ABŞ-nin cənub-şərqində "Helen" qasırğasının ölkəni vurması nəticəsində azı 65 nəfər ölüb.
Bu barədə "NBC News" məlumat yayıb.
Qasırğa səbəbindən Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina, Tennessi və Virciniya ştatlarının təxminən 2,68 milyon sakini işıqsız qalıb.
Bundan əvvəl "Helen" qasırğasının 60 nəfərin həyatına son qoyduğu bildirilirdi.