BVF Azərbaycan üçün neftin itkisiz qiymətini açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ildə Azərbaycan üçün neftin fiskal itkisiz qiyməti bir barel üçün 76,4 dollar olacaq.

Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) regional iqtisadi hesabatına istinadən məlumat verir.

Proqnoza əsasən, 2022-ci ildə Azərbaycan üçün bu göstərici 66,1 dollar/barel olacaq.

Qeyd edək ki, bundan əvvəlki proqnozda ölkə üçün neftin fiskal itkisiz qiyməti bir barel üçün müvafiq olaraq 82,5 və 66,4 dollar təşkil edirdi.

Eyni zamanda 2021 və 2022-ci illərdə Azərbaycan üçün xarici ticarət üzrə neftin fiskal itkisiz qiymətləri müvafiq olaraq 94,4 dollar/barel və 94,6 dollar/barel səviyyəsində proqnozlaşdırılır.

BVF-nin qiymətləndirməsinə əsasən, 2020-ci ildə Azərbaycan üçün neftin fiskal itkisiz qiyməti bir barel üçün 65,1 dollar, xarici ticarət üzrə neftin fiskal itkisiz qiymət isə 62,6 dollar təşkil etmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Mənbə:
0
102
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar