Polkovnik: Rəsmi İrəvan bilməlidir ki, istənilən gərginlik sonda Ermənistanın faciəsi ilə nəticələnəcək
HƏRBİ XƏBƏRLƏR
11:44
30.08.2024
Baxılıb: 1738
Polkovnik: Rəsmi İrəvan bilməlidir ki, istənilən gərginlik sonda Ermənistanın faciəsi ilə nəticələnəcək

Ermənistanı himayə edən beynəlxalq güclər onu təmas xəttində təxribatlara sövq etməklə regionda vəziyyəti gərginləşdirməyə, bununla da özlərinə süni şəkildə tələbat yaratmağa çalışırlar.

Bu fikri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov səsləndirib.

Pokovnik qeyd edib ki, Ermənistan tərəfinin ordumuza məhz öz himayədarlarının sifarişi ilə atəş açdığı heç kimə sirr deyil.

“Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək ona öz yerini göstərdi. Ordumuz, xalqımız, Müzəffər Ali Baş Komandanımız sübut etdi ki, himayədarlarının İrəvana verdiyi bu qədər dəstəyə baxmayaraq, Azərbaycan işğaldakı torpaqlarını azad etməyə, öz təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bu baxımdan, Azərbaycanla son müharibədə hərbi potensialının 80 faizindən çoxunu itirən Ermənistanın ordumuzun mövqelərinə yalnız öz iradəsi ilə atəş açması, təxribatlar törətməsi inandırıcı deyil. Bu, daha çox ermənipərəst dairələrin, xaricdəki böyük güclərin təhriki ilə həyata keçirilir. Onlar regiona yol tapmaq, buradakı mövcudluqlarına haqq qazandırmaq üçün çalışırlar ki, yeni hərbi qarşıdurma yaratsınlar. İstəyirlər ki, Azərbaycanla Ermənistan yenidən üz-üzə gəlsin ki, onlar da vəziyyətdən istifadə edərək regionda möhkəmlənə, proseslərin axarına yön verə bilsinlər.

Şübhəsiz, Azərbaycan bütün bunları görür və anlayır. Lakin bu məsələdə Ermənistan hakimiyyətinin də azad iradə nümayiş etdirməsi, onu təxribata sürükləyən güclərə qətiyyətlə “yox” deməsi vacibdir. İrəvan Qərbin, onun ayrı-ayrı dairələrinin əlində alət olmaqdan çəkinməli, kənar güclərin regiona müdaxiləsinə, bölgədə vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. Rəsmi İrəvan unutmamalıdır ki, istənilən gərginlik sonda Ermənistanın faciəsi ilə nəticələnəcək”, - deyə həmsöhbətimiz vurğulayıb.

O, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindən sonra daha da gücləndiyini, öz peşəkarlığını, hərbi-texniki təchizatını yeni mərhələyə yüksəltdiyini qeyd edərək deyib: “Azərbaycan Ordusu indi, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Vətən müharibəsi dövründəki ordu deyil. Ordumuz öz peşəkarlığını, hərbi-texniki təchizatını daha da yüksəldib. Silahlı Qüvvələrimiz mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. Bu isə bizə imkan verir ki, xalqımızı, dövlətimizi, təhlükəsizliyimi təhdid edən istənilən təhlükəni dəf edək. Ermənistan və onların havadarları da bilməlidirlər ki, Azərbaycan Ordusu istənilən təhdid və təxribatın qarşısını almağa qadirdir. Yeni bir qarşıdurma sadəcə Ermənistanı deyil, onun himayədarlarını da məyus edəcək, Azərbaycanın Zəfər tarixini isə daha da zənginləşdirəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yaponiya peyklərinin sayını iki dəfədən çox artırmağı planlaşdırır
21:36
İsrail Livanda HƏMAS-ın iki silahlı liderini öldürüb
21:34
Brüssel Aİ xaricində deportasiya edilmiş miqrantlar üçün düşərgələr yaradacaq
21:15
Ayxan Hacızadə: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır
21:14
Tramp İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsinin lehinə danışıb
21:06
BTQ Beynəlxalq Frankofoniya Təşkilatını Fransanın törətdiyi cinayətlərə diqqət yetirməyə çağırıb
20:36
BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib
20:35
Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir
20:32
“Azərişıq” rəsmisi: Zəngilanda bütün elektrik xətləri yeraltı çəkiləcək
20:29
Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb
20:12
MM-dən XİN-ə müraciət: ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır
20:07
MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib
20:06
Zəngilanda yeni yaşayış kompleksinin layihəsi
20:01
Azərbaycanla Özbəkistan arasında birgə komanda-qərargah təlimi başa çatıb
19:59
İsrail ordusu “Hizbullah”ın silah anbarlarını məhv edib
19:56
Cəbrayılda təməli yeni qoyulan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək
19:39
Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
19:13
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması
18:48
İran və Suriya XİN başçıları regional məsələləri müzakirə ediblər - YENİLƏNİB
13:37
FTB və Daxili Təhlükəsizlik Departamenti oktyabrın 7-də mümkün zorakılıq halları barədə xəbərdarlıq edib
13:07