Hindistanda tropik siklon nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb

Hindistanın qərb sahillərində tüğyan edən güclü "Tauktae" tropik siklonu ötən iki sutka ərzində azı 38 nəfərin həyatına son qoyub.
Təbii fəlakət Qucarat ştatında 13, Maharaştra ştatında isə 17 nəfərin ölümünə səbəb olub.
Ötən həftənin sonlarında Ərəb dənizində Hindistanın cənub-qərb sahilindəki Lakşadvip adaları yaxınlığında formalaşan siklon mayın 16-17-də Hindistan yarımadasının qərb sahilindən keçərək özü ilə güclü leysan yağışları və sürəti saatda 190 kilometrə çatan şiddətli küləklər gətirib. Mayın 18-də axşam saatlarında Qucarat ştatına yaxınlaşan və intensivliyi tədricən azalan siklon quru ilə irəliləməyə başlayıb.
Qucarat ştatının əsas naziri Vicay Rupaninin jurnalistlərə verdiyi məlumata görə, siklon bölgədə 16 min evi dağıdıb, 40 mindən çox ağacı aşırıb, 70 min elektrik dirəyini zədələyib. Ştat ərazisindəki 6 minə yaxın kəndin elektrik təchizatı kəsilib.
Maharaştra ştatında 11 min evə zərər dəydiyi, Həmçinin Karnataka və Qoa ştatlarında da dağıntıların olduğu bildirilir. Hakimiyyət orqanları dağıntılar və xəsarət alanlar barədə məlumat toplamağa davam edir.
Hazırda “güclü siklon qasırğası” səviyyəsindən “siklon qasırğası” səviyyəsinə enən “Tauktae” Qucarat sahilindən şimal-şərqə doğru hərəkət edir və leysan yağışlarla müşayiət olunur.

Mənbə:
0
1308
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar