İsrail aviasiyasının Xan-Yunisdəki yanlış hədəfə aviazərbəsi nəticəsində adı çəkilən ölkənin ordusunun zabiti həlak olub.
APA-nın “Times of Israel”ə istinadən xəbərinə görə, hadisə ötən gün baş versə də məlumat bu gün açıqlanıb.
Bildirilib ki, 21 yaşlı leytenant Şahar Ben Nun Kəşfiyyat Qrupunun komandiri olub. İnsident zamanı üç hərbçi də yaralanıb.