Johnson & Johnson-un üçüncü rüb satışları təxminən 11% artıb

ABŞ-ın Johnson & Johnson korporasiyası bu ilin üçüncü rübündə satışlarının 10.7% artdığını açıqlayıb.

Marja xəbər verir ki, bu barədə şirkətin çərşənbə axşamı yaydığı maliyyə hesabatlarında deyilir.

Xeber_metn_ichindeki_reklam_3_11

Amerika korporasiyasının son üç aydakı  (iyul-sentyabr 2021) ümumi satışları keçən ilin eyni dövründəki 21,08 milyard dollara qarşı 23,3 milyard dollara çatıb. Öz növbəsində, xalis mənfəət 3,2% artaraq 3,66 milyard dollara yüksəlib.

Johnson & Johnson şirkətinin sədri və baş icraçı direktoru Alex Gorski, "Üçüncü rübümüz, tibbi cihaz bazarında davam edən yaxşılaşma və istehlakçı sağlamlığı bazarındakı artım sayəsində  yaxşı nəticələrlə başa çatdı" deyib.

Şirkət hazırda ABŞ bazarında koronavirus peyvəndini tanıtmaqda rəqibi Pfizer-dən geri qalır. Rəsmilər tək komponentli peyvənd formatına böyük ümidlər bəsləsələr də, istehsal problemləri və qan laxtalanmasının nadir yan təsiri peyvəndin yayılmasını yavaşladıb. Yaxın gələcəkdə şirkət, ABŞ sakinlərinin yenidən peyvənd edilməsi üçün dərmanı gücləndirici bir doza olaraq istifadə etməsi üçün Amerika tənzimləyicisinin təsdiqini gözləyir.

Johnson & Johnson
Mənbə:
0
48
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar