Keçmiş strateq İqtisadiyyat Nazirliyinin beyin mərkəzinə direktor təyin edildi - 7 dil bilir - EKSKLÜZİV


 
 
İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna yeni direktor təyin edilib. 
 
Ovqat.com-un məlumatına görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Mahir Hümbətov institutun direktoru olub. 
 
Təyinatları maraqla qarşılanan Mikayıl Cabbarovun yeni kadrı kimdir? Nazirliyin beyin mərkəzi sayılan institut kimə əmanət olunub?
 
Bir neçə dövlət qurumunda və özəl sektorda dərin iş təcrübəsinə malik Mahir Hümbətov 2009-2016-cı illərdə şəriətə uyğun investisiyalara maraq göstərən 7 yerli bank üçün məsləhət xidmətləri göstərib, "Azərbaycanda İslam maliyyələşməsinin təşviqi və tətbiqi” proqramının təşkilatçısı olub. 
 
Eyni zamanda Mahir Hümbətov 2012 -2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı-analitik kimi çalışıb. 
 
Onun kitablarında yazılan tərcümeyi-halına nəzər saldıqda, əsas təcrübə sahələrinin iqtisadi islahatlar, beynəlxalq maliyyə institutları, investisiyalar, özəlləşdirmə, infrastruktur layihələrinin maliyyələşdirilməsi və dövlət-özəl əməkdaşlığı olduğunu görürük. Qeyd edilən və digər sahələrdə xaricdə və Azərbaycanda nəşr edilmiş 7 kitab və çoxsaylı məqalələrin müəllifidir. O, dünyanın Oxford, SOAS, Durham, LSE kimi bir çox tanınmış universitetləri və BMT-nin Avropa üzrə İqtisadi Komissiyası və Asiya üzrə İqtisadi Komissiyası, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi bir sıra beynəlxalq təşkilatlarda mühazirələrlə çıxış edib. 7 dildə sərbəst danışır və dünyanın bir çox ölkələrində təhsil, təlim və iş təcrübəsinə malikdir. Forbes, Bloomberg, Reuters, Al-Jazeera, Al-Joumhouriyye, The Islamic Globe və digər beynəlxalq qəzet və jurnallara müsahibələr verib.
 
Ovqat.com
 
Mənbə:
0
370
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar