Ermənilər şokda: “Azərbaycan ordusu Xankəndi yaxınlığında...”

"Xankəndindəki su probleminin Azərbaycan Silahlı Qüvvələrinin atdığı addımlarla əlaqəsi yoxdur”.

Bunu Xankəndindəki separatçı qurumun nümayəndəsi Radi Abramyan deyib.

O, bununla bağlı şəhər və sosial şəbəkələrdə yayılan iddianı təkzib edib.

"Bu məlumatlar reallığa uyğun gəlmir. Su çatışmazlığı istidən qaynaqlanır”, - Abramyan bildirib.

"Sputnik Ermənistan”ın məlumatına görə, hazırda Xakəndinə suyun verilməsi dayanıb.

Sayt qeyd edib ki, Qarabağın mütləq əksəriyyətinə Azərbaycan ordusununun nəzarətinə keçməsindən sonra həmin bölgədələrdə yaşayan ermənilərin əhəmiyyətli hissəsinin Xankəndində yerləşməsi vəziyyəti daha da ağırlaşdırıb. Su istehlakı əhəmiyyətli dərəcədə artıb.

Hazırda Xankəndində yaşayan ermənilərin suya olan ehtiyacının artezian quyularınının hesabına ödənildiyi bildirilib.

Sosial şəbəkələrin erməni seqmentində Xankəndindəki su çatışmazlığının Azərbaycan Silahlı Qüvvələri tərəfindən su axınlarının qarşısının kəsilməsi ilə bağlı məlumat yayılıb. Həmin iddiaya görə, bu, Azərbaycan ordusunun Xankəndi yaxınlığındakı bəndə nəzarət etmələri ilə əlaqədardır.(Teleqraf.com)

Mənbə:
0
756
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar