İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsində keçirdiyi əməliyyat zamanı təxminən 1 km uzunluğunda yeraltı tunel aşkarlayıb.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yeraltı obyektə ətraflı baxış keçirilib, sonra hərbçilər onu dağıdıblar.
Məlumata görə, tunel Fələstinin HƏMAS hərəkatının silahlı qüvvələri tərəfindən istifadə edilib, yaşayış binaları və mülki obyektlərin yaxınlığında quraşdırılıb.
Tunelin içərisində HƏMAS silahlılarının uzun müddət qalmaq üçün istifadə etdiyi bir neçə otaq və avadanlıq aşkar olunub.