Bakı ilə İrəvan arasında danışıqlar bu sənədlər əsasında APARILACAQ

“Azərbaycanla Ermənistan arasında demarkasiya prosesinin başlanması barədə təəssüratlar yanlışdır. Hazırda sənədlər öyrənilir amma demarkasiya və delimitasiya üçün kontaktlar yoxdur”.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan açıqlama verib. O, delimitasiya və demarkasiya prosesinin aparılacağı sənədlərin öyrənildiyini əlavə edib.

“Xəritələr hüquqi əsasa malik olmalıdır. Yalnız analizlərdən sonra bu barədə danışa biləcəyik”.

Qriqroyan erməni tərəfinin kommunikasiyaların açılması barədə müəyyən təsəvvürlərinin olduğunu xatırladıb. Həmçinin, danışıqlarda MDB-nin qəbul etdiyi hüquqi normaların əsas tutulacağını vurğulayıb.

“Ermənistan tərəfinin kommunikasiyaların açılması prosesinin komponenti kimi dəmir yolu xəttinin açılması ilə bağlı müəyyən təsəvvürləri var. Müəyyən ideyalarımız var və anlayırıq ki, nizamlanma və sərhədlərin açılması MDB-nin hüquqi normaları əsasında həll olunacaq. Bundan başqa, avtomobil yolunun açılmasını da müzakirə etməliyik”.

Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli komissiyası sabah Moskvada danışıqlar aparacaq.

Mənbə:
0
98
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar