Oktyabrın 4-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi əhəmiyyətli humanitar yardıma, xüsusilə qış şəraitində enerji sektoruna göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Tərəflər həmçinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildirib, regional təhlükəsizlik, mövcud təhdidlər və gələcək əməkdaşlıq formatları barədə fikir mübadiləsi aparıblar.