"Mənim peşəm mənim gələcəyimdir” layihəsinin seminarı keçirilib  

Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" üzrə icra edilən “Mənim peşəm mənim gələcəyimdir” layihəsi çərçivəsində maarifləndirici seminar keçirilib.


AzEdu.az xəbər verir ki, seminarda İsmayıllı rayon təhsil ictimaiyyətinin nümayəndələri, layihə rəhbəri Vəfa Vahabova,  təlimçi Elnarə Qasımova və İsmayıllı rayon Təzəkənd kənd tam orta məktəbində təhsil alan 30-a yaxın şagird iştirak edib.

 

Layihə rəhbəri, İsmayıllı rayon Yeniyol kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Vahabova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimində vaxtında doğru qərar verməsi, peşə seçimində əmək bazarının tələblərinə uyğun addımlar atılması kimi hədəf istiqamətlər müəyyən edilib.  “Mənim peşəm mənim gələcəyimdir”  adlı maarifləndirici flayerlər hazırlanıb və yaxın zamanlarda İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında yayılması nəzərdə tutulub.

 

Təlimçi Elnarə Qasımova məktəblilərin düzgün peşə seçimi baxımından layihənin vacibliyindən söz açıb. Peşə təhsilinə diqqətin artırılması məqsədi ilə təşkil olunan layihə çərçivəsində orta, orta ixtisas, peşə təhsili üzrə təhsil alanlar üçün peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması, peşə təhsilinin vacibliyi və. s kimi mövzuların müzakirəsinin vacibliyini qeyd edib.

 

Seminarda iştirak edən müəllimlər və şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici flayerlər paylanıb.

 

Mənbə:
0
220
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar