• Şikayət et

Onlar buna görə üzr istədilər - Siyahı

Kulis.az yazdıqlarına, fikirlərinə görə sonradan üzr istəyən sənət adamlarının siyahısını təqdim edir.

Vaqif Səmədoğlu – 88-ci ildə, Meydan hərəkatı vaxtı tribunaya çıxıb Səməd Vurğunun Lenin, Stalin haqda yazdığı şeirlərə görə üzr istəmişdi.

Rafiq Tağı – Eks-prezident Əbülfəz Elçibəy barədə yazdığı xoşagəlməz cümlələrə görə.


Qəşəm Nəcəfzadə - Oğlu, yazar Kəramət Böyükçölün Xəlil Rzadan yazdığı statusa görə, Xəlil Rzanın qohumu, qiraətçi Kamran Yunisdən üzr istəmişdi.

Ayxan Ayvaz – Anar və AYB haqda səsləndirdiyi sərt fikirlərə görə.

Kəramət Böyükçöl – Xəlil Rzadan yazdığı statusa görə.

Elçin Əlibəyli – Maral Tahirqızını efirdə təhqir etdiyi üçün.

Elşad Barat – Mikayıl Müşfiq haqda yazdığı səs-küylü statusa görə.

Əlixan Rəcəbov – Çəkdiyi “Sonuncu şam yeməyi” filmində dindarların heysiyyətinə toxunduğu üçün.

Mənbə:
0
3168
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar