Cüdo Federasiyası Elmar Qasımova CAVAB VERDİ: “Yarım milyon mükafat almısan...”

Azərbaycan cüdo millisinin üzvü Elmar Qasımov Cüdo Federasiyasından narazıdır. “Qafqazinfo”ya danışan idmançı rəhbərlik tərəfindən maaşlarının, mükafatlarının kəsildiyini iddia edib.

Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ittihamla bağlı Modern.az-a danışıb.

“Müsahibəsini oxudum, hər abzasına veriləcək cavabım var. Söyləyib ki, “Tik-tok” çəkdiyinə görə onu millidən qovublar, həmin vaxt yığmada olmadığını, məşq etmədiyini bildirib. Yalan deyir, o millidən getməmiş həmin videoları çəkib. Onun “Tik-tok” hesabına girsək, nə vaxtdan videoroliklər yerləşdirdiyini rahatlıqla görə bilərik. Sonuncu qalmaqallı pul səpələdiyi videosunda bizə qarşı iradlar, tənqidlər çox idi. Federasiyanı günahlandırırdı ki, idmançılar qudurdulur, onlara dollar verilir. Hamı yaxşı bilir ki, o pullar saxtadır və özü dəfələrlə etiraf edib. Yığmadan onun uzaqlaşdırılması elə o dollar videosundan sonra oldu. Çəkdiyi videoların hamısı, təlim-məşq toplanışlarında, xarici yarışlarda olub”.

 

E.Babanlı söyləyib ki, üç il nəticə vermədiyinə görə Elmar Qasımovun maaşı 1000 manata düşüb:

“Deyir ki, “mən onsuz da məşhuram”, bəs məşhur adam o cür hərəkətlər edər? “2017-ci ildə dünya çempionatında mükafatlarımızı 18 min manat az vermişdilər” deyib. “Mükaftalarımızı” deyəndə özündən başqa kimisə nəzərdə tutur. Adını açıqlasın, bilək kimdir və həmin adımlar da çıxsın desin ki, onun da da mükafatını kəsiblər. 2017-ci ildə olmuş hadisəni niyə indi danışır? 800 manat maaş aldığını deyir, onun maaşı 1000 manatdır. Müvafiq qanunvericiliyə uyğun olaraq vergilər, komissiya və s. tutulandan sonra 800-dən bir qədər yüksək maaş alır.
O, aktiv idmançı deyil, son naliyyəti zamanı Minsk-2019 Avropa Oyunlarında 3-cü yerə çıxıb. 3 il nəticəsi olmayan adam deyir ki, “mənim qiymətim budur?”. Onun qiymətini ölkə rəhbərliyi olimiadadan sonra artıqlaması ilə verib. 300 min manatı dövlət, 200 min manatı isə federasiya verib. Yarım milyon manat mükafat alıbsan, bunu niyə demirsən? Üç il nəticə vermədiyinə görə əmək haqqı 1000 manata düşüb. Məşqçilər ona deyirlər ki, özünü bu dövr üçün sübut et, maaşını artıraq. Mən artıq qərəz görürəm, federasiyaya qarşı hansısa qüvvələr tərəfindən kampaniyalar aparılır”.

Mənbə:
0
175
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar