II Qarabağ Müharibəsinə görə ölən erməni məşhurlar - SİYAHI

II Qarabağ Müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan Ordusunu və onun möhkəmləndirilmiş hərbi mövqelərini darmadağın edərək 30 illik işğala son qoydu.

Döyüşlərdə rəsmi məlumatalara görə 4 min, qeyri-rəsmi məlumatala əsasən isə 7 minə qədər erməni hərbçisi və onlara qoşulan muzdlular məhv edilib. Onlar arasında bir çox məşhurlar da yer alıb. Qeyd olunmalıdır ki, döyüş meydanlında fiziki cəhətdən məhv edilən düşmən məşhurları ilə yanaşı, müəyyən səbəblərdən hərbi əməliyyatlarda iştirak etməyən, yayınan bir çox məşhurlar da məğlubiyyətin verdiyi mənəvi stress fonunda ölüblər.

Onlar arasında Birinci Qarabağ Müharibəsində Şuşanın işğalına rəhbərlik etmiş general-mayor Arkadi Ter-Tadevosyan da var. Tadevosyan 2021-ci il martın 31-də İrəvanda ölüb. Keçmiş döyüş yoldaşları “Arkadini Şuşanın itirilməsi acısı öldürdü”-deyə onun qəfil ölümünü şərh edirdilər.

Birinci Qarabağ Müharibəsinin daha bir iştirakçısı, hərbi cinayətkar Manvel Qriqoryan da Qarabağ məğlubiyyətinin şokundan ölmüşdü. O 2020-ci il noyabrın 19-da 64 yaşında evində ölü tapılıb. Azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilən Qriqoryan barəsində bir neçə maddə ilə cinayət işi açılmışdı.

Modern.az 44 günlük hərbi əməliyyatlar dövründə məhv edilən erməni məşhurların siyahısını təqdim edir.

Qarabağ döyüşləri sırasında top atışı zamanı çəkilən fotosu ilə məşhurlaşana 19 yaşlı Albert Ovannisyan sentyabrın 29-da ölmüşdü.

Oktyabrın 5-də “Alaşkert-2” klubunun oyunçisu 22 yaşlı Liparit Daştoyan Qarabağda ölmüşdü.

Qarabağ uğrunda gedən döyüşlərdə triatlon və pauerliftinq üzrə Ermənistan çempionu Tatul Arutunyan məhv edilmişdi. O, oktyabrın 4-də məhv edilib.

Oktybarın 6-da Qarabağda gedən döyüşlərə könüllü qatılmış Livan ermənisi, opera müğənnisi Qevorq Xacyan məhv edilib.

Yerevanın “Lokomotiv” klubunun yarım müdafiəçisi 18 yaşlı Erik Saryan oktyabrın 17-də döyüşlər zamanı öldürülmüşdü.

Qarabağda gedən döyüşlərdə “Qara pantera” könüllü hərbi birləşməsinin komandiri, Ermənistan parlamentinin eks-deputatı Rüstəm Qasparyan öldü. O 26 yaşlı oğlu ilə birlikdə dron zərbəsi zamanı məhv edilmişdi. Rüstəm Qasparyan I Qarabağ Müharibəsində də aktiv iştirak edib.

Oktybarın 21-də Yerevan Dövlət Pantomima Teatrının artisti 36 yaşlı Ovannes Acinyan öldü.

Ermənistanın gənclərdən ibarət basketbol komandasının oyunçusu Aram Mkrtçyan da döyüşlərə qatılmışdı. Onun cəsədi 2021-ci ilin aprelində Cəbrayıl rayonu istiqamətində tapılmışdı.

“Erməni Milli Konqresi”nin üzvü, eks-deputat David Matevosyan oktyabrın 23-də Xocavənd rayonu istiqamətində məhv edilib.

Mənbə:
0
74
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar