulub boya-başa çatıb.

Lakin yoldan keçənlər, eləcə də yaxınlıqdakı növbətçi polis məmurları bu uzunqulaq "aksiyasını” bəyənməyiblər. Bəziləri hətta eşşək sahibini Robert Köçəryana simpatiya göstərməkdə günahlandıraraq onunla mübahisəyə girib. Polis icevanlını məntəqəyə aparmaq qərarına gəlməsəydi, nə qədər davam edəcəyi bəlli deyildi. Nəticədə adam polis tərəfindən yaxalanıb, heç nədən xəbəri olmayan heyvan isə hasara bağlı vəziyyətdə sakitcə dayanmağa davam edib. Paşinyanın həmyerlisi onu aparan polislərə "Satqını müdafiə edənlər də satqındır” deyə qışqırıb

Sultan Laçın

Mənbə:
0
1378
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar