Məktəblərdə yoluxma sayı artır – TƏHSİL MÜƏSSİSƏLƏRİ BAĞLANA BİLƏR?

Sentyabrın 7-də keçirdiyi brifinqdə Təhsil naziri Emin Əmrullayev ən vacib məsələlərdən birinin vaksinasiya olduğunu diqqətə çatdırmışdır: “Təhsil nöqteyi nəzərdən baxdıqda vaksinasiyanın iki mühüm amilini önə çəkmək istəyirik. Birinci məsələ ondan ibarətdir ki xatırlayırsınızsa aprel-may aylarında 80%-dək insanların vaksinasiya olunmasını əyani təhsilə keçid üçün vacib şərt olduğunu hesab edirdik. Artıq 80%-dən çox bu proses həyata keçirilib”.

Təhsil işçilərinin böyük əksəriyyəti vaksinasiyadan keçsə də, ali və orta təhsil müəssisələrində qaydalara riayət olunsa da, təhsil müəssisələrində yoluxanların sayı hər keçən gün artmaqda davam etdi. Hətta müəllim və şagirdlər arasında ölüm halları belə qeydə alındı. İndiyə kimi orta məktəblərdə onlarla sinif, ali təhsil müəssisələrində isə bir neçə qrup distant təhsilə keçdi. Bu gün isə "Ankara məktəbi" və 20 saylı məktəb-liseyləri koronavirusa görə bağlandı:

Bakının Yasamal rayonu ərazisində yerləşən 20 saylı məktəb-liseyi 2 həftəlik bağlanıb. Məktəbin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiqlənib. Elə bu səbəbdən sabahdan 20 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Bundan əlavə koronavirus aşkarlandığı üçün Bakı Dövlət Universitetində 2 qrup da distant təhsilə keçib.

Maraqlıdır peyvənd olunanların çox olmasına baxmayaraq, yoluxma sayı niyə artır?

Ekspert Elçin Əfəndi bildirir ki, şagirdlər və müəllimlər arasında ölüm hallarına səbəb

izolyasiya qaydalarına düzgün əməl olunmamısıdır: “Əgər qarşıdakı dövr ərzində biz kifayət qədər yoluxma halları müşahidə edəriksə o zaman bu lokal qapadılma, təhsilin müəyyən pillələri üzrə ümumi qapadılma ilə nəticələnə bilər. Bu kimi halların olmamağı üçün birinci növbədə yaxşı olar ki, vətəndaşlarımız vaksinasiya olunmağa riayət eləsinlər”.

Ekspert məktəblərin ümumiyyətlə bağlanmaması üçün 12 yaşdan yuxarı olan vətəndaşların da vaksinasiya olunmağını tövsiyə edir.

Təhsil müəssisələrinin bağlanıb-bağlanmayacağını öyrənmək üçün Təhsil nazirliyi ilə də əlaqə saxladıq. Lakin nazirlik bununla bağlı hələlik hər hansı bir məlumatın olmadığını bildirdi.

 

Nərmin Murad,

Samir Qaragözov

Mənbə:
0
322
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar