Lukoil, tarixində ən çox böyük məbləğli istiqrazları yerləşdirib

Neft şirkəti Lukoil, London Birjasında 2,3 milyard dollar dəyərində iki avro istiqraz yerləşdirib ki, bu da şirkətin tarixində ən böyük məbləğdir. 

Marja xəbər verir ki, bu barədə "Gazprombank"n birinci vitse-prezidenti Denis Shulakov jurnalistlərə açıqlamasında bildirib.

Bank yerləşdirilmənin təşkilatçısı kimi çıxış edib.

Onun sözlərinə görə, istiqrazlara sifarişlər 4,7 milyard dolları keçib.

5,5 illik 1,15 milyard dollarlıq və 10 ilik 1,15 milyard dollarlıq istiqrazlar yerləşdirilib.  

Lukoil Rusiya, Azərbaycan, Misir, İraq, Qazaxıstan, Özbəkistan və Konqo Respublikasında neft hasil edir. İlin birinci yarısında şirkət 290 milyon barel və ya 39,3 milyon ton neft hasil edib ki, bunun da 36,5 milyon tonu Rusiyada istehsal edilib. Eyni dövrdə Lukoil 560 milyard kubmetr qaz hasil edib və böyük hissəsi də Rusiyada istehsal olunub. Şirkət Rusiya, Bolqarıstan, İtaliya və Rumıniyadakı emal zavodlarına, Hollandiyadakı emal zavodlarında isə 45% paya malikdir.

Mənbə:
0
138
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar